Antanas STANYAVİÇYUS
Klaypeda, Litva
Təkcə səni
sevərik
Qısqanmadan heç
kəsə.
Təkcə sənin
qoynuna
Uçarıq birnəfəsə.
Təkcə sən
arxamızda
Dönərsən qar
lı dağa.
Təkcə sənin
haqqın var,
Bizləri ağlatmağa.
Təkcə sən
büdrəyəndə
Tutarsan qolumuzdan.
Olub kədərə
qənim
Vətənim mənim.
lll
Ana, vaxt taparıqmı
Oturub dərdləşək
biz.
Qəlbimizi boşaldıb,
Anaq, başa düşək biz.
Bunumu gözləyirdin,
Böyüyüb ucalım
mən.
Ağ olsun üzüm mənim.
Qəlbimdən keçənləri
Açırmı baxışlarım,
Deyirmi gözüm
mənim?
Hər vaxt hazırlaşıram
Yanına gəlim,
ana!
Gələndə də
susuruq,
Qalırıq yana-yana!
lll
Bu dünyada kəndimin
Özünün günəşi
var.
Batmağa tələsməz
o
Görsə ki,
insanların
Bir yarımçıq
işi var.
Kəndimizdə boz
bulud
Sanki alçaqdan uçur.
Deşir onu atamın
Çəkdiyi kərəntinin
Sapının iti ucu.
Kəndimizdə briqadir
İşdə batır
qan-tərə.
Ona elə gəlir ki,
Vurnuxmur hədər
yerə.
Kəndimizin havası
Gül qoxuyur, bal dadır.
Günəş,
bulud, briqadir
Orda qayda yaradır.
lll
Maşınların bir an da
vermədən macal, aman
Elə hey izlədiyi
zavallı, yazıq insan.
Keçidi güclə
keçdin islanmış
siçan kimi
Sonrasa təkəbbürlə
düzəldərək qəddini,
Gedirsən baxa-baxa
qızların qamətinə,
Harınları bürüyüb
kininə, nifrətinə:
-
Ağ "Volqa"ların cana yayılan rahatlığı,
Evdə arvadlarının,
işvə, nazı, qınığı,
Şöhrətli restoranlar,
adlı fin hamamları,
Gözləyir bu şəhərin hər yerində onları.
Səni isə gözləyir dar süd mağazaları,
Qaranlıq keçidlərdən
ötüb keçmək
azarı.
Nə vaxtsa qonşuların bağına
girdiyintək,
Nə vaxtsa yaxın dostun yanına gəldiyintək.
lll
İyirmi yaşında
bir "qarımış"
qız
Məhəbbət
nəğməsi oxuyur
pəsdən.
Dinləyir sözünü
ağ saçlı tarix
Şüa bəlasına
tutulan xəstə.
Qalsa da iş-gücdən
əli, ayağı
Dili əvəz edir onları bir-bir.
Çəkməkdən, içməkdən,
sevməkdən özgə
Heç nə arzulamır, heç nə istəmir.
Keçilmiş yollardan
keçibdir deyə
Çoxuna yaşlıdır
gur səsiylə o.
Tez-tez sonatanı şlagerə də
Çevirir öyrənmək
həvəsiylə o.
Gah antik dilləri qadağan edir
Gah da söyüb Kantı qoymur yaxına.
Neyləmək dünyada
günahkar deyil
Bir kimisə qatığın
ağ olmasına.
lll
Toz basmış,
laxlamış ürəyimizdə
De nəyi bölüşək,
bölüşək, gülüm.
Sonra susub, susub yalan
söyləyək
Gərəksiz söz deyib, gülüşək
gülüm.
Elə bil balıq tək ammoniyakla
Zəhərlənib arzum,
Sən bir işə bax.
Tələdə boğulmuş
cüyür kimidir
Dünyada eşqimiz,
sevgimiz ancaq.
Tərcümə edən:
Eldar Nəsibli Sibirel
Qazax-Klaypeda-Vilnüs-Bakı
525-ci qəzet.-
2017.- 17 oktyabr.- S. 6.