Bakıda ədəbiyyatın təbliği
üçün sərgi
Oktyabrın 17-də Xətai Sənət Mərkəzində Müstəqillik
gününə həsr
olunmuş "Kitabların
insan həyatında rolu" adlı sərgi keçirilib.
Təsviri və tətbiqi sənətin bütün
nominasiyaları üzrə
100-dən çox rəssam
qatılan sərgidə
ədəbi əsər
və şəxsiyyətlərdən,
dastan və nağıllardan bəhrələnərək
çəkilən rəsm
əsərləri, eləcə
də müxtəlif əl işləri nümayiş olunub. Sərginin məqsədi
kitaba və mütaliəyə marağın
yaradılması, ədəbiyyat
və incəsənətin
təbliğidir.
Layihə
rəhbəri Elnurə
İsgəndərova Mədəniyyət
və Turizm Baş İdarəsi, YAP Yasamal Rayon təşkilatı,
Sabir adına Kitabxana, Yazıçılar
Birliyi, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinə təşkilati
dəstək üçün
minnətdarlıq edib.
Mərasimdə Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı, millət
vəkili Aqil Abbas, Rəssamlar İttifaqının katibi
Ağəli İbrahimov,
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Sabir Kitabxanasının direktoru Gülşən Abbasova çıxış
ediblər.
Rəşad Məcid sərgiylə
bağlı fikirlərini
bölüşərkən deyib: "Xətai Sənət Mərkəzinin,
Azərbaycanda sənətə
xidmət göstərən
belə gözəl bir qurumun fəaliyyəti
məni sevindirir. Bu, digər iş adamlarına, imkanlı və səlahiyyətli şəxslərə bir mesajdır ki, mədəniyyətə, ədəbiyyata
və sənətə
xidmət edən yeni-yeni qurumlar yaratmaq vacibdir. Kitabın təbliğatı baxımından,
orijinal bir layihədir. Bu gün kitabın təbliği və mütaliə vərdişlərinin
artırılması barədə
dönə-dönə danışırıq.
Bu mənada, rəsmlərin
diliylə ədəbiyyatın
nümayişi, dünya
və Azərbaycan ədəbiyyatındakı obrazların,
sujetlərin rəssam
təxəyyülündən keçib əsərlərə
çevrilməsi kitabın
təbliğində maraqlı
bir vasitədir".
Ağəli İbrahimov sərginin əhəmiyyətini vurğulayaraq
deyib ki, Azərbaycan tarixi və mədəniyyətinin
başqa ölkələrdə
də tanıdılması
zəruridir.
Qonaqlar sərgi iştirakçılarından Elnurə İsgəndərovanın əl işləri, Museyib Əmirov, Zeynəb Məmmədova, Şahidə Quliyeva, Gülşən Abbasova, Abtalıb Hacızadə, Aygün İskəndərova və başqa rəssamların əsərləri ilə tanış olublar.
Tədbir çərçivəsində şairə Solmaz Kürçaylının "Ana məbədi" kitabının təqdimatı da keçirilib.
MÜŞFİQ
525-ci qəzet.- 2017.- 19 oktyabr.- S.7.