Yarpaq tökümü
və yaxud düşüncələrim...
Dua var diri üçün
oxunur, Dua var ölü üçün...
Ağac
qabıqlayanda özünü
sökür
Toyunda və yasında umduğunu - axı başqası da səndən umurdu...
QƏlƏbƏ aldadıcıdır, sƏhvlƏr
düşündürücü
Yetkinlik
yaşda olur, müdriklik başda
Qüruba
gedən GünƏş,
payız vədəsi, sarı
yarpaq, qışın
soyuğu-sazağı nostalji
duyğular yaradır,
insanı tənhalaşdırıb
kədərli anlar yaşatdırır. Bunlar hamısı
Təbiətin məqsədli
VƏrdişlƏridir. İnsanı hazırlaşdırmaq
və alışdırmaq
üçündür
Mobil telefon - üzü və sözü də
özü kimi soyuq sim-sim - birinci elə isti sözlərlə
dolu məktubları və insani sevgiləri öldürdü
MƏhƏbbƏt yaşa baxmır, amma müəyyən ömrü yaşayır.
Adını da bilmirsən,
ağzının dadını
da, dostunu-yadını
da, belə hardan gəlib, hara gedirsən?!
İnsan
qəribə məxluqdur,
yatdığı yerə
də, yediyi çörəyə də,
gördüyü yuxuya
da haram qata bilər
Ən yaxın və ən yaxşı
münasibətlərdə belə, qızışıb
dərinə getmə!
Çünki bunun geriyə
qayıtmağı da
olacaq bir gün.
Səni aparan yollar qaytarmayacaqsa, düşün-daşın,
çox da güvənmə, yolçu
qardaş!
Hardan gəlirsən, ey mənim göz yaşlarım? Kim göndərib səni, niyə, nə məqsədlə, nə səbəbə və nə səbəbdən gəlirsən? Nə
icazə istərsən,
nə üzr dilərsən, nə də cavab verib dillənirsən...amma elə hey... lillənirsən...
"Üzdən-gözdən salma
məni" - deyirsən.
Gözün görür
- onun üçünmü,
üzün qızarır
- buna görəmi?..
Özünü çörək verdiyin
özününkündən qoru
Özünə düşməninin gözüylə
bax, qulağıyla eşit və nəticə çıxar
Sözün başına ip
salsan, ip də sənin başına dolanacaq
Artıq
bir damcı da kasanı daşdıra bilər
Hər insan kürsü arxasında müdrik olub əməlinə
görə özünə
hesabat verə bilmir.
Getdiyin yerdə dostunun aşını da ye, və həmdərd olub, göz yaşını da sil
İnsan
heç vaxt ziyanın arxasınca getmir, amma ziyanı
görə bilir
Evində
yeddi oğlu olan Ana da qazanc
gətirənin canına
and içər
Ortada günahı bölmək
məqamı çatanda,
Allah bəndəsinin heç
biri günahkar olmaq istəmir...
Yaxamdan tutub qırağa çəkmək ayrı
şeydir, yaxandan tutub qırağa çəkilmək ayrı
şey
Hamı
hər şeyi gözləyə bilir, təkcə Ölümün
Zamanından başqa
Hənirin yoxdursa, hünərin
də olmayacaq!
Gözlədiyin qƏlƏbƏ sonradan
adiləşir, gözləmədiyin
mƏğlubiyyƏt isə
ömrün boyu yandırıb əzab verir
Cərgənə bax, cərgəndə
dur!..
Paxılı yaxşıya doğru
dəyişmək istəyirsənsə,
özünü aldatma!..
ŞöhrƏt - üfürülmüş şar kimi
şişən sabun köpüyüdür, ömrü
qısa və aldadıcıdır, partlayıb
dağılacaq
Dişin də, saçın da ömür yolunda qurban getdi, xəbərin varmı?!
Əmim müəllim qonşusuna sataşıb deyərdi ki, ə, bu nə təhər adamdır? Yarım saatdır danışır,
əvvəl nə bilirdinsə, indi də onu bilirsən...
Həqiqətin dostu az
olar
LƏyaqƏt hissi - dolanışıq tərzi
ilə uyğun gəlmir, tarazlaşmır
Sən vƏsiyyƏtini ölüm
gününə saxlama,
diriykən de və özün də əməl et
Havayı yaşadığı günlərin
ağrı-acısını və cəfasını insanlar niyə ölüm ayağında
çəkirlər?!
