Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, bu
günümüz üçün fəxr edək!
ÜÇÜNCÜ
İL
“Odlu Yurd” üçüncü ilinə giriyor. Və bu il
başını pək müstəsna bir zamanda dərk etməkdədir.
“Yeni Qafqasiya ilə başlayan Milli Azərbaycan nəşriyyatının
8-ci ilini təşkil edən bu 3-cü ilimizə (ayaq) basarkən,
əninlərinə (iniltilərinə), fəryadlarına, haq
və hürriyyət üçün milliyyət və
istiqlal üçün, demokrasi və cümhu-riyyət naminə
qoparılan fəğanlarına tərcüman olduğumuz əziz
vətənimizlə, qəhrəman millətimiz qanlar içərisində
çırpınmaqdadır. Başda Azərbaycan olmaq üzrə
bütün Qafqasya, bütün Türkistan, Ukrayna, Krım,
Kazan və Başqırd eli köylü üsyanlarilə
istila edilmiş, qanlı, pək acıqlı ölüm-dirim
mücadiləsinə atılmışdır. Bilxassə
Azərbaycanda keçən sənədən bəri davam edən
köylü üsyanları daha qanlı bir şəkil
almışdır. Bu mücadilələri, bu mücadiləyi
doğuran həqiqi səbəbləri, bolşevizmin əsil
mahiyyətini, bütün bəşəriyyət
üçün, o cümlədən, bütün Şərq
üçün, bilxassə həmhüdud bulunduğu
Türkiyə və İran üçün təşkil
etdigi təhlükəyi Şərq və cahan əfkarı-ümumiyyəsinə
ərz etmək yolunda davam edən bu məsainin (səylərin)
gərək xaricdə, burada və İranda gərəksə
daxildə, Azərbaycan və Qafqasiyada pək mühüm təsirlər
icra etdigini görmək bizim üçün
iftixarımızı mücib bir qazancdır.
Bolşevizmin
nə böyük bir təhlükə təşkil etdigini
artıq Türkiyə və İran mətbuatı da hiss etməgə
və buna qarşı bir vəziyyət almağa
başlamışdır. Bu bizim ən
böyük qazancımızdan biridir.
Moskva imperyalistlərinin Azərbaycanda bir icraata təşəbbüs
edərkən bizimlə hesablaşmağı
unutmadıqları isə ayrıca qeydə şayandır. Fəqət
bizim ən böyük müvəffəqiyyətimiz nəşriyatımızın
milliyyətçi Azəri gəncligi üzərində icra
etdigi təsirdir. Şərqin və Qərbin dörd bir
tərəfinə yayılan və miqdarları gündən
günə artan vətəncüda Azərbaycan mühacirlərinin,
bilxassə onların qəhrəman gənc nəslinin bir
növi mənəvi təşkil mərkəzi halına gəlməsi
“Odlu Yurd”un ən böyük zəfərlərindən
biridir.
“Odlu Yurd” Azərbaycan və Qafqasiyada cərəyan edən
hadisələri Avropa və cahan mətbuatına əks etdirməkdə
mənbəi həvadis rolunu oynamaqla təqib etdigi müqəddəs
məfkurəyə çox hizmət etdiginə qane olmaq istər. Vaxtilə yalnız bulunan Azərbaycan
nəşriyatı, şimdi, yanı başında həftəlik
“Bildiriş” qəzetəsinə, “Yeni Türkistan”, Parisdə
“Yaş Türkistan”, Krım türklərinin nəşri-əfkarı
olan Ruminyada “Əməl məcmuəsi”, Berlində “Milli yol”,
Şimali qafqasiyalıların “Qafqasiya dağlıları”
kibi saysız və hesabsız mücadilə
arkadaşlarına malikdir. Bunların və müştərək
orğan “Promete”nin, ukraynalıların “Trizub” kibi nəşriyatı
cahan mətbuatının çox təvəccöhlə bizə
və milli davamıza göstərdikləri əlaqə
arasında “Odlu Yurd” bir qat daha artan əzim və qeyrətlə
fəaliyyətində davam edəcək, eyni zamanda
“Bildiriş”lə əmək bölgüsü yaparaq,
proğramına həvadisdən ziyadə məfkurəvi,
harsi, elmi bir xarakter verməgə səy edəcəkdir. “Odlu
Yurd”da “Yeni Qafqasya” tərəfindən elan edilən və “Azərbaycan
Misaqi Millisi”nin ümdələrini təşkil
edən yüksək prinsiplərdən aldığı
müqəddəs həyəcanla başladığı
davayı davam etdirəcək, milliyyət, demokrasi,
cümhuriyyət, Azərbaycan istiqlalı və Qafqasiyanın
konfederasyonu əsasını müdafiədə israr edəcəkdir.
