Yüksək peşəkarlıq... İctimai məsuliyyət... Və dərin səmimiyyət

 

 

 

 

Elə insanlar, şəxsiyyətlər var ki, onlar dünyaya yeni ideya-fikir, mənəvi-əxlaqi miqyas təsəvvürləri yaratmaq missiyası ilə gəlirlər. bu missiyanı o qədər təvazökar bir peşəkarlıq, ictimai məsuliyyət səmimiyyətlə həyata keçirirlər ki, istər-istəməz həyatın təsadüfi inqilablarla deyil, əbədi ( zəruri) təkamüllə irəlilədiyinə inanmalı olursan.

 

Azər Paşa Nemət öz mənalı, məzmunlu, böyük yaradıcılıq uğurları ilə zəngin həyatının yeddinci onilliyini bitirib səkkizincisinə qədəm qoyur. onu az-çox tanıyanlar yaxşı bilirlər ki, təmkinli, ağır-səngin, ağayana hərəkətli bu insanın daxilində, ruhunda qədər güclü mənəvi tufanlar, qədər hərarətli ideya təlatümləri var... Həyat elə gətirib ki, mən Azər Paşa müəllimlə həm Azərbaycanda, həm onun hüdudlarından kənarda müxtəlif səviyyəli məclislərdə olmuşam, fərqli mövzularda söhbətlər eləmişik, hərdən bir yaradıcılıq əməkdaşlığını da sınaqdan keçirmişik. görmüşəm, onun ziyalı şəxsiyyətini müəyyənləşdirən elə mühüm keyfiyyətlər mövcuddur ki, onlar barədə bir-iki kəlmə söz demək lazımdır: birincisi, yüksək peşəkarlıq, ikincisi, dərk olunmuş ictimai məsuliyyət, üçüncüsü isə dərindən gələn səmimiyyətdir.

 

Azər Paşa Nemətin peşəkarlığının miqyasına ən azı bunlar daxildir: teatr rejissorluğu, rəssamlığı musiqiçiliyi, ölkədə teatr quruculuğu, teatr işi ilə bağlı təşkilati elmi-pedaqoji fəaliyyət... bu sahələrin hər birində böyük uğurlara imza atmış görkəmli sənətkarın həmin uğurlarının əsasında, heç şübhə etmirəm, məhz dərin səmimiyyət dayanır ki, fikrimcə, bu səmimiyyətin məzmun-mündərəcəsini dolğunlaşdıran, ona mükəmməllik gətirən bir dəyər var: Azər Paşa Nemət, sözün dərin mənasında, ictimai xadimdir.

 

Təbiətən ünsiyyətcilliyi, görünür, ilk növbədə ondan irəli gəlir ki, Bakıda, görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub, paytaxtın qaynar yaradıcılıq mühitində boya-başa çatıb belə bir həqiqəti çox gənc yaşlarından dərk edib ki, yaradıcılıq özünün bütün təzahürlərində ictimaidir...

 

Azər Paşa Nemət öz rejissorluq fəaliyyətinə keçən əsrin yetmişinci illərinin əvvəllərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb, "Keçən ilin son gecəsi" (Anar), "Öz adamımızdır, düzəlişərik" (A.Ostrovski), "Buratino" (A.Tolstoy), "Danabaş kəndinin məktəbi" (C.Məmmədquluzadə), "Fudri dağında qonaqlıq" (Ç.Aytmatov) bu kimi başqa, həm ideya-məzmun, həm poetik forma baxımından fərqli əsərlər onun novator rejissor təfsirində tamaşaçılara təqdim edilib. Gənc rejissorun 1974-1976-cı illərdə Leninqrad (Sankt-Peterburq) Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışması da onun yaradıcılıq tərcümeyi-halını zənginləşdirən hadisə olub.