Əslində insandan "neçə yaşın var" - yox , "necə yaşamısan"
- soruşmaq
lazımdır
Gecə
yuxudan ayılan və yuxusu ərşə çəkilən
insanın Tənhalığı
ağır və məşəqqətli olur
DƏrd
insanın taqƏtini də əlindən alır
Tumurcuqlanmayan Ağac - odundur
Sənin
olmayanı adına
çıxma
Əyilməyini özün bilərsən, amma
sınmağına nə
lüzum?..
Sözün də rəngi var
Xəlvət iş olan yerdə narazılıq çox olacaq
Tabeçilik qarşılıqlıdır, tabe olmağı bacarmasan, tabe etdirməyi də bacarmayacaqsan
Dərdin
səsi də başqadır
Kəsdiyin dırnaq da ömründən düşən
bir yarpaqdır
Qazanc hərisliyi nə hədd bilir, nə dərman, nə də zaman...
Əli uzunluq ayrı şeydir, dili uzunluq ayrı
Danışanda öz səsinlə
danış
Fərqli
münasibətlər sərgiləyən
insan qorxuludur
Evindəki sƏmimiyyƏti işinə
də gətirsən,
yaxşı olar
Lap "Quran" ayəsi
olsun: baxır kimin ağzından çıxır
Danışığını özün bilərsən, əməlinin
məsuliyyətini mütləq
çəkəcəksən
Yeməkdən zəhərləndin - həkimlər
əlac edə bilər. Bəs beynin zəhərləndi necə
- onu kim
təmizləyəcək?
Qız ağacın zərif budağıdır - peyvənd
vurub sarımalısan
Hər fəslin
öz meyvəsi, hər meyvənin öz vaxtı var, əzizim, sən hara tələsirsən?
Bu günlə niyə
yaşayırsan?! Sən öləndən sonra övladının taleyini fikirləşirsənmi?
Ən bahalı şey - VAXT-dır
Böyük danışma, özünü böyük göstərmə
- hörmət və ehtiram qazanacaqsan
Niyə
əlini qısırsan
- yediyin qismətindir,
amma... sənin deyil...
Döyüşə gedəndə Atın yalına yatarlar...
Uzağa
tullanmaqla, uzaq getmək çox fərqlidir
Qolunun və Dizinin bükülməsi - Yaşam
və Ölüm arasındakı Mübarizədə
məğlubiyyət əlamətidir
Qanın
qaralması və durulması münasibətlərdən
və davranışlardan
asılıdır
Rəddini və Ayaq izlərini yağış
yusa da, ölüm yuyub apara bilməyəcək...
Əmim
oğluna deyərdi ki, bala, Allah sənə milyon versə də, onu bölüşdürə
bilməyəcəksən, çünki o ürək yoxdu səndə...
Sənin
Sözün də Özün kimidir
Vəzifənin sadə yolları səni ucaldacaq, ucalığa aparacaq.
Dəyişkən və
əyri yolları ilə səni görüşdürəcək - baxır sənin hansı
yolu seçə bilmək və dözmək kəramətinə...
Duaların eşidilmirsə-özün də gecikirsən, sözün də...
Allah insanları fərqli və çeşidli yaratmasaydı, bu qədər müxtəlif
işlərin öhdəsindən
kim gələrdi
bəs?
Bibim yana-yana deyərdi ki, məni tanıyan
qurd yesin, tanımayan yox...
Hər oğul mənsəb sahibi olanda öz
keçmişini qoruyub
şərəfə mindirə
bilmir
Rəhmətlik anam elə hey danışıb gülərdi:
"Ayı meşədə
əzgil yeyib boğulur və qarnını tutub qaçır: “Oy, oy, bu beş qığlı,
beş bığlı
öldürəcək. Tövbə
sənə!.."
Qolundakı tüklə kipriyindəkinin
fərqini bilirsənmi?
Ruzi Allahdandır və Bölünmək üçündür!..
Əlini
uzadanın əlini
tut, dilini uzadanın dilini kəs...
Arxadırsa arxalan, yoxsa, uçqu vuran torpaq kimi ağnayan
birisi nəyinə lazım?
Hər an öz
diqtəsini edir - hazırsanmı?!
İçi çürük ağac
birdən aşar...
Sən özündə deyilsənsə,
özün də deyilsən...
Kədərin dərəcəsi olmur,
qədəri olur
Sənin
kimdənsə neçə
il qabaq
doğuluşun - hələ
sənin böyüklüyün
deyil. Bunun fərqindəsənmi?..
Yarpaq
tökümü və yaxud düşüncələrim...
İmamverdi İsmayılov
525-ci qəzet.- 2017.- 24 oktyabr.- S.6.