Sözün 25-ci anı -
"525"-25
Zamanın 25-ci məqamını yaşayır
Rəşad Məcidin
qəzeti. Doğru deyiblər: baş redaktor mətbu nəşrinin simasıdır.
Bu mənada "525-ci qəzet" həmişə
məramı, məqsədi
və məzmunu ilə özünəməxsus
dəst-xətt sərgiləyib. Az qala, müstəqilliyimizin yaşıdı
olan bu qəzet
milli dəyərlər
kontekstində sabit qədəmliyi, dövlətçiliyə
sədaqəti ilə
mətbu nəşrlər
arasında nümunə
olub. Sosial-ictimai mündəricəli dolğun
publisistik nümunələri,
ədəbi-bədii sanbalı
ilə diqqətçəkən
poeziya və nəsr əsərləri
qəzetin məxsusi səciyyəsini ehtiva edir. Ölkəmizin tanınmış yazarlarının və ictimai xadimlərinin bu mətbu orqanda
çıxış etməyə
həvəs göstərməsi
nəşrin intellektual,
sosial-ictimai və ədəbi-bədii səviyyəsinin
yüksək olmasından
xəbər verir.
Mətbuat və söz azadlığının ən
bariz tribunalarından biri olan, müstəqilliyin
ideya məzmununu məxsusi kredo kimi qəbul edən "525-ci qəzet"
milli-mənəvi dəyərlərin
təbliğində, vətənpərvərlik
düşüncəsinin vətəndaşlıq
indeksinə çevrilməsində,
oxucu dünyagörüşünün
zənginləşməsində və estetik fikrin inkişafında unikal rol oynayır.
Qəzetin uğurunu səciyyələndirən amillərdən
ən başlıcası
operativliyi, dəqiqliyi
və dərc olunan materialların ictimai və bədii-publisistik dəyəri
ilə seçilməsidir.
Məhz bu baxımdan qəzetin ictimai fikrə təsiri diqqətəlayiqdir. Bu onun göstəricisidir ki, "525-ci qəzet"də
kifayət qədər
peşəkar kollektiv
çalışır. Onun hər bir sayı
məxsusi dizayn və ictimai sanballa oxucunun görüşünə gəlir.
Milli dəyərlərə konservativ
yanaşmaqla bərabər
hər bir yazıda çağdaşlığın,
müasirliyin tələblərini
gözləmək bacarığı
qəzetin özəlliyini
sübut edir. Mətbu nəşrin hər bir sayı tarixin
pozulmaz izini, ovqatını, ictimai-sosial
həyatın mənzərəsini
indeksləşdirən vasitədir.
İstedadlı yazıçı, şair və görkəmli naşir kimi Rəşad Məcid bu tarixi
məsuliyyəti dərindən
anlayır.
"525-ci
qəzet"i Rəşad
Məcidin unikal əsəri kimi səciyyələndirmək lazımdır.
Yetkin vətəndaşlıq
qayəsi, qaynar vətənpərvərlik hissi,
sözün müqəddəs
missiyasını düzgün
dəyərləndirmək bacarığı bir
azərbaycanlı ziyalısı
və yazarı kimi Rəşad Məcid fenomenini əyaniləşdirir.
Müstəqil dövlətimizin siyasi dəst-xəttinə, dövlətçiliyimizin inkişafına mətbu orqan kimi xidməti "525-ci qəzet"in uğurlarındandır. Ölkə rəhbərinin demokratik prinsipləri, söz azadlığına verdiyi yüksək dəyər bütövlükdə KİV-lərə göstərdiyi maddi və mənəvi qayğının ifadəsidir. Səmərəli və uğurlu fəaliyyəti, müstəqil öncüllər sırasında olması "525-ci qəzet"i milli mətbuatımızın brendlərindən biri kimi şərtləndirir.
Rəşad Məcid təsisçi və baş redaktor kimi işgüzar, tələbkar olmaqla yanaşı, geniş ürəkli, qayğıkeş yazıçı olaraq, ədəbiyyatımızın inkişafı naminə qələm adamlarına, xüsusən gənc yazarlara böyük özünümüdafiə imkanı yaradır.
Bu mənada "525-ci qəzet" həm də ədəbi-ictimai fikrin, yaradıcı düşüncənin laboratoriyasıdır.
İnamla demək olar ki, Rəşad Məcid media kapitanı olaraq, müstəqil milli mətbuatımızın şərəfli tarixini yaradanlar sırasında ən önəmli yerdədir. Rəhbərlik etdiyi qəzetin 25 illik uğurlu fəaliyyəti, bütövlükdə mətbuat tariximizin şanlı səhifələrindəndir.
Rəqəmlər mistik düşüncənin kodlarıdır. Təsadüfdən doğan zərurətin ehtivasıdır. Sözdən rəqəmə, rəqəmdən sözə doğru yol gedir dünya. 525 rəqəmi və onun sözə çevrilmiş mahiyyəti. Mistik düşüncədə qeyri-adiliyi ilkinliyin təzahürü kimi səciyyələndirmək olar. Məncə, "525-ci qəzet"in milli mətbuatımızdakı önəmli, səbatlı və sanballı dəyərlərindən biri də onun mistikasıdır. Rəşad Məcid də ilahi dəyərlərə inamı uca olan işıqlı bir soyun ardıcılıdır.
Zamana, dünyaya, tarixə güzgü tutan, milli ruhumuzun aynasına çevrilən "525-ci qəzet"in 25 yaşı mübarək olsun, Rəşad Məcid! Ömrünüzün və fəaliyyətinizin neçə-neçə "25"lərini uğurlayasınız, böyük ziyalı!
Nəzakət
MƏMMƏDLİ
525-ci qəzet.- 2017.- 19 oktyabr.- S.8.