Sınmışam
Talanları anlamadıq qəsd kimi,
Yad ehyamın qəbul etdik tost kimi,
Düşmənimi
vəsf elədi dost kimi -
İlham
məni aldadanda sınmışam.
Xainləri
əzizləyib kirvə tək,
Göyçəmizi
bağışladıq töhfə tək.
Nankorlara
könlün açdı süfrə tək
Atam məni
aldadanda sınmışam!
Vəsf
etdikcə yel qanadlı atları,
Gizli
qaldı çox sirlərin qatları.
Yazıq
sanıb daldaladı qəddarı
Anam məni
aldadanda sınmışam!
İfrat
dözüm dərd gətirdi nəhayət,
Meydan
verdi qudurğana bəraət.
Məhəbbəti
diz çökdürdü xəyanət,
İnam məni
aldadanda sınmışam!
Mən
qan töküb məğrur-məğrur
gəzmədim,
Yad
bağından bir yarpaq da üzmədim,
Haqdan
keçib yıxdığımı kəsmədim,
Xudam məni
aldadanda sınmışam!
Alxanlıdan
(Moskvada
yaşayan qardaşım Vilayətə)
Qardaş,
bu yerlərə bir səfər
eylə,
Əsir
dağlarına bax Alxanlıdan!
Qara günlərini al səhər eylə,
Nur ol
Ərgünəşə yağ Alxanlıdan!
Qəm kölgə salmasın gözünə
yaşdan,
Kəkliyin,
qartalın uçub o daşdan.
Boylan,
Füzuliyə səhər
obaşdan -
Ayna tək
görünür dağ
Alxanlıdan.
İz getmir o səngər gordan o yana,
Yağılar
qurduğu tordan o yana.
Qəlbin
atlansa da burdan o yana,
Kiçik
bir cığır da yox
Alxanlıdan.
Qeyb olub
gördüyün meynəli kəndlər,
Keçir
Axundludan tikanlı sədlər!
Coşan
qəzəbini mərmiyə
döndər,
Düşmənin başına çax Alxanlıdan!
Ötən
turacların dilindən öp, sən,
Solğun
yamacların telindən öp, sən
Yanıq
divarların külündən öp, sən!
Qovrula-qovrula
çıx Alxanlıdan!
Bulaqlar
ağlardı analar kimi,
Yarpaqlar
sapsarı xınalar kimi.
Düşüb
pərən-pərən sonalar kimi!
Gördüyün
bəhərli bağ Alxanlıdan!
Bu məcnun
çölləri görmək istəsən,
Yovşan
hörüklərin hörmək istəsən
Odlu səngərlərə
girmək istəsən,
Bir az
Haramıya qalx Alxanlıdan.
Kərəm,
nəyə gərək bu
kövrək ağı!
Ya
qalx azad elə ana torpağı -
Ya da
ol bir
cansız çinar yarpağı
Düşüb
Köndələnə, ax Alxanlıdan!
Olmuşam
Yurd-yuvasız
bir xəciləm indi mən,
Çal-çağırlı
çağlarımdan olmuşam.
Çiçəkləri
mərmilərlə döyülən,
Bostanımdan,
tağlarımdan olmuşam.
Qönçələri
min bir ətir qoxuyan,
Çiçəkləri
əlvan xalı toxuyan.
Bülbülləri
qürbətlərdə oxuyan
Bar-bəhərli
bağlarımdan olmuşam!
Hər
yaxını, qan çəkəri ağlayan,
Qoç
Nəbisi, ər Həcəri
ağlayan,
Qubadlısı,
Kəlbəcəri ağlayan
Allı-güllü
dağlarımdan olmuşam!
Vüsal
anı həftələnən, aylanan,
Göz
yaşları selə dönən, çaylanan,
Qeyrət umub yollarıma boylanan
Neçə
əsir ağlarımdan olmuşam.
Göyərdi
Savalanın
qara daşı göyərdi.
M.Araz
Dünya
mənlə höc olubdur höc, Allah!
Hara getsin
bu zavallı köç, Allah?
Bağlı
yolum açılmadı heç, Allah!
Göz yaşlarım gözlərimdə göyərdi.
Getdi daha o bəxtəvər zamanım,
Ağı
deyir indi tarım, kamanım!
Dağlarımda
çiliklənən gümanım,
Çadır-çadır
düzlərimdə göyərdi!
Bircə əsim
yel olmadın nə yaxşı,
Boş vədlərə
gül olmadın nə yaxşı,
Kərəm,
sönüb kül olmadın nə yaxşı,
Vətən
dərdi sözlərində göyərdi!
Sarıtel
Dünya
susub dözmədədi,
Şər
haqqımı üzmədədi.
Zalım
düşmən düzmədədi,
Yollarıma
daş, sarıtel!
Göyçəyisən
sən elimin,
Şəkərisən
öz dilimin.
Yetmiş
iki gözəlimin
Ən
gözəli "Baş sarıtel".
Aş
keçilməz bu hədləri,
Namərd
çəkən sərhədləri.
Uçur,
dağıt bu sədləri
Hayqır,
çağla, daş, sarıtel!
Yağılardan
bac alaydım,
Dağlarım
tək ucalaydım.
Səni,
Göyçədə çalaydım
Zəfər
günü kaş, sarıtel!
Hər dərdimlə
tənsən elə,
Yaralı
vətənsən elə.
Nə
yaxşı ki, sənsən elə
Kərəmə
sirdaş, sarıtel.
Kərəm SALAHOĞLU
525-ci qəzet.- 2017.- 26 oktyabr.- S.8.