“Odlu-Yurd”,
mart 1931, ¹ 1(26)
TÜRKİYƏ
HƏYATI
Ədəbiyyat
münaqişəsi
“Pravda” ilə “Milliyyət” qəzetələri
arasında çıxan münaqişə (ki nədən
ibarət olduğu baş məqaləmizdə xülasə
edilmişdi) İstanbul mətbuatında qızışan ədəbi
bir münaqişəyə qarışaraq epey gurultuya mucib
oldu.
Məsələ nədən ibarətdir?
Bir
zamandan bəri qismən “Rəsmli Ay” məcmuəsində,
qismən də bir az zamandan bəri təsis
olunan və kəndisinə gənclik qəzetəsi
namını verən “Hərəkat” qəzetəsində
türk ədəbiyyatının məruf ustadlarına qarşı
hücumlar vardır. Bu hücumları idarə
edən zat “Rəsmli Ay” məcmuəsinin ədəbi-tənqid
qismini yazan mühərrirdir. Bu mühərrir “R.
Ay”ın nüsxəsində böyük şair Əbdülhəq
Hamidi həziran nüsxəsində də milli şair Mehmet
Emin bəyi “ibtal” eyləmiş və davam edəcək olan bu
“ibtal” sırasına ümumi surətdə “Bütləri
qırıyoruz” ünvanını vermişdir.
Bütləri
qıran “mürsəlin” kim olduğu rəsmən
bəlli degildir, çünki məqalələr
imzasızdır. Fəqət münaqişə
əsnasında bu yazıların komunist şair N.Hikmət bəyə
aid olduğu ifşa edilmişdir. Zatən
bu ifşa vüqu bulmasaydı belə, hücumdakı ifadə
tərzi ilə tənqid metodunun Moskva məktəbinin məhsulu
olduğunu görmək müşkül degildi. Tənqidin radikal bir inqilabçılıq tabiyəsi
ilə kuyu (hansı) sinif görüşündən
baxılaraq icra edildigi həmən yazının hər sətrindən
görülməkdədir. Mühərrir bu
xalisü-xülləs komunist görüşünə o qədər
mərbutdur ki, hətta “xalq ədəbiyyatı”
istilahını belə müqəddəs üsula
qarşı günah işləməsin deyə “bizdə
qullanılan təbirlə” şərt cümləsini
qullanmadan işlətmiyor. Ona görə milli
lisan və ədəbiyyat yox, yalnız sinfi lisan və ədəbiyyat
vardır. (Proletkult)
Mazi
düşmənligi
“Hamid və Emin bəylər şimdiki halda bugünki ədəbi
ehtiyacları tətmin etmiyorlarsa da, müəyyən bir
dövrdə milli və ictimai mühüm rollar oynamış
adamlardır.
Bu maziyə olsun ehtiram edəlim, tənqidlərimizi təcavüz
və təzyid şəklinə qoymaqdan saqınalım” deyənlərə
“bütləri qıranların” cavabı şudur: “Bizim
üçün bir saat əvvəlki an
belə mazidir. Yeni nəslin müməyyiz vəsfi
maziyi tanımama-sıdır. Gəncligin vəzifəsi
maziyə hörmət etmək degil, onu yıxmaqdır...”
Böylə hər dürlü qeydi qüyutdan ari
mütləq bir mazi düşmənliginin yapıcı degil,
yıxıcı bir qüvvət olduğu meydandadır. O qədər meydanda ki, bir
saat əvvəl yapılanı belə mazi deyə
yıxmağa hazırdır. Halbuki
yıxılması zəruri və buna görə də
faydalı olan maziyə aid müəssisə ictimai vəzifəsini
yaşamış, bitirmiş olan müəs-sisədir. Bir saat əvvəlki müəssisə isə hənuz
vəzifəsini görməgə başlamış ikən
onu da yıxmaq, ona da hörmət etməmək lazım gəlirsə
həyatımızda istiqrar qalmaz və istiqrar olmayan yerdə
tərəqqi və inkişaf degilən nemət də olmaz.
Bu üsul bizi daimi ixtilala, digər təbirlə
anarşiyə sövq edər. Maziyi şərtsiz
və qeydsiz olaraq təqdis edər mürtəce mühafizəkarlar
nə qədər qəflətdə isələr, onu eyni surətdə
inkar edənlər də eyni qəflət və zəlalətdələr.
Milli bir
şeir
Bu qəflət
əsəridir ki, kəndisinə milliyyətçi və
demokrat deyən və üzərinə atılan kommunizm
töhmətini min bir lənət və nifrətlə rədd
edərək kommunizm rejiminə qarşı söyüb-sayan
“Hərəkat” qəzetəsi “Alov yağmuru” şeirini “milli
bir şeir” kibi tələqqi ediyor. Türk
xalqının xocadan və mütəğəllibədən
çəkdiyi məlum. Buna görə də
köylüyə “Yumruğunu qaldır, müstəbidin
qafasını qır!” - deyə təlqi-natda
bulunan bir şeir onunca tam milli bir şeirdir.
