Pulu çiçəyə
çevirən şair!
"Həyat iki əbədiyyət arasında
yarğan,
iki qara bulud arasında çaxan şimşəkdir"
Reyhani
Bəli,
iki əbədiyyət
arasında yarğan və ya qara
bulud arasındakı şimşək... Mən isə
deyərdim ki, həyat iki misraya yerləşə biləcək qədər
qısa, iki dünyanı fəth edə biləcək qədər güclü, bir insan ruhunu
əbədiyyətə qovuşduracaq
qədər dahidir.
Bəlkə elə buna görə biz dərdlərimizi
anamız kimi sevirik?! Məhz elə buna görə dəli kimi darıxırıq sevinclərimizdən ötrü?!
Allahşükür də burda mənimlə həmfikirdir.
Dərdlərimi anam kimi
sevirəm.
Əgər həmin dərdlər
olmasaydı,
burnumun
ucunda göynəyərdi
sevinci m.
dilimin ucunda soyuyardı
sözlərim.
Birnəfəsə üç dəfə
oxudum "Quşlara...
Buludlara... Uşaqlara..." adlı kitabı.
Qəribə hisslərə qapıldım.
Maraqlı nüanslar məni
gah keçmişə
apardı, gah bu günümdə dondurub saxladı. Ədəbi qaydaları incəliklə
gözləməklə maraqlı
lövhələrlə dolu
şeirlər hava-su kimi ruhuma yol
tapdı. Bəzi misralarda
hüznləndim, bəziləri
təbəssüm bəxş
etdi, hətta, ümid belə etdim. Bəli, çox az
şair sevgi, ayrılıq şeirlərində
insan ruhuna ümid verir. Çünki Allahşükür
ağlamağa belə
gözəl baxır:
Ağlamaq,
Özü də gözəl
ağlamaq...
Diqqətimi çəkdi, şair xatirələrini çox
sevir. Məsələn, kağızdan oyuncaq
təyyarəsi üçün,
qara çörəyə
"bulku" dediyi günləri, corabdan topu üçün elə darıxır ki, belə anılarını
dünyasının xatirələr
diyarına əbədi
sakin edib. Həmin günlərinin hədiyyəsi
adlandırır xatirələrini.
Eh... hanı o günlər,
Görünür, o günlərdən mənə
hədiyyə kimi yalnız xatirələr qalıb.
Sözlərin seçimi, misralara düzülüşü, bənzətmələri
və sonluqları çox maraqlıdır. Şair qeyri-adi
bənzətmələri ilə,
fərqli, axıcı
misraları ilə çağdaş ədəbiyyatımızda
öz fərqliliyini göstərməyi bacarır.
O, yaşamağı bir
şeirə bənzədir.
Onun üçün yaşamaq da, qovuşmaq da bir şeirdən keçir:
Salxım-salxım dərdlərimi
nuş edirəm,
yaşamaq üçün.
və bu yaşamaqdan bir şeir keçir...
Bir şeirdən
keçir bu yaşamaq.
Çox incəliklə yanaşır
vətənə, millətə,
şəhidlərə. "Qəflətən
güllə açmayın" adlı
şeirdə həm vətən yanğısı
var, həm də acı bir qəlb ağrısı
var. Cəmi üç
bəndlik şeirdə
ana fəryadı, ata dərdi, həsrət, oğul-qız
özləmi yerləşmiş.
Allahşükürü elə fərqli göstərən də budur. O, kiçik həcmli
şeirlərdə böyük
dünya yaradır.
O, güllələrə nifrət
edir, vətəninin onu bağışlamasını
istəmir. Şair
"Məhkəmədə son söz" şeirində
vətəni ilə dərdləşir, Allahşükür
bilir ki, vətən necə küskündü, necə
kədərlidi, axı
biz vətənə gedən
o uzun yollardan gedə bilmədik, biz o gecə Xocalıya gedə bilmədik, Xocalını qoruyub heç bircə dəfə vətən üçün ölmədik.
Ağbirçəkli anaların ərşə
qalxan
ahını,
Neçə-neçə bakirə qızların
qeyrətini
Unutdum, vətən.
Ya balam, ya sən?
Mən balamı tutdum,
vətən.
