Bakıda Bəhailiyin banisinin 200 illiyi qeyd edildi

 

 

Oktyabrın 21-də Bəhailiyin banisi Həzrət Bəhaullahın anadan olmasının 200 illik yubileyi ilə bağlı Azərbaycan Dövlət Filarmoniyasında tədbir keçirilib.

 

Tədbir Bəhailiyin əsasları, eləcə onun yaradıcısı Həzrət Bəhaullahın həyatından bəhs edən videonun nümayişi ilə başlayıb.

 

"Simurq" Mədəniyyət Assosiasiyası Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, professor Fuad Məmmədov icma üzvləri tədbir iştirakçılarına təbriklərini çatdırıb. Onun sözlərinə görə, münaqişə müharibələrin, fəlakətlərin tüğyan etdiyi müasir dünyada yeganə nicat yolu mədəniyyətdir. Din mədəniyyətin ayrılmaz hissəsidir: "Hər insan da bu ehkamları ilə bir quşa bənzəyir. Quşun iki qanadı var. Bir qanadı intellektual, digəri mənəvi mədəniyyətdir. Mənəvi mədəniyyəti olmayan insan çox təhlükəlidir. Çünki öz eqoist məqsədlərinə yetmək üçün minlərlə insanı qurban edə, bəşəriyyəti qan gölünə çevirə bilər. Yalnız mənəvi mədəniyyətə malik insan çox gözəl, alicənab şəxsiyyət ola, öz xidməti, xislətilə cəmiyyətə işıq bəxş edə bilər".

 

F.Məmmədov Bəhai icmasının məhz bu istiqamətdə atdığı addımlara toxunub: "Bəhailik yer üzündə həyatın, insanlığın, gözəlliyin qorunması, rifahın yüksəlişi üçün bəşəriyyəti birləşməyə çağırır. Hesab edirəm ki, icmanın məqsəd kimi qoyduğu sülhün qorunması, insanları birləşməyə çağırış, mənəvi mədəniyyəti əsas götürməklə din, dil, irq, millətindən asılı olmayaraq hamını əməkdaşlığa dəvəti çox vacib gedişdir".

 

F.Məmmədov çıxışının sonunda "Simurq" Mədəniyyət Assosiasiyasının adından Bəhai icmasının nümayəndəsi Fərəh Əsgərliyə fəxri diplom təqdim edib.

 

Sonra icmanın Azərbaycan təmsilçisi Səlahəddin Əyyubov çıxış edərək Bəhailiyin yaranması tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, Bəhailik hər kəsin bərabərhüquqlu olmasını dəstəkləyir, cinslərarası münasibətlərin gender bərabərliyi kontekstində həllini doğru sayır. Bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün çalışır.

 

Daha sonra Həzrət Bəhaullah haqqında sənədli film nümayiş olunub, Oqtay Zülfüqarovun "Şənlən, mənim xalqım" üverturası, Fikrət Əmirovun "Şur", Maestro Niyazinin "Rast" simfonik muğamlarından fraqmentlər, solist Ehtiram Hüseynovun ifasında "Kor ərəbin mahnısı" səsləndirilib.

 

Bəhailik XIX əsrdə İranda meydana gəlib, banisi Bəhaullahdır. O, fikirlərinə yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub demək olar ki, həyatının sonunadək məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edib, onun dövründə Bəhai dini İran Osmanlının sərhədlərini aşıb, Avropa Amerikaya yayılmağa başlayıb, İranda getdikcə daha da möhkəmlənib, eyni zamanda, güclü təqiblərə məruz qalıb.

 

Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyub, Bəhai dini tarixində Şəhadət dövrü başa çatıb Quruculuq əsri (1921-2021) başlayıb. Hazırda dünyada təqribən 7 milyonadək bəhai var.

 

Xatırladaq ki, Bəhailik bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Təməl prinsipləri Allahın birliyi (Allah bütün yaradılışın yeganə mənbəyi ilkin səbəbidir), İlahi dinlərin vahidliyi bəşəriyyətin birliyi sayılır. Bəhailiyə görə, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir müxtəliflikdə birlik təqdirəlayiq alqışlanandır. Bəhai təliminə əsasən, insanın məqsədi Allahı, tanımaq Ona sevgi bəsləməkdir. Bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə fərdi ibadətdə göstərməlidir.

 

Cavid QƏDİR

 

525-ci qəzet.- 2017.- 24 oktyabr.- S.4.