Türkiyədə xalq hakimiyyəti və Cümhuriyyət
idarəsi qurulmuş olmasaydı, o zaman bəlkə də bir
milliyyətçi bütün millətə müsəllət
olan istibdada qarşı köylüyü üsyana
çağırmaq haqqını qazanardı. Halbuki “Hərəkat”
da qəbul ediyor ki, şimdiki hökumət xalq hökumətidir.
O halda mütəğəllibə istibdadı və onun
baqiyatı mövcud isə - ki böylə olması bəid dəxi
olamaz - onunla mücadilə edəcək Cümhuriyyət
hökuməti şəklində mütəəzzib bir xalq
vardır. Bu milli qüvvət varkən köylüyü
bilavasitə hərəkətə çağırmaq siniflərin
təsanüdünü tərvic etmək vəzifəsində
olan millətçiligə yaqışmaz! Bu
gediş ancaq hər dürlü maziyi inkar edən anarşistlərlə,
sinif mücadiləsini təqdis edən komunistlərin
gedişidir.
Ədəbiyyatdan
siyasətə
Hər hankı ədəbi tənqid və
münaqişə ictimai müəyyən bir hadisə və
qiymətləri ifadə etdigindən ya müəyyən bir
siyasətin şüurlu bir təşəbbüsü ilə
vücuda gəlir və yaxud təhtəşşüur bir təsir
ilə başlar və nəticədə müəyyən
siyasətə inqilab edər.
Bəhsimizi təşkil edən münaqişə siyasəti
çox əlaqədar edən bir zəmin üzərində,
hər dürlü təvilə müsaid bir metodla cərəyan
etdigindən, dərhal siyasi bir rəng almaq istidadında idi. Nitəkim
öylə də oldu. H.Sübhi bəyin
“Bütlər nasıl qırılır?” mövzusundakı həyəcanlı
məqaləsi (ki bu nüsxəmizdə dərc edilmişdir)
gəncliyi hərəkətə gətirdi. Gənclik kəndisinin komunistliklə əlaqədar
olmadığını ümumi təzahüratla elana
lüzum gördü.
Türk
Ocağında təzahürat
Temmuzun
8-də əksərisi tibb fakültəsindən olan bir qism tələbə
İstanbul Türk Ocağında ictima əqd edərək
“Pravda”nın Türkiyə
haqqındakı ittihamları ilə ədəbiyyat tənqidi
şəklində türk milliyyətçiliginə
qarşı vüqu bulan təərrüzü münaqişə
etmişlər. Rusiya işğalı altında
qalan millətlərin, əzcümlə qardaş və
irqdaş Azərbaycanın kommunizm rejimi altında çəkdigi
məzalim hərarətli cümlələrlə təsvir
edilmiş. Türkiyədəki iqtisadi
böhrandan bəhs edən küstax “Pravda”ya aləmə
buğda verən Rusiyanın şimdiki halda Amerika
buğdasına möhtac qaldığı və hərb
zamanında imiş kibi şəhərlərdə ərzaq vəsiqələri
tətbiq olunduğu qeyd olunmaq surətilə cavab
verilmişdir. Natiqlər Türk gəncliyinin
milliyyət və demokrasi ümdələrinə sadiq qalaraq
kommunizmdən mütənəffir olduğunu əhəmiyyətlə
qeyd edərək, nəticədə atidəki bəyannamənin
mətbuatda təbliğinə qərar verilmişdir.
İştə bu bəyannamə:
“Son
zamanlarda məhdud bir qism mətbuatda zahirən ədəbiyyat
münaqişəsi şəklində və “Bütləri
qırıyoruz!” ünvanı altında yapılan, həqiqətdə
ədəbiyyat münaqişəsi ilə saxladıqları
kommunizm ruhunu əsl türk gəncliyinə mal etmək
küstaxlığından çəkinməyən nəşriyyatı
protesto etmək üçün biz darülfünun gəncləri
bu gün Türk Ocağında toplandıq.
Əfkari-ümumiyyəyə qarşı şunu təşrih
etmək istəriz ki, bu kibi nəşriyyatın əsl
türk gəncliyi ilə qətiyyən əlaqəsi yoxdur. Şəxsi mənfəətləri
və ehtirasları üçün əcnəbi fikirlərini
utanmadan yazan bu vətənsizlər bilsinlər ki, nəzərimizdə
yalnız mənfur şəxsiyyətlərdir.