Qocalara da şeir yazır, qocaları sual işarəsinə bənzədir,
ən maraqlı hal isə odur
ki, nəvələr gəlib "nida" olurlar. Bir insanın, hətta,
qoca yaşında belə xatirələrin izi ilə çırpınmasını
qeyd edir. Ümumilikdə, düşünürəm ki, şair xatirələrinə
aşiqdir. O qədər
aşiqdir ki, şeirlərində bu mövzuya daha çox yer ayırır.
Allahşükür fərqlilik yaradır, o, sevgisinə belə, onun barmağına taxdığı
nişan üzüyünə belə
fərqli yanaşır.
Misralarında öz dəsti-xəttini yaradır. Bu isə
onda çox uğurlu alınır.
Azərbaycan əsgərini
ucaldır, ananı müqəddəsləşdirir... "Yalan və həyat"da
həyatı yarımçıq
çörəyə bənzədir,
hətta, lap incəliyə
vararaq həmin çörəyin bir dişləyinə... Şair kölgəsinə
üz tutur, ay və ulduzları buludlara qohum edir, güzgüdəki oxşarı ilə danışdığını uşaqlıq həvəsi
adlandırır.
Təmizlikdən yoğrulan ürəyim
ümid yeri kimi həmin cansızlara
ürək sözlərini
söyləyir.
Güzgüdəki oxşarımla danışmağımın
özü çoxdankı
uşaqlıq həvəsimdən
biri idi...
Onun təkcə
hansısa misrası yadda qalmır, onun yazdığı şeir bütünlüklə
yadda qalır. Əgər bir
gənc ki, pulu çiçəyə
çevirir, çörəyi
bir çiçəyə
satın alırsa, demək çox incə və kövrək bir qəlbə, dərin bir ruha sahibdir.
Allahşükürün yaradıcılığını incələyən zaman şeirlərinin texniki quruluşuna, qafiyəsinə,
sərbəst və ya heca vəznində
olmasını incələmək
istəmirəm. Ədəbiyyat azad söz sənətidir, hər bir şair, yazıçı öz əsərlərinə rəngarənglik
qata bilər. Düşünürəm ki,
Allahşükür müasir
ədəbiyyatda öz
əsərlərini çiçəklərə
düzə biləcək
qədər gücə
malikdi:
Əgər,
Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
Mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim
sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək.
Pulları çiçəklərə çevirə bilsəydik,
Sevgi azalmazdı,
əsla.
"Bayıl türməsi"...
Bu şeirin misralarını
oxuduqca ruhum yaxın keçmişə
gedir. Hardasa, hansısa divarın
arxasında gizlənən
tapıram özümü.
Divarın o tayında bir
cavan oğlanı döyürlər, ağzının
qanı ətrafa dağılır, əldən
düşür, yerə
yıxılır, beş-on
dəqiqəlik onu tək buraxırlar. Tez əlinə nəsə daş kimi bir
şey götürür,
divarda nəsə cızmağa başlayır.
Diqqət edirəm-yazdığı bir şeirə bənzəyir. Məni
xəyalımdan bir qoca ayırır, daha doğrusu, Allahşükürün qoca
qadına verdiyi sualı...
Bu asfaltın altında
Bayıl türməsi olub bir vaxt.
Bizdə ürəyə bax, gör hardan keçirik?
Ayağımı yerə bərk
vururam
Burda, bax burda,
Müşfiqin dodağının qanı
var.
Burda, bax burda,
Müşfiqin bir şeiri var, divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını götürüb saxlayaydıq.
Burda, bax burda,
Torpağın altında
Sızıltılı bir ah var.
Burda, bax burda,
Bir günah var...
Yanımdakı qoca bir qadın deyir mənə
Türməni çoxdan köçürüblər.
Deyirəm; qanı da?
Məncə, bundan sonra Allahşükürə sadəcə uğurlar diləmək düşər.
Yalnız bir vətənoğlu öz Müşfiqinin
acısını bu qədər gösrətə
bilər. Buna görə şairə sadəcə
bir təşəkkür düşür.
Gülnarə SADİQ (QASIMOVA)
525-ci qəzet.- 2017.- 26 oktyabr.- S.7.