Yaqub ZurufçudanKlassik əsərlər”

 

Tanınmış müğənnilərdən olan Əməkdar artist Yaqub Zurufçunun dahi əstəkar Üzeyir Hacıbəyliyə ithaf etdiyiKlassik əsərləradlı disk-albomu işıq üzü görüb.

 

ABŞ-ın “Low” səsyazma studiyasında hazırlanan alboma 16 əsər daxil edilib. Təşəbbüskarı ideya müəllifi Y.Zurufçu olan albom Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində ərsəyə gəlib. Albomda musiqi diski ilə bərabər yer alan 25 səhifəlik kitabçada Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat, həmçinin əsərlərin müəllifləri mətnləri qeyd olunub: “Bu disk on il əvvəl Amerikada çap olunmuşdu. Ancaq orada 14 mahnı idi, burada 16-sı var. Amerikadakı albom yüz min tirajla satılsa da,  burada heç yerdə satışda yoxdur. Ancaq özüm musiqisevərlərə, Üzeyirsevərlərə hədiyyə edirəm. Bilirəm ki, hədiyyə etdiyim insan bu albomun dəyərini biləcək. Təəssüf ki, bu musiqilərin dinləyici auditoriyası elə böyük deyil. Bunların satışı, təbliğatı ilə məşğul olan da yoxdur. Ona görə bizim üçün çətindir. Amerikada isə bütün təbliğat satış işləri ilə şirkətin özü məşğul olurdu. Mən çox istərdim ki, bu musiqilər yenidən gündəmə qayıtsın”.

 

Əməkdar artist albomun Üzeyir Hacıbəyliyə ithaf olunmasının onun yaradıcılığına, musiqisinə olan dərin məhəbbətdən qaynaqlandığını deyib: “Bu albom Azərbaycan dünya musiqi mədəniyyət aləminin ən görkəmli simalarından olan dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunub. Bu cür disk mənim çoxdankı fikrim arzum idi. Xalqımızın musiqi zövqünün formalaşmasında Üzeyir bəyin əsərlərinin əvəzsiz rolu var. Azərbaycan dünya var olduqca bu əsərlər səslənəcək bizi, gələcək nəsilləri işıqlı yollarla aparacaq. Üzeyir bəyin operaları operettaları ilə bərabər, çoxsaylı instrumental, xor əsərləri, orkestr, kamera-instrumental musiqiləri, xoreoqrafik miniatürləri, romansları da dillər əzbəridir. Üzeyir bəyin yaradıcılığı o qədər şaxəli zəngindir ki, hamısına bu kitabçada albomda yer ayıra bilmədik. Biz Üzeyir bəydən ilham alıb mədəniyyətimizi qorumalıyıq. Düşünürəm ki, mən öz əlimdən gələn qədər bu yolda çalışıram. Bu günün, dünənin ideyası deyil, uzun illərin fikridir bu. Biz ta uşaqlıqdan bu musiqilərlə böyümüşük. Zaman gələcək ki, Üzeyir Hacıbəyli dühası dünyada bundan da artıq vüsətlə yayılacaq. Kompüter əsri Üzeyir Hacıbəyli əsərlərinin yayılmasını daha da sürətləndirəcək”.

 

Daha sonra sənətkar albomda yer alan mahnılardan söz açıb: “Çalışdım ki, albomda bütün dahi bəstəkarlarımızdan əsərlər olsun. Bütün mahnıları sevərək, böyük eşq məsuliyyətlə ifa etsəm , nədənsə, Cahangir Cahangirovun bəstəsi olan “Ana” mahnısını özüm daha çox bəyənir sevirəm. Sanki o həzin, kövrək mahnı mənə daha yaxındır, doğmadır. Təvazökarlıqdan uzaq çıxsa da, bu mahnını öz ifamda dinləyəndə gözəl alındığını görürəm. Albomda ən sonuncu - 16-cı mahnı məhzAna”dır”.

 

Müğənni planları haqqında da məlumat verib: “Biz işimizi bununla bitmiş hesab etmirik. Mən çox istəyirəm ki, bunu davam etdirim. Amerikada olarkən dahi bəstəkarımız Tofiq Quliyevin bir neçə mahnısını ifa etmişdim çox bəyənilmişdi. Bunun davamı olaraq, həm Amerikada, həm burada Tofiq Quliyevin yaradıcılığına həsr edilən, onun əsərlərindən ibarət albom hazırlamaq fikrimiz var”.

 

İthafalbomunda Yaqub Zurufçunun ifasında musiqisi Üzeyir Hacıbəyliyə məxsusDərdmənd”, “Sevgili canan”, “Arşın mal alanoperasındanƏsgərin nəğməsi”, “Əsgərin Gülçöhrənin dueti” “Sənsiz”, “KoroğluoperasındanAşıq mahnısıNigar ariyasıkimi əsərlərlə yanaşı,  Üzeyir bəyin yetirmələrindən Asəf Zeynallı, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Əli Səlimi, Vasif Adıgözəlov, Cahangir Cahangirov başqalarının əsərləri, həmçinin xalq mahnıları var.

 

Albomda yer alan əsərləri müğənni Azərbaycan Dövlət Televiziya Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiətilə ifa edib. Musiqilərin səs tənzimini Əliheydər Mirzəbəyov verib. Pianoda Fəridə Hüseynova müşayiət edir. Dizaynerləri Azər Rəhmanoğlu Ramiz Əliyev olan kitabçanın tərtibatı redaktorluğu isə Aynur Zurufçuya məxsusdur.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 28 oktyabr.- S.13.