"Odlar yurdunun naxışları" Daşkənddə
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzində "Odlar
yurdunun naxışları"
Azərbaycan xalçaları
sərgi zalının
açılışı keçirilib.
Tədbir
iştirakçıları öncə Mədəniyyət
Mərkəzinin foyesində
Azərbaycan xalçları,
milli geyimlər, kəlağayılar və
musiqi alətlərini
özündə əks
etdirən xüsusi kompozisiya ilə tanış olublar.
Daha sonra Azərbaycan xalçaları
mövzusunda bir sıra məruzələr
təqdim edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov xalçalarımız haqqında
məruzə edərək,
xalq sənətinin ən geniş yayılmış növü
olan xalçaçılığın xalqımızın
bədii təfəkkürünü,
istedadını nümayiş
edirdiyini deyib. O, qədim Azərbaycan xalçaları barədə
bir sıra mənbələrdə antik
yunan tarixçilərinin
yazdıqlarını da
qeyd edib. S.Abbasov Azərbaycan dövlətinin
milli mədəniyyətimizin
qorunub saxlanılması
və inkişaf etdirilməsi istiqamətində
həyata keçirdiyi
işlər barədə
məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Silahlı qüvvələri tərəfindən
işğal olunduğunu,
zəbt olunmuş ərazilərdə 762 mədəniyyət
abidəsi və 1431 mədəniyyət müəssisəsi
qaldığını, 22 muzeyin,
4 rəsm qalereyasının
tamamilə işğalçılar
tərəfindən məhv
edildiyini bildirən
diplomat, maddi-mədəni irsimizin,
İslam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın
qədim xalça məmulatlarının talançıların
əlinə keçdiyini
vurğulayıb. S.Abbasov
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən
layihələr və
2010-cu ildə Azərbaycanın
ənənəvi xalça
sənətinin YUNESKO-nun qeyri-maddi
irs siyahısına
daxil edilməsi haqda da danışıb.
Özbəkistan Dövlət Tarix
Muzeyinin direktoru
professor Cənnət İsmayılova,
Milli Elmlər Akademiyası Əsaslı
Kitabxanasının direktoru
Zuxra Berdiyeva Azərbaycan xalqının
istedadını, onun qədim tarixini, zəngin mədəniyyətini
nümayiş etdirən
və ən çətin əl işlərindən biri hesab olunan xalçaçılığın
Azərbaycan xalqının
vizit kartına çevrildiyini qeyd ediblər.
Özbəkistanda Azərbaycan xalçalarının
tanıdılması və
satışı ilə
məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin
Museyibzadə xalçalarımızın
rəngarəngliyi, özünəməxsusluğu,
onu dünyaya sevdirən xüsusiyyələri
barədə çıxış
edib. O, təmsil etdiyi
təşkilat adından
Özbəkistandakı Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin yeni yaradılan "Azərbaycan
xalçaları" daimi
sərgi zalına Qarabağ xalçasını
hədiyyə edib.
Tədbirdə Azərbaycanın əsrarəngiz
xalça sənəti,
onun qədim tarixi, ölkəmizin regionlarına xas xalçalar, onlarda əks olunmuş naxışlar barədə
ətraflı prezentasiya
və videomaterial iştirakçılara təqdim
olunub.
Daha sonra "Odlar yurdunun naxışları"
Azərbaycan xalçalalarının
daimi sərgi zalı açılıb.
Açılış lenti kəsildikdən
sonra ölkəmizin 7
əsas xalçaçılıq
məktəbini özündə
əks etdirən, müxtəlif naxış
elementləri və təsvirlərlə bəzədilən
xovlu və xovsuz xalçalar nümayiş olunub.
Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-ə yaxın qədim və unikal xalçalar nümayiş etdirilir.
Tədbirin sonunda Özbəkistanın "Surxan" musiqi qrupu Azərbaycan və özbək mahnılarını ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.
Xədicə RƏHMAN
525-ci 2qəzet.- 2017.- 24 oktyabr.- S.7.