 

Azər Paşa Nemətin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı səhnəsində hazırladığı tamaşalar, xüsusilə V.Şeksprin "Hamlet", Elçinin "Ah, Paris, Paris!", "Mənim sevimli dəlim", "Diaqnoz D (Mənim ərim dəlidir)" əsərlərinin rejissor həlli ümumən Azərbaycan teatrı tarixinin yaddaşında əbədi olaraq qalmışdır.

 

Niyə?..

 

Hər şeydən əvvəl ona görə ki, bu tamaşaların müəllifi milli mövqedə möhkəm dayanmaqla modern teatr texnologiyalarını ustalıqla mənimsəyə bildi, mövcud aktyor potensialından, səhnənin eninə-uzununa məkan imkanlarından, işıq-qaranlıq effektlərindən, musiqidən zərgər dəqiqliyilə istifadə edərək tamaşaçıları həm həyəcanlandırdı, həm düşündürdü.

 

Azər Paşa Nemət rejissorluq yaradıcılığına başladığı ilk illərdən pedaqoji fəaliyyətlə məşğul olmuş, böyük teatr xadimlərindən, xüsusilə professor Mehdi Məmmədovdan aldığı peşəkarlıq dərslərini uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində bir professional - professor olaraq tələbələrinə öyrədir. Tədris etdiyi rejissorluq sənəti fənninin istər nəzəri, istərsə təcrübi əsaslarını mənimsəyən tələbələri arasında həm Xalq artistləri, həm Əməkdar artistlərin olması sübut edir ki, pedaqoji fəaliyyət Azər Paşa müəllim üçün sadəcə həvəs məsələsi deyil, onun yaradıcılıq tərcümeyi-halının üzvi ( strateji) tərkib hissəsidir.

 

Azər Paşa Nemət ölkənin mədəni, ictimai, ideoloji həyatında fəal iştirak edən vətənpərvər, geniş dünyagörüşlü ziyalıdır... On beş ildən çoxdur ki, Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik edir. bu illərdə ölkənin teatr həyatında kifayət qədər böyük işlər görülmüş, Azərbaycan teatrı eyni zamanda, müxtəlif beynəlxalq festivallarda uğurla çıxış etmiş, nüfuzlu mükafatlar qazanmışdır.

 

Azər Paşa Nemətin genişmiqyaslı fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. O, əməkdar incəsənət xadimidir, xalq artistidir, Şöhrət ordeninə layiq görülmüşdür...

 

Görkəmli rejissorun son illərdə hazırladığı "Boy çiçəyi" (2011), "Şah Qacar" (2013), "Ölülər" (2016), "Almaz" (2017) tamaşaları bir sıra baxımlardan böyük maraq doğurmaqdadır... Birincisi odur ki, klassikaya - Azərbaycan tamaşaçısının səhnədə dəfələrlə görmüş olduğu əsərlərə müraciət edilir ki, bu, tamamilə təbii olaraq, rejissorun məsuliyyətini hər cəhətdən artırır. İkincisi, həmin əsərlərin çoxunda müasir mənəvi-ideoloji standartlara uyğun gəlməyən müəyyən məqamlar vardır ki, əgər belə demək mümkünsə, az ya çox dərəcədə (əlbəttə, klassik müəllifin məqsəd-məramını zədələmədən) "redaktə" tələb edir. üçüncüsü, hansı əsərə müraciət olunmasından, dövrün ideya-estetik normativlərindən asılı olmayaraq əsl rejissorun öz üslubu ("mən"liyi, hətta "mənəm"liyi!) var ki, bu, özünün ifadəsini Azər Paşa Nemətin son illərdəki rejissor təfsirində necə tapır?

 

Mən bu məsələlərə, təbii ki, xeyli dərəcədə subyektiv münasibətimi bildirmək istəyirəm, ancaq güman edirəm ki, bu münasibətlər obyektivlikdən o qədər uzaq deyil...

