Gün görmədim mən qaragün
Bir əl qabar, bir əl
düyün.
Nə yaxşı ki, çətin ömrün
Çoxu gedib, azı qalıb.
Bir gözəli saldım yada,
Həmin gözəl deyil o da.
Özü tamam qocalsa da
Baxışında nazı qalıb.
Bir şair də öldü deyə,
Şöhrəti qeyb oldu göyə.
Onu reklam eləməyə
Nə oğlu,
nə qızı qalıb.
Şükür ki, gördün
bu yazı,
Tofiq, götür
dindir sazı.
Özün hamıdan narazı,
De, səndən kim
razı qalıb.
lll
Gəzirəm dünyanı mən
diyar-diyar,
Canımı qoymağa yer axtarıram.
Mənim
pul əvəzi min sıfırım var
Önünə qoymağa "1" axtarıram.
Bizim görüşümüz mənasız
bir iş
Bu yaşda bu görüş de nəyə
gərək.
Üz-üzə gələndə, yolunu
dəyiş,
Bu görüş heç
nəyi dəyişməyəcək.
Bəlkə də qəzetlər
nələrsə yaza,
Olay var, quruca söz yerindədir.
Bizim görüşümüz, olsa,
çox olsa -
Bir qəzet
başlığı dəyərindədir.
lll
Fərqi yoxdur hardasan,
Ya evdə,
ya salonda.
Üz versə bekarçılıq
Məni yada sal onda.
Hələ də canımdadır
əllərinin istisi.
Qəlbimin döyüntüsü,
canımın giziltisi.
Bütün rənglər gözəldi
Ağdan maviyə kimi.
Dostlar bizə baxırdı
Bir cüt qafiyə kimi.
İşdir, yadına düşsəm
Çalış güzgüyə baxma.
Həmin
adam deyilsən
Yada, özgəyə
baxma.
Tənhalıq üz verəndə
Bəlkə şeir yazasan.
Bu dünyada sənət yox,
Şairlikdən də asan.
İlhama
gəl, yağışlar
Pəncərəni döyəndə.
Görsən çətinliyin var,
Bir cüt qafiyə məndə.
lll
Bu dünyadan nə götürdüm,
Nə axtardım,
nələr gördüm.
Hər sevincin finalında
Qüssə gördüm, kədər
gördüm.
Səhnədəki tamaşalar
Bilmədim necə oynanır.
Komediya dəbdən düşüb
Təkcə faciə oynanır.
Neçə-neçə dərs içində
Çətin həyatı öyrəndim.
Hamı
tənlik, intiqral,
Mənsə Saatı öyrəndim.
lll
Daha əlim çatmır sizə,
Uzağam, qardaş, uzağam.
Tək özünü yazıq bilmə,
Mən səndən
çox-çox yazığam.
Ötənləri yada salma,
Məndən də nigaran qalma.
Poçtalyon gətirsə, alma
-
Bədxəbər qara kağızam.
Bəxtim
oldu məni döyən,
Nə vaxt döydü, bilmədim mən.
Üstünə tərs şillə
dəyən
Qanla dolu bir ağızam.
lll
Tanrım,
yenə qaytar məni əvvələ
Yenə həmin olsun bu xəstə canım.
Çıxsın qabağıma yüz
hiylə, tələ,
Qızlar
yalan desin, mən də inanım.
Yazıq ürəyimə müttəhim kimi
Yalançı vədləri qoy diqtə edim.
Sevgidən yazdığım şeirlərimi
Oxuyub, təzədən redaktə edim.
lll
Bəxt
deyilən şey varsa,
Bəxtimə bir gün düşə.
Bir cinayət törədəm,
Cəzama sürgün düşə.
Atılam
bir adaya,
Hökmə ölüm yazıla.
Nə yasinim oxuna,
Nə də qəbrim qazıla.
Nə torpağa qarışım,
Nə qurd-quşa
yem olum.
İtsin
adım-ünvanım,
Beləcə heç kim olum.
Əlyazmalar İnstitutunda
Sabir RÜSTƏMXANLI
525-ci qəzet.- 2017.- 25 oktyabr.- S.7.