Yarpaq tökümü
və yaxud düşüncələrim...
Hər qazılan bünövrə
yurd yerinƏ çevrilə bilməz
Dərk
etmədiyin hƏqiqƏtlƏri,
yanlış dərk etməyə çalışma
Qibləni diriykən axtar...
Atın
beli sürüşkən
olar, yıxar səni...
Yediyin yeməyi iyləmə, eşitdiyin sözü qurdalama
Ey, qapını
döyən kimdir?! Bax, bu... Tale suallarıdır-hazırsanmı?
Gözləmədiyin halda gördüyün
etibarsızlıq səni balta kimi doğrayacaq...
Əlin
qabarı ayrıdır,
ayağın qabarı
ayrı
Dolanışıq qayğıları insanı
çox dolandırar,
çox fırladar
Abırsız adamın dərisi
də qalın olar
İnsanın çaşması elə
yerişindən də
bilinir...
Bəzən zəif yaddaşın
da səni bəladan qurtara bilər
Gözünün acısını töküb
yüngülləşərsən, dilinin acısını boşaldanda isə peşman ola
bilərsən
Biri çöldən iylənər,
biri içəridən
- axırıncısı daha
qorxulu və daha fəlakətlidir...
Ətrafındakılarla sərt danışma, heç kimin sənə borcu yoxdur və
heç borcunu da şərtlə qaytarma, şəstlə qaytar...
Hər çiçəkləyən Ağac
bar verməz...
Sənin çörək verdiyin bəndəyə
də bu çörəyi
Allah verir...
Boş palan ulağı yola verməz, yelə verər...
Hər qapını açana ürəyini açma...
Başına qaxanc edilən yaxşılığı-yeməsən yaxşıdır...
Çörəyini böl, özünü bölmə
Belini əyən Taleyin yüküdür
Sən bilirsənmi
mən səni neçə görürəm?
Tələsik yemə, tələsik yerimə və danışma. Hara tələsirsən belə,
yol da Allahındır,
yazı da...
Əmim
deyərdi ki, bala, Allah kişinin axırını xeyir eləsin!..
Söz axırda
dilin ucundan düşür, dişin sədəfindən süzülür. Dilini və dişini sıx...
İnsanın uzanması yox, enlənməsi qorxuludur...
Səni
gözümün altında
yox, üstündə
görmək istəyirəm...
İtlər sürgəyə gələndə,
həvirləşir...
Qaşınan baş xəstəlikdir,
gicişƏn baş-bəla...
Hər fəslin öz meyvəsi olduğu kimi, hər söhbətin də öz zamanı var
Vidalaşanda deyilən sözlər
uzunömürlü olur
və unudulmur
Pərdə örtülü qalsa-yaraşıqlı
və urvatlı olar...
Səninlə bərabər kədərlənən
kimdir, sevinən kim?!
MeyvƏ
kökdən, gövdədən
gəlir, amma saplaqdan
sallanır
Qırılan ümid, qazılan
qəbir - eyni şeydir
Ehtiyac səni hər qapını döyməyə
məcbur edə bilər
İnsan gördüyü xoş yuxulardan ayılıb bunun məhz yuxu olduğunu dərk edir və yenidən həmin anları yaşamaq istəyir. Və bax beləcə, həyatla xülyalar arasında tellər çözəlir və ayrılır
Tək öz ürƏyinlƏ bu dərdi çəkə biləcəksənmi?!
Mən səni sevmək istədim, bir ömrə çatdıra
bilmədim. Kaş bunu biləydin, gəlib qəbrimin üstünə tökəydin
o göz yaşlarını...
Aman allah, bu
nədir, evlər boşalır, qəbirlər
çoxalır və
elə bil ki, Dünya qorxulu bir qəbirstanlığa
çevrilir...