Bütün millətin hörmət etdigi və möhtərəm
tanıdığı simalara qarşı çox çirkin
bir tərzdə yapılan nəşriyyat qarşısında
da duyduğumuz dərin təəssürləri burada ələnən
izharı bir borc bildik. Böyük şair Əbdülhəq Hamid,
saçlarını milli həyəcanı ilə ağardan,
təmiz və əsl Mehmet Emin, nəhayət, məmləkətin
sənətkar qələmindən vətəni yazılar
aldığı və istiqbal üçün də
alacağı gənc və milliyyətçi nasirimiz Yaqub Qədri...
Bunlar bizim hissimiz və qəlbimizdir. Onlara uzadılan hər mütəcaviz qələmi
və əli qırmaq borcumuzdur.
Vətənsiz
əfəndilər! Sevgilimizə təcavüz
cəsarətini bir kərə daha göstərməyin.
İcab edərsə daha müəssir surətdə
görürsünüz ki, Türk vətəninin sevdigi
adamlar vətənsizlərin təcavüzünə
uğrayacaq kibi yalnız degillərdir”.
Türk
Ocağında ikinci ictima
Yuxarıdakı bəyannaməyi nəşrə səlahiyyətləri
olmadığını qəzetələrlə elan edən
Milli Türk Tələbə birliyi rəisi Fərrux bəyin
protestosu üzərinə Türk Ocağında ictima edən
tələbə 2-ci dəfə olaraq atidəki bəyannaməyi
nəşr etmişdir.
1. Milli və
Vətəni duyğularda həssasiyyətini hər zaman və
məkanda izhar etmiş bulunan Türk tələbəsi, son və
mənfi hadisələr qarşısında və hətta
mütləq bir təsanüdlə məşru və
yekvücud bir kütlə halında olduğunu bir dəfə
daha təkrar edər.
2. Keçənlərdə Türk Ocağında
şüurlu və müdrik gəncliyin kəndi vicdanından
qopan vətənpərvəranə təzahüratını
bir bəyanatı ilə xəfifməşrəblik və qiymətsiz
bir zümrənin mənasız bir nümayişi şəklində
göstərmək qəflət və dəlalətində
bulunan Milli Türk Tələbə birliyi rəisinin bu hərəkətini
nifrət və lənətlə
qarşıladığını bəyan edər.
3. Bu vəziyyət
qarşısında Milli Türk Tələbə birliyi rəyasətinin
mumaileyh tərəfindən təmsil edilməsini nəzih və
əsl duyğularilə təlif edəmiyən gəncliyin
Milli Türk Tələbə birliyi rəisi Fərrux bəyi
rəyasətdən müttəfiqən iskata qərar verdigini
ərz eylər.
4. Gəncliyin
səmimi və milli təzahürlərini komediya şəklində
tövsif küstaxlığında bulunan “Hərəkat” qəzetəsinin
bu nəşriyyatını şiddətlə rədd eylədigini
bəyan eylər. İctima rəisi mülkiyyə
məktəbindən Sidqi - katib, tibb fakültəsindən M.Rəşid
- katib, hüquqdan A.Firidun - katib, yüksək mühəndis məktəbindən
İ.Ələddin.
Mətbuatın
mütaliəsi
“Milliyyət”
qəzetəsi “Pravda”ya müqabilə etməklə iktifa eyləmiş,
ondan sonra gənclərin təzahürlərini təsbitlə
qalmışdır...
“Vəqt” qəzetəsi münaqişə münasibətilə
bir qaç məqalə və vərəqə nəşr
eyləmişdir. “Vəqt”ə görə komunist
olduqlarını etiraf edənlərin milli ədəbiyyatdan təbiətilə
zövq bulamıcaqları aşikardır. Fəqət anlaşılmayan bir şey varsa, o da bu
demokrasiyi inkar edən adamların burada demokrasidən istifadə
edərək milli əsas-lara zərbə vurmaq istəmələridir.
Digər
bir məqaləsində “Vəqt” baş mühərriri M.Asim
bəy Türk Ocağındakı ictimalarda tələbələrdən
bəzilərinin kəndilərinə komunistlik propaqandası
yapılmaqda olduğunu qeyd etdiklərindən əhəmiyyətlə
bəhs edərək şu mühüm sətirləri
yazıyor:
“Cümhuriyyət Türkiyəsinin yarınki təməlini
təşkil edəcək olan gənclər üçün
“milliyyətpərvər bir cümhuriyyət əxlaqı”
hazırlamaq və bu günün gənclərini yarın
üçün tamamən bu əxlaq prinsiplərilə
yetişdirmək vəzifəsi gəlir.
Bilxassə bu əxlaq məsələsinə pək
çox əhəmiyyət verməmiz lazımdır. Bugünki
Türkiyə ilə dünki Türkiyə bir degildir. Dünki Türkiyə ilə bunlar siyasi, ictimai,
iqtisadi əxlaq tələqqilərinin bir qismi
yıxılmış, bir qismi tamamən dəyişmişdir.
