Rənglərin qardaşlığı: İzmirdən Bakıya sənət körpüsü  

 

 

Oktyabrın 17-dən Bakıda Azərbaycan Türkiyə rəssamlarının iştirakı iləRənglərin qardaşlığıadlı rəsm sərgisi keçirilir.

 

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət tanıtma müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu, İzmir Balçova bələdiyyəsi, Azərbaycan Qardaşlıq İş Birliyi Dərnəyi Azərbaycan Rəssamlar İttifaqı Mədəniyyət Turizm Nazirliyinin Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan rəsm sərgisinin kuratoru Azərbaycan Rəssamlar İttifaqının üzvü Günay Mehdizadədir.

 

Hər iki ölkədən 9, ümumilikdə 18 rəssamın qatıldığı layihənin birinci mərhələsi mayın 28-dən iyunun 2-nə kimi azərbaycanlı rəssamların da iştirakı ilə Türkiyənin İzmir şəhərində keçirilib. Orada rəssamların rəsm əsərləri üzərində işləri mədəni gəzintilərlə zənginləşdirilib, hazırladıqları sənət nümunələri tamamlandıqdan sonra Balçova Bələdiyyəsi Mədəniyyət evində sərgilənib. Sərginin Türkiyə üzrə kuratorluğunu türkiyəli rəssam Xədicə Aydoğan həyata keçirib.

 

Rəsm sərgisi çərçivəsində ilk tədbir oktyabrın 18-də Türkiyənin Azərbaycandakı səfirliyində gerçəkləşdirilib. Həmin gün Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan ƏliyevinDünya rəssamlığında miniatür sənətiadlı məruzəsi dinlənib.

 

Bununla bağlı tədbirdə Azərbaycan Rəssamlar İttifaqının rəhbərliyi, səfirlik nümayəndələri, rəssamlar media nümayəndələri iştirak ediblər.

 

Türkiyə səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi məruzənin təşkilinin səbəbi haqqında məlumat verib. Müşavir qeyd edib ki, məruzə Türkiyə Azərbaycan rəssamlarının rəsimlərinin sərgiləndiyiRənglərin qardaşlığırəsm sərgisinin açılışından öncə bütün türk dünyasının ortaq sənəti olan miniatür haqqında məlumatlanma məqsədi ilə təşkil olunub.

 

Z.Əliyev məruzəsində miniatür sənətinin tarixi, Azərbaycan Türkiyə təsviri sənətindəki rolu əhəmiyyəti haqqında geniş məlumat verib. O məruzəsində qeyd edib ki, tarix boyu miniatür sənəti haqqında yanlış düşüncə formalaşıb: “Qərb rəssamlarının xristian alimlərinin yanlış təqdimatı ilə miniatür sənətinin yalnız kitab tərtibatında tətbiq olunduğu düşünülüb. Deyilir ki, miniatür qədim əlyazmalarda, kitablarda bəzəkli, rəngli hərfdir. Ancaq miniatür ən qədim Azərbaycan türk təsviri sənətidir. Xüsusilə klassik şərq ədəbiyyatının təsiri ilə inkişaf edib. Avropalılar belə izah edirlər ki, “miniatürsözü latıncadan tərcümədə “minimum” sözündən yaranıb, bu da ölçüsünə görə kiçik deməkdir”.

 

Məruzəçi müxtəlif dövrlərdə yaşamış rəssamların yaradıcılıq nümunələrini nümayiş etdirərək sübut edib ki, bu sənət yalnız kitab tərtibatı ilə bağlı olan janr ya sənət növü deyil: “Təsviri tətbiqi yaradıcılığın yer aldığı bütün sahələrindəki nümunələrdən çıxış edərək demək olar ki, miniatür müsəlmanların, o cümlədən, türklərin azərbaycanlıların tanıdıqları bədii üslubdur. Deməli, miniatür islam-türk təsviri sənətində tətbiq olunan universal bədii dil, üslubdur. Avropalıların miniatürə verdiyi izahdan çıxış etsək, onda görərik ki, onların mədəniyyətlərində, əlyazmalarında həqiqətən ölçüsünə görə kiçik hərflər var. Azərbaycan rəssamlığında da müəyyən qabların, detalların, hətta insanların belə kiçik, zərif təsviri ictimaiyyətin miniatür sözünü kiçik anlamında qəbul etməsinə səbəb olub. Əslində isə avropalıların miniatür kimi qəbul etdikləri təsviri sənət nümunəsinin bizim əlyazmalarda rast gəlinən oxşarlarına miniatür demək, kökündən səhvdir. Çünki Azərbaycan-türk-islam mədəniyyətində rast gəlinən miniatür avropalıların qəbul etdiyi anlayışdan daha çoxmənalı çoxqatlı, bədii estetik baxımdan daha dərin əhəmiyyətlidir. O,  ayrıca təsvir olmayıb, özündə mənəvi estetik dəyərləri qovuşduran gerçəkliyin bədii dərkidir”.