Qapını açan həyat
yoldaşın bilməlidir
ki, kişi
evə mehmanxanada yatmağa gəlmir, diqqət və nəvaziş görməyə
gəlir. Elə et ki, kişi
sabah da bu evə bir
daha - geriyə dönə bilsin
GözündƏki sarılıq - ayrılıq
əlaməti, üzündƏki
qaralıq kasıblıq
əlamətidir
Yollar qovuşanda ümidim artır, yollar haçalananda içimdə
hər şey ... hər şey qırılır...
Əl qaldıranda, kaş bircə an əlini saxlaya biləydin?..
Sən ölməlisən ki, mən də doğula bilim...
Yaralı qəlbi hər kəs sağalda bilməz. Bu, sənsənsə,
nəyi gözləyirsən,
niyə gəlmirsən?!
Qəlbini açıq saxlamasan, Bəxt
Qapını bir kimsə döyməyəcək
Pis əməlin sahibinin duasını heç
Allah da eşitməz...
Səni
nə yaradıblarsa, sən də elə yaradacaqsan
Həssas
və qayğıkeş,
zərif və diqqətli insan yatanda da ayıq
yatar
Qonşu kəndin bir toyunda bərk dava düşür və bir mərdimazarın
sol gözünü vurub
çıxarırlar. Bunu görən əmim başını yelləyib
deyir ki, iki gözünlə bu dünyanı yaxşı görə bilmirdin, ay yazıq, di get, hələ ki, bir gözün
də bəsindir...
Hər şeydə bir gözəllik görmək,
bir müsbət tapmaq - böyüklük
əlamətidir
Bir adam hamı
üçün yaxşı
ola bilməz. Hamı üçün yaxşı olan da yaxşı adam ola
bilməz
Dediyin sözü dinləyən
yoxdursa, özünü
yormağa dəyməz
Qolunun zoru hələ güclü olmağın
demək deyil...
QismƏti axtarmırlar, gəlirsə,
özü gələcək
Əlindəki Balta sapından
çıxanda sənə
qarşı da çevrilə bilər
Baxır
səni kim
tərifləyir...
Hələ bilmək olmaz ki, qarşındakı sənin kədərini və
ehtiyacını necə
qarşılayacaq?
Əvvəlcə özünə qulaq
as, qəlbinin səsini
dinlə...
MünasibƏtlƏri korlamaq istəyirsənsə - nə səbəb axtar, nə bəhanə, çıx
get və özünü
urvatsız etmə
SƏbr
- çox şeyin əlacıdır
Qarnını tez açıb-tökən
adama bir də yaxın durma
Ayağın getməyən yerə - başını
dartıb niyə aparırsan?!
İnsanın ayaq tappıltısı
ürəyinin ritmləri
ilə eynidir
Gördüyün hər şey
- həm də nəticə çıxarmaq
üçündür
Başqasının pərtliyinə
gülməzlər...
Sənin
pisliyin kimə keçdi: ona, yoxsa sənə?
Qayğılar səni yerdən qoparıb göydə fırladır, nə vaxt qayıdacaq və nə vaxt qaytaracaq? Bilinmir...
Qalxdığın pilləkanın o biri başından da enəcəksən, çünki qalxmağın düşməyi də var...
İçindəki xəstəliyi və dərdi siman heç vəclə gizlədə bilməz
İnam gətirəni çox danışdırıb, üzmə onu...
Səni o birisi ilə müzakirə edən dostun ola bilməz...
Süni vurulan peyvəndin peyvası sənin nəyinə gərək?!
Dilinin Duası baxır haradan qaynaqlanır...
Hiddət
və hikkə dolu dağarcığı
tez-tələsik açmağa
nə hacət...
Xoş baxışınla hara baxdınsa, elə hesab elə ki, bax ora
- ümid yerindir!..
Qazanında bişən yemək də hələ sənin deyil...
İçində qırılan tellərə
təbib neyləsin, nə əlac qılsın?..
İmamverdi İSMAYILOV
525-ci qəzet.- 2017.- 31 oktyabr.- S.6.