Halbuki yıxılan prinsiplərin yerinə gələnlər,
yaxud tamamən şəklini dəgişdirənlər məktəblərimizdə
və məhfəllərimizdə gənclərə təlqin
etmək üçün bir düstur halında tədvin
edilmiş degildir. (“Vəqt”, ¹4129)
Ankarada intişar edən nim rəsmi “Hakimiyyəti-Milliyyə”
qəzetəsi İstanbuldakı münaqişədən bəhs
edən bir fəqərəsində əzcümlə şu mənidar
cümləyi sərf etmişdir:
“Suyu bulandırıb da nə ovlayacaqlar, yaxud kimə
ovlak hazırlıyorlar? Bunları hələ Türkiyədə
görüb anlayacaq qədər kor qalmamışdır.
Fəqət Cümhuriyyətin coşğun
qaynağının suyu bir-iki kilo qara mürəkkəblə
bulanacaq soydan degildir”.
Mətbuatın bu ümumi ahəngi içərisində
yalnız “Cümhuriyyət” qəzetəsi idi ki, “Pravda”
namında bir qəzetənin yazısına degil, səfirin
Kalinindən gətirdigi salama əhəmiyyət veriyor,
H.Sübhi bəyin çıxışını tənqid
ediyordu. Bu məqaləsində “Cümhuriyyət” əzcümlə
“Rusiyadakı irqdaşlarımızın müqəddəratı
bizi qətiyyən əla-qədar etməz!” diyor. Fəqət
“Pravda” nam qəzetənin Türkiyə əmələsi
müqəddəratı ilə əlaqədar olduğu da əcəba
“Cümhuriyyət”i əlaqədar etməzmi?!
Komunistlərin
məhkumiyyəti
Təqlibi hökumət cürmündən məznun və
İzmirdə çoxdan bəri mühakimələri davam edən
komunistlərin haqqında 16 temmuzda qərar oxunmuşdur. Heyəti-hakimənin
qərarına görə 24 şəxs aralarında cəmiyyəti-xəfiyyə
təşkil etmişlər və xalqda hökumətə
qarşı nifrət hisləri oyandıracaq yolda müxtəlif
yerlərdə bəyannamələr asmışlardır.
Qərarnamənin cəhəti-cəzaiyəsinə görə
3 kişi 4 sənə 7 ay, 2-si 4 sənə 6 ay, birisi 5 sənə,
birisi 4 sənə 15 gün, on birinin dördü 4 sənə,
dördünün 3 sənə 4 ay, üçünün
ikişər 2 sənə, birinin 1 sənə məhkumiyyət
və hüquqdan iskatlarına qərar verilmişdir. 10 kişinin də bəraətinə qərar
verilmişdir. Məhkum olunanlardan 3-ü
hali-firarda bulunuyorlar.
“Odlu
yurd”, avqust 1929, ¹6 İbtal - ləğv etmə, puç etmə
Mürsəl
- elçi
İfşa
- aşkar etmə
Kuy -
hansı, səmt, tərəf, istiqamət
Mazi -
keçmiş
Təzyid
- çoxaltma, artırma
Müməyyiz
- fərq qoyan, ayıran
Qüyud
- zəncirlər, bəndlər, qeydlər
Mütəğəllib
- qalib, qələbə çalan
Bəid -
uzaq, qəribə
Mütəəzzib
- təəssübkeş
İnqilab
- bir haldan başqa hala keçmə
Əqd -
təşkil etmə
Küstax
- sırtıx, arsız
Əcnəbi
- yabancı
Təsərrüf
- yiyələnmə
Məşru
- layihə, plan
Mumaileyh -
həmən
Nəzih
- təmiz
Təqlib
- döndərmə
Cürm -
təqsir, günah
ƏHMƏD
BƏY AĞAOĞLU HAQQINDA MALATYA TÜRK OCAĞI
ÜMUMİ KATİBİ H.HULKİ BƏYİN BİR
MƏQALƏSİ
Sərbəst Cümhuriyyət firqəsi zamanında
Ağa oğlu Əhməd bəylə Xalq firqəsinə mənsub
olanlar arasında bir çox münaqişələr oluyordu. Bu
münaqişələr çox zaman ümumi və siyasi
şəkildən çıxaraq qeyri ciddi və mənasız
bir rəng alıyordu. Məsələ: C.Nuri bəylə
vaqi olan münaqişədə Əhməd bəyin “şiə”
olmasının qeyd edilməsinə belə nədənsə
lüzum görülmüşdü.
Möhtərəm
məbus Fazil Əhməd bəy isə “Milliyyət” qəzetəsində
daha “canlı” məsələlərə toxunmuşdu və
Əhməd bəyə verdikləri cavablarında,
Türklük, ləhcə, hətta “Ağa” və “Əfəndi”
məsələlərinə dəxi təmas etmişlərdi.