 

Z.Əliyev çıxışında Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc miniatürçü rəssam, sərginin ölkəmizdəki kuratoru Günay Mehdizadə haqqında da danışıb. O deyib ki, Günay Mehdizadə müasir miniatür sənətinin layiqli davamçısıdır. O, ilk rəssamdır ki, çəkdiyi Atatürk portreti Türkiyədə böyük liderin muzeyində sərgilənir.

 

Daha sonra Z.Əliyev G.Mehdizadə rəssamlığın inkişafındakı rollarına görə səfirlik tərəfindən diplomla təltif olunublar.

 

Eyni gündə səfirlikdə G.Mehdizadənin miniatür rəsmləri sərgilənib.

 

Türkiyə Azərbaycan rəssamların əl işlərindən ibarətRənglərin qardaşlığıadlı rəsm sərgisinin açılışı oktyabrın 19-da Muzey Mərkəzində keçirilib. Açılışa hər iki ölkədən rəssamlar, ziyalılar, sənətsevərlər media nümayəndələri qatılıblar.

 

Milli Məclisin deputatı İlham Məmmədov çıxışında qeyd edib ki, sərginin adınınrənglərin qardaşlığıolması simvolik məna daşıyır, iki ölkə arasındakı qardaşlığın göstəricisidir. O, rəssamlığın incəsənətin digər sahələrindən fərqləndiyini. rəssamların daha həssas, daha diqqətli insanlar olduqlarını qeyd edib: “Rənglərdə böyük sehr var. musiqi var, şeiriyyat var. Biz heç birimiz bunu duya, hiss edə bilmirik. Ancaq rəssamlar rənglərin bu sehrini duyurlar. Onlar bizim görmədiklərimizi, eşitmədiklərimizi duyub, hiss edib, öz əsərlərində əks etdirməyi bacarırlar”.

 

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət tanıtma müşaviri İrfan Çiftçi çıxışında rəsm sərgisinin adına diqqət çəkib: “Təbiətin həyatın rənglərini, cizgilərini özündə birləşdirən rəsm sənəti üzərindən Türkiyə Azərbaycan arasında bir körpü qurulması həm dərin məna, həm tarixi əhəmiyyət daşıyan bir fəaliyyətdir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlətolan iki ölkə arasındaRənglərin qardaşlığıda əbədidir. Təbii ki, bu fikrin müxtəlif təşəbbüslərlə davamlı olaraq ifadə olunması, təkrarlanması zərurəti var. Mədəniyyət incəsənətin müxtəlif növlərində yaradıcı təşəbbüslərin birgə reallaşması iki qardaş ölkənin içində yaşayanbir millətanlayışının daha da bütövləşməsi zənginləşməsinə imkan verəcək. Ümid edirik ki, bu ortaq işbirliyi başqa sənət növlərinə, hətta həyatın bütün sahələrinə ilham qaynağı olacaqdır. Bizim səfirlik müşavirlik olaraq ən birinci məqsədimiz məhz budur. Bu layihə ilkdir, son. Bundan sonra tez-tez bu cür bundan da yaxşı layihələrin şahidi iştirakçısı olacaqsınız”.

 

İzmir Balçova Bələdiyyəsinin mədəniyyət müdiri Toğrul Keskin çıxışında əminliklə ifadə edib ki, sərgi Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qardaşlaşan Bakı İzmir arasında əlaqələri daha da möhkəmləndirəcək.

 

Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Fikrət Babayev və başqaları çıxış edərək sərginin iki qardaş ölkə arasında mədəni sahədə əlaqələrin inkişafının bariz nümunəsi olduğunu vurğulayıblar.

 

Bildirilib ki, mədəni müstəvidə Türkiyə-Azərbaycan əməkdaşlığının daha da genişlənməsinə və dünyada baş verən qlobal təlatümlər fonunda iki qardaş ölkənin bir-birinə daha da bağlanmasına ehtiyac var. Bu baxımdan incəsənətin müxtəlif növlərində birgə layihələrin həyata keçirilməsi ilə xalqlarımızı daha da yaxınlaşdırmalıyıq.

 

Türkiyənin opera sənətçisi Oya Ergünün ifası açılış mərasiminə daha da gözəl rəng qatıb.

 

Tədbirdə Toğrul Keskin, Günay Mehdizadə, İrfan Çiftçiİbrahim Yıldırım fəxri fərman və xüsusi hədiyyələrlə təltif olunublar.

 

Sonda tədbir iştirakçıları “Rənglərin qardaşlığı” rəsm sərgisi ilə tanış olublar.

 

Sərgidə Azərbaycan rəssamlarından Günay Mehdizadə, Suğra Bağırzadə, Ədalət Əfəndi, Elnar Ağamirzə, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Mehriban Mehdizadə və Rəfixan Mövlanovun, Türkiyədən isə Ertuğrul Keskin, Faden Suzan Kudsioğlu, Mahmut Durmuş, Hatice Reyhan Abacıoğlu, Bedri Karayağmurlar, Hatice Aydoğan, Gündoğdu UğraşCavid Əliyevin əl işləri nümayiş olunub.

 

Sərginin nümayişi bu gün sona çatacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 21 oktyabr.- S.12.