Vətənsevərlik, ziyalılıq, maarifçilik tribunası - "525"-25
Mətbuat hər zaman xalq üçün, dövlət üçün böyük əhəmiyyət kəsb edən bir institut olub və bu gün də olmaqdadır.
Bu baxımdan Azərbaycan
mətbuatı da hər zaman böyük dəyərini
saxlayıb. Bu, yaxşı
mənada "mühafizəkarlıq"
bizim jurnalistikanın yaradıcılarından, onların
ənənələrini davam
etdirən, həqiqi mənada jurnalistikanın bir institut kimi
yaşamasında böyük
əməyi olan yaşlı jurnalistlərin
əməyi sayəsində
mümkün olub.
Virtual məlumat dünyası
genişləndikcə və
dərinləşdikcə klassik
mətbuat nümunəsi
olan qəzetlərin yüksək reytinqinin saxlanması çətin
olsa da, mümkündür və vacibdir. Bir çox qəzetlər
həqiqi mənada xalqın sevimli tribunasıdır, inandığı
məlumat məkanıdır.
Belə qəzetlər sırasında
"525-ci qəzet" öncül
yerlərdədir. Hər bir
komandanın uğuru onun rəhbərlərinin
şəxsiyyətindən, təşkilləndirmək bacarığından,
ünsiyyət mədəniyyətindən,
inam yaratmaq bacarığından, analitik
təhlil məharətindən
çox asılıdır.
Rəhbərin şəxsi nümunəsi
uğurların əsasında
durur. "525-ci qəzet" bu baxımdan bəxtli qəzetdir. Çünki
onun Rəşad Məcid kimi dövlətsevər, vətənsevər,
sözündə dəqiq,
insanlara layiqli dəyərini verə bilən rəhbəri var.
Bu qəzet heç vaxt insanların heysiyyatı ilə "oynamayıb", mənbəyi
bilinməyən, dəqiqliyi
şübhə doğuran
heç bir məlumatı verməyib.
Odur ki, bu qəzet
bir dəfə də olsun yazdıqları
məlumatlara və materiallara görə üzr istəməli və təkzib verməli olmayıb.
Bu qəzetdə dövlətə, dövlətçiliyə
xələl gətirən
heç bir yazı getməyib. Dövlətin və xalqın
uğurları hər
zaman yüksək peşəkarlıqla işıqlandırılıb.
"525-ci qəzet" haqlı olaraq vətənsevərlik, ziyalılıq,
maarifçilik tribunası
adlandırılır.
Gənc yazarların, alimlərin, mədəniyyət xadimlərinin
təqdimatı bu qəzetin fəaliyyətinin
əsas istiqamətlərindən
biridir. Hər bir yeni kitabın xüsusi şərh ilə təqdimatı təkcə
kitab müəllifinin
nüfuzunu artırmır,
həm də oxucuları o kitabları oxumağa sövq edir. Əslində, bu, maarifçi
təbliğat deməkdir.
Bizim bu qəzetlə on illərə söykənən
əməkdaşlığımız
var. Bu təcrübəmdən çıxış edərək
deyə bilərəm
ki, bu tribunada
müəllif fikrinə
çox böyük sayqı var. Bu, çox vacib amildir, çünki bir çox hallarda tələb olunan düzəliş fikrin təhrifli anlanılmasına
səbəb olur, müəllifin ruhuna uyğun olmayan yad fikirlər mətnə düşə
bilir.
Mənim "Dahilərin, müdriklərin
və fatehlərin həyat dərsləri"
iki cildlik kitabımın "525-ci qəzet"də
şərhi bu kitabların oxuculara tanıdılmasında mühüm
rol oynayıb. Bu kitablarda
türk dünyasının
dahi şəxsiyyətləri,
görkəmli alimləri,
ziyalıları - Atilla,
Osman Qazi, İbn Sina, Əmir Teymur, II Sultan Fateh Mehmet, Şeyx
Şamil, Atatürk, Heydər Əliyev, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev,
Hüseyn Cavid, Murtuza Nağıyev, Lütvi Zadə, Abbas Çayxorski, Xudu Məmmədov, Vasim Məmmədəliyevin
həyatları haqqında
dəqiq və ibrətli məlumatlar var.
