ÖMÜR-GÜN
YOLDAŞIM
Bizim görüşümüz təsadüf oldu,
Bircə anda qəlbim eşqinlə doldu.
Sonra tənhalığa xitam qoyuldu,
Ömür-gün yoldaşım, ürək sirdaşım.
lll
Gözəllər içində ən gözəlimsən,
Həm sonuncu sevgim, həm əzəlimsən,
Gah ciddi bir xanım, gah məzəlimsən,
Ömür-gün yoldaşım, ürək sirdaşım.
lll
Birgə alnıaçıq həyat sürmüşük,
Bəzən çiynimizə düşüb ağır yük,
Düşmən də görmüşük, dost da görmüşük,
Ömür-gün yoldaşım, ürək sirdaşım.
lll
İki qız ərməğan etdin mənə sən,
Sevimli nəvəmə əziz nənəsən.
Çətin günlərimdə dayaq - yenə sən,
Ömür-gün yoldaşım, ürək sirdaşım.
DÖRDLÜKLƏR
Nankorun azarı qəliz mərəzdir,
Əsas əlaməti kindir, qərəzdir.
Köməklik etsən də, üzünə durar,
İstəyirsən onu boynunda gəzdir.
Dostluğun təməli təmiz ürəkdir,
Birlikdə kəsilən halal çörəkdir.
Xoş günündə uzaq olsa, eybi yox,
Dost adama çətin
gündə gərəkdir.
Tanrı
gözəlliyi yaradıb
iki,
Fərqlidir zahirdə və batindəki.
Görünən gözəllik gəldi-gedərdir,
Dəyişmir digəri saf qızıl təki.
Yaşayanlar olur səksən,
doxsan il,
Ağsaqqal “saqqalı ağ” demək deyil.
Belə
ada görə yaşın həddi yox,
Müdriklik, təfəkkür sayılır
dəlil.
Nə böyük sevincdir, doğulsun nəvən,
Demək çoxalıbdır səni
də sevən.
Onun şəkər dili, bircə öpüşü
Babanın ömrünü uzadır
həmən.
Müqəddəs sayılıb hər
kişi üçün
Ailə - keçmişdə,
həmçinin bu gün.
Doğma
ocağına biganə
qalan
Millətin qədrini bilərmi, düşün?!
Çoxları çalışır toplasın sərvət,
Fəqət bir qisminə bu olur qismət.
Xəstəlik tutanda anlayır
onlar:
Yalnız sağlamlıqdır ən
böyük nemət.
Diqqət
çəkmək üçün
hər yekəxana
Sataşar özündən önə
çıxana.
Sərasər layiqli cavab alsa da,
Düşdüyü vəziyyət dərs olmaz ona.
Düşməndən həmişə
gözlə ədavət,
Dostdan ummalısan
yalnız sədaqət.
Camaat içində xəcil olarsan,
Övlad sənə qarşı bəsləsə nifrət.
Etibarsız yaxın özgədən
betər,
Nə xeyir işlərə, nə şərə yetər.
Ömrü bu minvalla çatanda sona
Kimsənin qəlbində doğurmur kədər.
Abırlı, həyalı olmadığından
Heç
nədən çəkinmir
utanmaz adam.
Gözünün odunu almasan onun
Yırtıcılar kimi qudurar tamam.
Başına övladın qoysa
da bir tac,
Qalmayasan ona ömründə möhtac.
Nə qədər hörmətin
saxlansa belə,
Qısa olar dilin sənin
naəlac.
Dilindən söz çıxdı,
sadiq qal ona,
Unutsan, çevrilər aşkar yalana
Bir dəfə vədinə etməsən əməl,
Tanış-biliş sənə çətin inana.
Ən adil hakimdir əslində
vicdan,
Onu bəxş
eləyib bizə Yaradan.
Çirkin əməlləri, cinayətləri
Törədər vicdanın itirən
adam.
Ali məqsədinə yetişmək
üçün
Zəhmət çəkməlisən halal
və düzgün.
Fırıldaq yollarla arzuna çatsan,
Səni qalib deyil, sayarlar
düşgün.
Harınlamış adam
sanki buğadır,
Qızışıb hamıya hey buynuz atır.
Sərt
zərbə alınca
görürsən artıq
Qınında gizlənmiş qorxaq bağadır.
İnsanı doğuşdan sınayır
Allah
Hərənin içində gizlədib tamah.
Kimi cilovlayır vaxtında onu,
Kimi qulu olub işlədir günah.
Ən çirkin kələyə
əl atar, əgər
Kiçik bir xeyrini görsə
hiyləgər.
Belə
düşüklərə yaddır əzəldən
Səxavət, ləyaqət, mənəvi
dəyər.
Həyatın dəyişməz qanunları
var:
Bir dəfə satqınlıq
edən adamlar,
İstər kişi olsun, istərsə qadın,
Mütləq qayıdırlar bu yola təkrar.
Bəxt
quşu başına qonubsa gerçək,
Ehtiyac duyana çalış ol dəstək.
Heç dartma özünü, sadə dolan, dur.
Yoxsa büdrəyəndə
qalacaqsan tək.
Dəyişir zamanla çox şey bərabər,
Başqa cür yozulur bəzən dəyərlər.
Yaxşılıq, yamanlıq meyarı
itib,
Pislik etməyənə
“yaxşı” deyirlər.
