Hüseyn Cavidin 135 illiyinə həsr olunan beynəlxalq konfrans
Oktyabrın 24-dən 25-dək Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində böyük
dramaturq, görkəmli
şair Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş "Hüseyn Cavidin sənət fəlsəfəsi" mövzusunda
beynəlxalq elmi-praktiki
konfrans keçirilib.
Ali məktəbin mətbuat xidmətindən verilən
məlumata görə,
konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Fərəh
Əliyeva Hüseyn Cavidin Azərbaycan mədəniyyətinin, tarixinin
və bu gününün ayrılmaz
parçası olduğunu,
yaradıcılığında vaxtilə toxunduğu problemlərin yalnız bədii müstəvidə
deyil, bugünkü mənəvi və siyasi həyatımızda baş
verən proseslərə
də işıq saldığını bildirib.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
professor İsa Həbibbəyli
və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, professor Rafael Hüseynov
çıxış edərək
görkəmli şairin
həyat və yaradıcılığı haqqında
geniş məlumat veriblər.
İki bölmədən
ibarət olan beynəlxalq elmi-praktiki konfransda Azərbaycanla yanaşı, Türkiyə,
İran, Misir, Özbəkistan, Rusiya və Bolqarıstandan elm və ədəbiyyat xadimləri iştirak ediblər.
Bildirilib ki, qısa yaradıcılıq
ömrü yaşayan
unudulmaz dramaturq Azərbaycan ədəbiyyatı
tarixində mənzum dramın əsasını
qoyub və mədəni irsimizə maraqlı, dərin fəlsəfi düşüncəyə
malik obrazlar bəxş edib. Onun qələmindən çıxmış
"Maral", "Şeyx
Sənan", "Uçurum",
"İblis", "Afət",
"Peyğəmbər" və başqa dram əsərləri ədəbiyyatımızın
inciləri sırasına
daxil edilib.
Konfransda
Hüseyn Cavidin sənət fəlsəfəsinin
Azərbaycançılıq məfkurəsinin formalaşmasında
rolu, Azərbaycan cavidşünaslığının estetik problemləri, XX əsrin əvvəllərində
yaranan Azərbaycan romantizminin Avropa romantizmindən fərqli və oxşar cəhətləri, "Cavid
teatrı"nın Azərbaycan milli mədəniyyətinin
tərkib hissəsinə
çevrilməsi kimi
məsələlər araşdırılıb
və geniş müzakirə edilib.
Həmçinin qeyd edək ki, görkəmli dramaturqun yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
tələbələri Yasamal
rayonunda yerləşən
Hüseyn Cavid parkına ziyarət ediblər.
Ceyhun ABASOV
525-ci qəzet.- 2017.- 26 oktyabr.- S.7.