İki yaşlı Zəhra ilə bağlı kitab çap olundu

 

NƏŞRİN TƏRCÜMƏ EDİLƏRƏK XARİCİ ÖLKƏLƏRDƏ ÇAP EDİLMƏSİ NƏZƏRDƏ TUTULUB

 

 

"Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitab nəşrdən çıxıb.

 

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin tərtib etdiyi kitabın məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur.

 

Kitab 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəsində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyevaya onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.

 

A.Mirzəzadənin verdiyi məlumata görə, kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaranmış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insindentə dünya Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib: "Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların xarici ölkə rəsmilərinin reaksiyası verilib. Nəşrdə, həmçinin, xaricdəki Azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə materiallar, hadisə ilə bağlı ermənilərin fərqli münasibətləri öz əksini tapıb".

 

Kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiçəsinin tarixi, Ermənistan silahlıq qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə statistik məlumatlarin verildiyini deyən deputat bildirib ki, kitabı buraxmaqda əsas məqsədlərdən biri bu ağır hadisə ilə gələcək nəsilləri faktoloji formada tanış etməkdir.

 

Kitab yaxın günlərdə Fizuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə kənd nümayəndələrinə təqdim ediləcək.

 

Qeyd edək ki, politoloqlar, tarixçilər problematika ilə maraqlananlar üçün nəzərdə tutulan kitab 500 tirajla "Azərbaycan" nəşriyyatında çap olunub.

 

Kitabın tərcümə edilərək xarici ölkələrdə çap edilməsi nəzərdə tutulub.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 24 oktyabr.- S.4.