Mingəçevir teatrında yeni tamaşa
Oktyabrın 24-də Mingəçevir Dövlət
Dram Teatrı yeni səhnə əsərini
tamaşaçılarına təqdim edib.
Pərvinin “Nənələr ərə
gedir” pyesinə əməkdar incəsənət
xadimi, rejissor Bəhram Osmanov quruluş verib.
Tamaşanın quruluşçu rəssamı
Kəmalə Əsgərovadır. Musiqi tərtibatı
Elnur Rəsulova aiddir. Dramatik komediya janrında olan səhnə əsərində əsas
rolları teatrın öncül aktyorları Əməkdar artistlər
Ella Yaqubova, Şıxı
Yaqubov, artistlər Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Elmira
İbrahimova, Aytən
Allahverdiyeva canlandırıblar.
“Nənələr ərə
gedir” lirik-dramatik komediyası dörd fərqli taleli qadının həyat, insanlıq, sevgi haqqında düşüncələrini
əks etdirir. Bu qadınların arasına
düşmüş Əjdər
isə onlara necəsə hayan, təsəlli olmağa çalışır. Amma Əjdər
sonda kimlə qalacaq, kimə qismət olacaq, bu tamaşaçı üçün sualdır.
Bütün sualların cavabı
sonda açılır.
Səhnə əsəri tamaşaçıların
böyük marağına
səbəb olub. Sonra tamaşanın quruluşçu
rejissoru Bəhram Osmanov çıxış
edərək tamaşada
əməyi keçən
hər kəsə təşəkkürlərini çatdırıb:
“Əziz tamaşaçılar,
mən hamınıza
gəldiyinizə görə,
bizim işimizə belə qiymət verdiyinə görə təşəkkür edirəm.
Həmçinin Mingəçevir Dövlət Dram Teatrının
rəhbərliyinə də
mənə yaratdıqları
şəraitə görə
minnətdarlığımı bildirirəm.”
Sonra Bəhram
Osmanov əsərin müəllifi, gənc dramaturq Pərinə söz verib. Pərvin
tamaşadan aldığı
təəssüratları bölüşüb:
“Əziz Mingəçevirlilər!
Təxminən 60 ildir ki, bütün ölkəyə
işığı siz
verirsiniz. Amma bu gün mənim sizlərdən aldığım
işığı heç
bir Elektrik Stansiya verə bilməz. Bu işığa, coşğuya,
sevgiyə görə
minnətdaram. Əlbəttə ən böyük təşəkkürlərim Bəhram
Osmanova aiddir. Bunu dəfələrlə söyləmişəm
Bəhram müəllimin
gənclərlə işləməsi,
onları teatra cəlb etməsi son dərəcə mühüm
hadisədir. Onun mənim
mətnimə reaksiya verməsi, fikir bildirməsi artıq əlamətdar idi mənim üçün.
Birgə
işləməyimiz, mənim
pyesim əsasında tamaşa qurması isə fövqəladə
işdir, böyük
hadisədir məndən
ötrü.
Teatrın rəhbərliyinə, əməyi
keçən hər kəsə, rolları bu cür məharətlə
ifa edən aktryorlara minnətdaram. Əlbəttə tamaşa mənim gözlədiyimdən də
gözəldi, maraqlıdı,
təsirlidi. İnanıram ki, teatr bu
tamaşa ilə uğur qazanacaq, tamaşaçılar əsərə
maraq göstərəcək.
Mən də sizlərin hər birinizə söz verirəm ki, bu aldığım
işığı qənaətlə
işlədəcəm, yazılarıma
köçürəcəm".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 26 oktyabr.- S.7.