Yusif Vəzir Çəmənzəminlinin
130 illiyinə həsr olunmuş tədbir
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin təşkilatçılığı
ilə Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, yazıçı Yusif Vəzir Çəmənzəminlinin
anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir
keçirilib.
İdarənin mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, tədbirdə qurumun rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, xalq
şairi Sabir Rüstəmxanlı, professor Alxan
Məmmədov, AMEA Tarix
İnstitutunun aparıcı
elmi işçisi Gültəkin Nəcəfli
və başqaları
iştirak ediblər.
Tədbirdə Yusif Vəzir Çəmənzəminlinin həyat
və yaradıcılıq
yoluna nəzər salınıb, bildirilib ki, yazıçının yaradıcılığının
ana xəttini Azərbaycanın istiqlaliyyəti,
milli dövlət quruculuğu, millətin oyanışı və tərəqqisi, tariximizin və mədəni irsimizin düzgün tədqiqi və dərki problemləri təşkil edib. Onun qələmindən çıxmış
ictimai-siyasi, tarixi məzmunlu əsərlər
siyasi düşüncə
tariximizin sanballı səhifələrindən sayılır.
Y.V.Çəmənzəminlinin nəvələri
- Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Rus dili kafedrasının
müdiri, dosent Leyla Vəzirova və yazıçı-publisist
Yusif Vəzirov çıxış edərək
öz xatirələrini
bölüşüblər və tədbirin təşkilatçılarına ailə adından təşəkkürlərini bildiriblər.
Tədbirdə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin müəllim və tələbələrinin
ifasında Y.V.Çəmənzəminlinin roman
və hekayələri əsasında hazırlanmış bədii
qiraət təqdim olunub, musiqi
nömrələri səsləndirilib, Yusif
Vəzir Çəmənzəminlinin həyat və
yaradıcılığını əks etdirən video-çarx və kitab sərgisi
də nümayiş olunub.
525-ci qəzet.- 2017.- 28 oktyabr.- S.13.