"525-ci qəzet" bu
kitabların şərhini
verməklə əslində,
yuxarıda adları qeyd olunan dahi
şəxsiyyətlərin haqqında yeni bir mənbənin olmasını oxuculara çatdırır, bu şəxsiyyətlərin oxucular
tərəfindən daha
ətraflı öyrənilməsinə
şərait yaradır,
onlara ümumxalq sevgisinin əsaslı olduğu məntiqini təsdiq edir.
Dövlətimizin və xalqımızın
ən ağır günlərində "525-ci qəzet"
sel kimi gələn, yalan və böhtanlarla dolu məlumatlara qarşı sözün əsl mənasında savaş açıb, bu yalanları və böhtanları faktlara söykənən məntiqlə ifşa edib.
"525-ci qəzet" elmin və alimin
tribunası kimi də dəyərlidir. Bu qəzet ölkəmizin hər bir aliminin
uğurlarını böyük
sevgi ilə şərh edib, təkcə alimin özünü yox, onun mənsub olduğu və ya yaratdığı elmi məktəbi ürək genişliyi ilə təbliğ edir. Alim bu tribunadan öz sözünü deməklə, həm də gənclərin elmə gəlməsini stimullaşdırır.
Bu qəzetdə mədəniyyətimizin
təbliği ən yüksək səviyyədədir. Bu qəzetdə mədəniyyətimizin
tarixi və bu günü sistemli, əlaqəli, əsaslandırılmış təbliğ olur. Bu qəzet sözə
və sənətə
çox böyük dəyər verir. Qəzetin dili təmizliyi, səliqə-səhmanı sadəliyi,
oxunaqlığı ilə
seçilir. Bu qəzetdə verilən materialları oxumaq oxucunu yormur, əksinə, onu oxumağa, dayanmadan oxumağa təhrik edir.
Qəzetin strukturu ahəngdar qurulub, struktur vahidlərinə keçidlər
rəvandır, əsəbi
gərginlik yaratmayandır,
oxucu ruhunu yormayandır.
"525-ci qəzet"də oxucunu cəlb etmək üçün bəd, xof yaradan xəbərlərin manşetə çıxarılması tamamilə yaddır. Çünki bu qəzetin buna ehtiyacı yoxdur. Onun daimi oxucuları bilir ki, bu qəzetin hər bir nömrəsi oxunmalıdır, maraqlıdır. Zəngin məlumatlıdır. "525-ci qəzet"in 25 yaşı tamam olur. Əsrin dörddə biri qədər yaşayıb-yaradan qəzet öz uğurları ilə öyünə bilər. Çünki:
- o, xalqın sevdiyi tribunadır;
- o, vətənpərvərlik, dövlətçilik təbliğatçısıdır;
- o, maarifləndirici mətbuat institutudur;
- o, gənclərin təqdimatının yüksək səviyyəli məkanıdır;
- o, mədəniyyətimizin peşəkar təbliğatçısıdır;
- o, alimlərimizin və elmimizin alilik səviyyəsində təbliğat yeridir və s.
Əziz dostlar!
Sizin 25 illik şərəfli tarixiniz alqışa layiqdir. Sizə sənətinizdə
və yaradıcılığınızda
böyük uğurlar
arzulayırıq. Siz suları
pak olan, heç vaxt bulanmayan mətbuat dənizinə məxsus, öz istiqaməti olan möhtəşəm
gəmisiniz və sizin gələcək istiqamətiniz bəllidir və dəqiqdir. Sizin üzdüyünüz mətbuat
dəniziniz heç vaxt bulanmasın ki, Sizin də
saf və pak gəminiz çirklənməsin. Biz oxucuları sevdiyiniz üçün, ruhumuzu oxşadığınız üçün,
Vətəni və xalqı sevdirə bildiyiniz üçün Sizə təşəkkür
edirik!
Sabahlarınız bir-birindən uğurlu
gəlsin!
Çiçəklənən və qüdrətli Azərbaycanın təbliğatçısı
kimi şərəfli
işiniz hər zaman Sizə uğur gətirsin. Siz heç vaxt allahı unutmadığınız,
allahsızlıq etmədiyiniz
üçün allah Sizləri qorusun!
Vaqif
ABBASOV
Akademik
525-ci qəzet.- 2017.- 19 oktyabr.- S.8.