Bu nəşriyat münasibətilə Malatya
Türk Ocağı katibi H.Hulki bəy “Axşam” qəzetəsinin
7 kanuni-əvvəl (noyabr) tarixli nüsxəsində Fazil
Əhməd bəyə cavab olmaq üzərə pək
mühüm bir məqalə dərc etmişdir. Məsələnin Ağa oğlu Əhməd bəylə
Fazil Əhməd bəylərlə təmas etdigindən degil,
milliyyət və Türklük kibi pək mühüm və
həyati nöqtələrə toxunduğu üçün
eynən dərcini faydalı bulduq.
Sərbəst Cümhuriyyət firqəsinin
doğması və ölməsi məmləkət qəzetələrində
bir çox münaqişələrə səbəb oldu. Bu
münaqişələr arasında sırf ümumi məsələlərə
təmas edən və şəxsi bir infialın ifadəsi
olmayan nəşriyatı - bugünki bəhsinin sədədindən
tamamilə xaric ədd ediyorum.
Bir Ocaqlı gənc olduğum üçün bəni
bilxassə əlaqədar edən cəhət kəndimi idrak
etdigim gündən bəri doğruluğuna
inandığım bəzi əsas fikirlərin rədd və
inkar edilməsidir. Bu səbəblə
düşündüklərimi məmləkət əfkari
ümumiyyəsi önündə müdafiə etməgi kəndimə
bir borc bildim.
Ağaoğlu Əhməd və Fazil Əhməd bəylər
məmləkətin iki məruf mühərrir və müəllimidir. Biz elmi
münaqişələrin əsalətini və
vüqarını bilxassə isimlərini zikr etdigim
ustadlarımız kibi kimsələrin qələmlərində
aramağa və görməgə möhtacız. Əgər onlar da bizə infial təsiri altında hər
kəsdən fəzlə elm adamlarının mühafizə
etməgə və məmləkətin yeni nəsillərinə
göstərməgə məcbur olduqları kübarlıqdan
uzaqlaşırsa bizim hissəmizə düşəcək
şey ancaq kədərdən və yəisdən ibarətdir.
Bən, “Milliyyət” qəzetəsinin sütunları
arasında mötərəm ustadım Fazil Əhməd bəyin
Ağaoğlu Əhməd bəyə yazdığı məktubu
oxuduğum vaxt kəndi-kəndimə demişdim ki, iştə
bir çox çamur qarışdıran qələmlər
arasında büsbütün ayrı bir şey oxuyacaqsan. Halbuki, bir
Ocaqlı qəlbilə çox mütəəssir və məyus
oldum.
Fazil
Əhməd bəy Ağaoğlu Əhməd bəyi
yabançı bir məmləkətdən gəlmiş və
Türkiyəyə sığınmış ücrəti bir
adam kibi görüyor. Bu
görüş bənim və bənim kibi düşünən
yüzlərcə, minlərcə Ocaqlının qənaətına
əsla-əsla uymayan bir şeydir. Siyasi
hüdudları, bir millətin iki parçasını
bir-birindən tamamilə ayıran bir mahiy-yətdə
görüyor. Bilmiyor ki, dünyanın nəzərində
böylə bir fikrin tərvicinə imkan vardır.
Ocaqlıların bildigi, siyasi hüdudun arxasında siyasi
hüdudun siyasi əməllər daşımanın doğru
olmadığı fikrindən ibarətdir. Yoxsa eyni tarixdən
gələn, ana Türk dilini qonuşan behəqqin kəndisini
Türk sayan bir fərdin, onun və bizim
ixtiyarımızın xaricində bir taqım səbəblərlə
başqa höku-mətlərin idarəsi altında qalması
onu bizə yabançı göstərməgə kafi gəlməz.
Dünyanın nərəsində olursa olsun hər
hankı bir Türkü, biz Türk olaraq tanır və
Türk olaraq sevəriz. Və onların səadətini və fəlakətini
bənimsəməkdən bizi mən edəcək heç bir
qüvvət tanımayız.
Ağaoğlu Əhməd bəy kibi Türk
dünyasının müxtəlif köşələrindən
ana vətənin hür bayrağı altına gələn hər
hankı bir Türk mənşəi istər Misir, istər
Qafqasiya, istər Çin və ya Əfqanıstan olsun, o bizim
nəzərimizdə ana vətənə gələn, kəndi
yurduna dönən bir Türkdür.