Cavanlıqda qəsdin olsa ədalət,
Çəkməyəcək ahıl vaxtı xəcalət.
Bil ki, saleh əməl
sayəsində sən
Görəcəksən həm də hörmət, kəramət.
Bu günün işini qoyma sabaha,
Geri çəkmək olmaz vaxtı bir daha.
Cavanlıqda xırda saydığın
işlər
Başa gələr sənə sonralar baha.
Öz səviyyəsini, çox
qəribədir,
Gizlətsə də hər kəs, yaxşı dərk edir.
Vay, bacarmadığı işə
girişsin,
Sonda rüsvay
olub, onu tərk edir.
TƏMSİLLƏR
KƏPƏNƏK
Aşiqlik eşqinə düşdü
kəpənək,
Şama
tərəf uçdu
pərvanələrtək,
Onun alovuna yaxın dayandı,
Birdən qanadının ucları yandı.
Qorxudan təngidi tamam nəfəsi,
Yüksəldi göylərə ahı, naləsi.
Söydü pərvanəni, söydü
şamı da.
Söydü möcüzəli bu axşamı da.
Beynində həkk oldu belə bir fikir:
Məhəbbət həyatçün təhlükəlidir.
İLANIN
DƏRDİ
İlan
fısıldadı, zarıdı
yaman:
- Dünya gözlərimdə
zindan olubdur.
Dərdim
çox böyükdür,
yoxdur inanan,
Zəhərim çevrilib dərman olubdur.
SARMAŞIQ
Ağacın gövdəsinə
Sarmaşıb ucalırdı.
Belə
bacarığından
Özü də həzz alırdı.
Əsdi
zəif bir külək
Hardansa birdən-birə.
Uca ağacla birgə
Dəydi sarmaşıq yerə.
Ayılanda gördü ki,
O, lap əzəldən çaşıb.
Saf gövdə dura-dura
Çürüyünə sarmaşıb.
EŞŞƏYİN
QEYDİ
Ceyranın tərifini
Eşidib
bir gün eşşək,
Dedi bir iradım var,
Düzünü deyəm gərək.
Ceyran gözəl olsa da,
Qüsuru
vardır, axı,
O, nə anqırır, nə də
Uzun deyil qulağı.
TÜLKÜNÜN
VƏTƏNİ
“Haralısan, de görək?”
Soruşdular tülküdən.
O da gülümsəyərək
Cavab verdi: “Düzü,
mən
Deyə bilmərəm bunu.
Biz aslanın hələlik
Öyrənə bilməmişik
Haralı olduğunu”.
ƏQRƏBİN
ARZUSU
Hansı
əqrəbin əgər
Arzusun alsan xəbər,
“Sancdığım adamların
Hamısı ölsün” deyər.
QANAD
Özünü dartırdı qaz:
“Lovğalansam yeridir.
Çox
quş həsəd aparır,
Qanadlarım iridir”.
Sərçə eşidib bunu,
Çikkildədi: “Yaxşı bil,
Qanad uçmaq üçündür,
Yaraşıq üçün deyil”.
XUDPƏSƏND
SABUN
İstəmirdi tez əriyə,
Yoxa çıxa
işlənərək.
Ömrü uzun olsun deyə
Gizlənirdi yarasa tək.
Çox
dolandı, gəzdi tənha,
Unuduldu tamam sabun.
Təmizlikçün yaransa da,
Özünü toz basdı onun.
İLANBALIĞI
O ilandır, ya balıq?
Heç
kim bilmir
düzünü.
Çünki tez-tez dəyişir
Öz əvvəlki
sözünü.
Balığa o, “balığam”,
Deyir rastlaşan
kimi.
İlana
da tanıdır,
Özünü ilan kimi.
QƏLƏM
Vəzifəli əllərin
Olmuşdu o, nökəri.
Nə desələr, yazırdı,
Yıxmışdı çox evləri.
Çirkin əməlləriylə
Ləkələnmişdi adı.
Son sahibi öləndə
Onu sayan olmadı.
Çoxuna baş əysə
də,
Qaldı qələm avara.
Lazımsız bir şey kimi
Tulladılar kənara.
KORAMAL
İlanlar dəstəsindən
Koramal
gen gəzirdi.
İstəmirdi desinlər
Onlarla həmfikirdi.
Ömrü boyu heç kəsə
Vurmasa da bir zərər,
Zəhərli ilan bilib,
Yazığı öldürdülər.
ƏYRİ
GÜZGÜ
Qarşısında duranı
Göstərirdi eybəcər.
Sataşanda birinə
Həzz alırdı nə qədər.
Tamam bezmişdi ondan
Həm böyük,
həm də kiçik.
Sındırdılar, nəhayət,
Etdilər çilik-çilik.
KƏRTƏNKƏLƏ
Zəhərsiz kərtənkələ
Rüsvay
olubdur yaman,
Aşkar
şərləyib onu,
İşə salıbdır ilan,
Danışır harda olsa:
“Axı günahım
nədir?
Zəhəri verən mənə
Əclaf kərtənkələdir”.
PİŞİK
Nabələdlər yanında
Qürrələnirdi pişik:
“Pələnglər nəslindənəm,
Daim fəğan
etmişik”.
Amma xəcil olurdu
Bir it gördüyü zaman
Dırmaşırdı ağaca
Canının qorxusundan.
Elxan ƏZİZOV
525-ci qəzet.- 2017.- 28 oktyabr.- S.19.