 

Birincisi, Azər Paşa Nemət yaradıcılığının məzmun-mündərəcəsi etibarilə mütəfəkkir sənətkardır. onun yüksək peşəkarlığının üzvi tərkib hissəsidir ki, hansı dövrdə, hansı ictimai-siyasi şəraitdə ( məkanda) yaranmasından asılı olmayaraq dramaturji mətn seçiminə öz ideya-estetik marağının ( bu marağın ictimai aktuallığının) səviyyəsindən yanaşır, nəticə etibarilə, öz əsərini yaradır. Əgər son illərdə daha çox milli klassikaya müraciət etdisə, deməli, rejissorun "müəllif-tamaşaçı" dialoqu başqa sferalarda (məsələn, xarici klassikaya, milli müasirliyə s. müraciətdə) yox, məhz burada alındı... İkincisi, milli klassikanın "redaktə"si problemini Azər Paşa Nemət özü kimi peşəkarlarla əməkdaşlıq kontekstində həll etməyin uğurlu nümunəsini təqdim edə ( bu istiqamətdə tamamilə yeni bir təcrübə gerçəkləşdirə) bildi. İlyas Əfəndiyevin "Boy çiçəyi"ni görkəmli dramaturqun görkəmli varisi Elçin, digər əsərləri isə istedadlı dramaturq Əli Əmirli müasirləşdirdi. etiraf etmək lazımdır ki, həmin müasirləşdirmə, yaxud "redaktə"lər kifayət qədər cəlbedici ( uğurlu) alındı...

 

nəhayət, üçüncüsü... Azər Paşa Nemətin sənətkar iddiaları - rejissor "mən"i ( "mənəm"liyi!) özünü, fikrimcə, mahiyyəti etibarilə humanist aristokratiklikdə tapdı. Tamaşalara baxan hər kəs ya analitik, ya da təhtəlşüur təfəkkürlə hiss etməyə bilməz ki, həmin tamaşaların müəllifi həm humanist, həm aristokratdır: humanistdir o mənada ki, dövründən-zamanından, coğrafiyasından-şəraitindən, zümrəsindən-siyasi mənsubiyyətindən asılı olmayaraq insanda insanlığı axtarır; aristokratdır o mənada ki, həyatın prozaik xırdalıqlarından mətləb-mahiyyətinə, dedi-qodusundan fəlsəfəsinə çəkir...

 

Bu günlərdə Azər Paşa Nemətin növbəti ( doğrudan da, gözəl), bir tamaşasına baxdıq. Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" faciə-absurdu əsasında hazırlanmış bu tamaşada 1930-cu illərin repressiyalarından danışılırdı. tamaşanın ən uğurlu cəhəti o idi ki, konkret dövrün konkret hadisələri cəmiyyətin (insanlığın) zaman məkan hüdudlarına sığmayan fövqəlməkan fövqəlzaman problemi səviyyəsindən ümumiləşdirilərək təqdim olundu... Fasilədə Azər Paşa müəllimi təbrik etməklə yanaşı, həm soruşdum ki, bir neçə mənzili ( onların qapılarını) bir səhnə məkanına necə yığa bildiniz?.. Heç düşünmədən: "Mən uzun illər kommunal mənzilli evdə yaşamışam”, - dedi, - “bir, iki, ya üç zəngin vurulma ardıcıllığından bilirdik ki, kimi axtarırlar".

 

Bəlkə, kimsə "mən bu texnologiyanı Moskvada, Parisdə, yaxud Londonda öyrənmişəm" deyərdi, ancaq Azər Paşa müəllimin belə mötəbər mənbələrə istinad etməyə heç bir ehtiyacı yoxdur. Onun üçün ən mötəbər mənbə özünün həyatı, taleyi, tərcümeyi-halıdır... O həyatı, taleyi, tərcümeyi-halı ki, yeddinci onilliyini bitirib səkkizincisinə qədəm qoyur.

 

Nizami CƏFƏROV

 

 

525-ci qəzet.- 2017.- 24 oktyabr.- S.7.