Bizim şimdiyə qədər milliyyət haqqında
bütün mütəfəkkirlərimizdən və alimlərimizdən
aldığımız tərbiyə və təlim Fazil
Əhməd bəyin qənaəti ilə tam bir təzad
halındadır. Ağaoğlu Əhməd bəy kibi Qafqasiyada
çarlar idarəsindən bu günə gəlincəyə
qədər qəzetəçi, müəllim, müdərris,
məbus, daimi Türk milləti və Türk milliyyəti
üçün çalışmış bir adamı
Türk toprağı üzərində bir sıxıntı
vəziyyətində görmək ciddən hər kəsdən
fəzlə elm və sənət adamlarımıza
yaqışmayan yanlış bir düşüncədir...
Arzu edəyim ki, gərək Fazil Əhməd bəyin qələmində
gərək digər bir çox mühərrirlərimizdə
Azəri ləhcəsini bir yabançılıq fərqi kibi
göstərmək istəyən mütalilərə təsadüf
ediyoruz. Halbuki, Anadolunun qosqoca bir parçası Azəri ləh-cəsilə
qonuşur. Bağdadın yetişdirdigi
Füzuli Azəri şivəsilə qonuşduğu və
yazdığı kibi, Ərzurum başda olmaq üzrə
Şərq vilayətlərimizin bir çoxu əlan Azəri
şivəsilə görüşməkdədir.
Nə qəribədir ki, Ocaqlının çox məhəbbətlə,
çox zövqlə dinlədigi Azəri ləhcə, hətta
Fazil Əhməd bəy kibi bəzi ustadlarımıza belə
yabançı və soyuq gəliyor. Bu xüsusata bizim
fikrimiz büsbütün başqadır. Bəzi millətlərin
hüdudları arxa-sında qalmış kəndi soylarına
mənsub bir ovuc xalq üçün göstər-dikləri əlaqəyi,
ortaya atdıqları davaları, bu davalar yolundakı mücadilələrini
düşündükcə bir taqım məruf şəxsiyyətlərimizin
belə siyasi hüdudların ardında qalmış 30
milyonluq bir Türk kütləsinə qarşı bu məhəbbətsizligi
həqiqətən təəccübə layiqdir.
Möhtərəm ustadımız Fazil Əhməd bəy
əfəndinin ciddi yazılarilə mizahi yazılarını
bir-birindən ayırmaq o qədər müşkül olmasa,
onun şeirləri arasında xatırladığım bir
misranı kəndi davalarının əleyhinə bir dəlil
olaraq qullanmaq istəyəcəgəm. Fazil Əhməd bəy bir
misrasında diyor ki: “Babam tatar, anam çərkəz, demək
xalis mələzəm”.
Bunu
söyləyən zat Tatar bir babadan və Çərkəs
bir anadan gəlmiş olmaq dolayısı ilə son
iddiasına görə Ağa oğlu Əhməd bəyə
“Sən yabançısan” deyəcək bir vəziyyətdə
bulunmaqdan çox uzaqdır.
Türk
milliyyətpərvərligi hissini daşıyanların 20
küsur sənədən bəri mühərrir, müəllim,
məbus olaraq Türkiyənin bütün elim və xalq
işləri başında
çalışdırdıqları bir zatə babası
Krımdan və ya Kazandan gələn möhtərəm
alimimizin təriz etməsini ən xəfif təbirlə
söylüyorum, ancaq qərib bulurlar.
Məəmafiə bizim nəzərimizdə
Ağaoğlu Əhməd bəy nə qədər kəndi vətənində
isə, Fazil Əhməd bəy də o qədər kəndi vətənindədir. Yalnız şu şərt
ilə ki, oturduqları evdə digər ev
sahiblərini rahatsız etməgə qalxmasınlar.
Bir də Fazil Əhməd bəyin məktubunun sonunda
“Türkiyənin hər öz övladı Ağa oğlu
deyil əfəndi çocuğudur” diyor. Bu cümləyi
oxuduğum vaxt nasıl bir heyrət və təəssürə
düşdügümü ifadə etməkdən acizəm.
Ağa təbiri Türk dünyasında və
bilxassə Anadoluda bir əsalət ifadəsidir. Türk ailəsində kiçik qardaş böyügünə
Ağabəy deyir. Bütün
böyüklərə ağamız deyərlər. Hindistanın - orada Türklügün uzun müddətdən
bəri zəvalına rəğmən - əlan Ağa ismini
daşıyan məruf şəxsiyyətləri vardır.
Ağa Xan kibi.
Ağa, o, ünvandır ki, hətta Xanın
başına gəldigi vaxt ona böyüklük verir. Anadolunun hər
tərəfində məsəla Adanadakı Ağazadələr
kibi, Ağa ünvanını daşıyan əski ailələrə,
xanədanlara təsadüf olunur. Hətta
Yeniçəri o çağının ən böyük
adamı Yeniçəri ağasıdır. Möhtərəm ustadımdan utanmasam misalları
daha uzada bilərəm. Fəqət bu qədər
kafi gəlir.
Məktubumu bitirmədən əvvəl şu iki
cümləyi qeyd etməgi kəndimə bir borc bilirəm. Ağaoğlu
Əhməd bəyi şu və ya bu vəsilə ilə
sevmiyənlərə təsadüf oluna bilir. Biz onu Türk milliyyətçiliginə ifa etdigi
hizmətlər dolayısı ilə minnətdarlıq hissilə
seviriz və onu bir ağamız, bir rəhbərimiz
sayırız. Son cümləm bir ricadan ibarətdir:
Heç olmazsa möhtərəm ustadlarımız kəndi
şəxsi təəssürlərini ifadə edən
yazılarında Türk milliyyətpərvərliginin istinad
etdigi mübarək əsasları rəncidə edəcək
qədər sükunlarını və kəndi elm əsalətlərini
ehmal etməsinlər.
Malatya
Türk Ocağı ümumi katibi H.Hulki
”Odlu-Yurd”,
ikinci qanun (yanvar) 1930, ¹ 24(12)
İnfial
- xəcalət çəkmə, hirslənmə
Sədəd
- münasibət, məqsəd
Əsalət
- əsilli, zadəganlıq
Yəis -
məyusluq
İğra
- təhrik etmə
Miğfər
- dəbilqə, dəmir papaq
Kasur - kəsrlər
BOLŞEVİK
GÖZÜ İLƏ TÜRKİYƏ
Ötədən bəri Sovet hökumətinin Türkiyə
Cümhuriyətinə, Türkiyə həyatına nə kibi
qərəzkəranə nəzərlə
baxdığından və bu məqsədlə
yazılmış mütəəddid məqalələrdən
bəhs etmişdik Son gələn Sovet mətbuatında nə
kibi yazılara yenə sıx-sıx təsadüf etməkdəyiz. Bu cümlədən olaraq
Bakıda çıxan “Komunist” qəzetəsi (5-11-¹ 260) “6 sənəlik
hakimiyət nəticələri” sərlövhəsi
altında Türkiyə Cümhuriyyətinin 6-cı il
dönümü münasibətilə bir məqalə dərc
etmişdir.
12 sənəlik
Sovet hakimiyyətinin, məmləkət daxilində tətbiq
etdigi siyasi, iqtisadi və ictimai siyasətin əhaliyi
yaşayan bir ölü vəziyyətinə gətirdiginə
və gündən-günə gərək firqə və gərək
xarici siyasətdə çıxan böhran və
müşkülata göz yumularaqdan yazılan bu məqalədə
bolşevik mühərriri Türkiyə burjuazisinin 6 illik
hakimiyətinin fəqir Anadolu köylüsünə heç
bir fayda vermədigindən və köylülərin son dərəcə
ağır bir şərait təhdində bulunduqlarından bəhs
ediyor və diyor ki:
“Ərazi məsələsi hənuz həll edilməmiş,
köylülər bir çox yerlərdə tam mənasilə
acdır. Bu
üzdən köylülər köylərini tərk etmək
məcburiyətində qalıyorlar...”
Köylü həyatını kəndi keyfinə görə
bu şəkildə anladan “Komunist” mühərriri əmələlərin
vəziyətindən dəxi bəhs etməyi unutmuyor. Kamal üsuli idarəsinin
Türkiyədə əmələləri şiddətli təzyik
altında bulundurduğunu qeyd ediyor və əlavə ediyor ki:
“Türkiyə
əmələləri gündə 11-12 və bəzən də
16 saat çalışmalarına rəğmən az maaş alıyor və hər türlü
hüquqdan məhrum bulunuyorlar. Haqqını müdafiə
üçün çıxışda bulunan hər hankı
bir əmələ “iğtişaşa səbəb ola biləcək nitqilər” söylədigi
üçün dərhal həbs ediliyor. Məmləkətin
hər yerində terror hakimdir. Əmələlər
şiddətlə təqib olunuyorlar. Türkiyə
həbsxanələri faşizm İtalya həbsxanələri
kibi siyasi məhbuslarla dolmuşdur”.
Türkiyənin
nicatını “bolşevik cənnətində” görən
bolşevik mühərriri küstaxlığın son dərəcəsinə
varıyor və diyor ki:
“Bütün bunlar göstəriyor ki, Kamalizm siyasət və üsulu idarəsi məmləkəti səlamətə və nura çıxarmaq iqtidarına malik degildir. Məmləkət yalnız Türkiyə köylü və əmələsi (yəni komunizm) ilə səlamətə çıxa bilir”.
İştə bolşeviklərin mutat propağandalarından kiçik bir nümunə daha!
“Odlu-Yurd”,
İkinci Kanun (yanvar) 1930, ¹ 11
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2017.- 28 oktyabr.- S.20-21.