“525”in 25-i!

 

 

 

 

25 il insan ömründə , mətbuat orqanının fəaliyyətində az zaman deyil. Ancaq “525-ci qəzetyaşadığımız günlərin başsız mətbuat tünlüyündə elə özgür yer tutur, adama elə gəlir, yaşı olduğundan çoxdur.  Axı qəzetin yaşaması, formalaşması, populyarlaşması az vaxt aparmır.

 

Hər sənət, hər vəzifə peşəkarlıq tələb edir, qəzet isə xüsusilə! Baş redaktorun peşəkarlığı ilə yanaşı, şəxsiyyəti önəmlidir - baş redaktor şəxsiyyəti! Fikrimzcə, “525-ci qəzet”in qısa zamanda formalaşmasında, media məkanında özdəsti-xəttini  tanıtmasında ilk növbədə Rəşad Məcidin jurnalist peşəkarlığı baş redaktor şəxsiyyəti önəmli rol oynamışdır. Belə baş redaktorun qəzetinə işə, adətən, peşəkarlar dəvət olunur, ya da gənclər gəlib redaksiyada peşəkarlaşırlar. “525-ci qəzet”də, zənnimcə, ikinci hal aparıcı faktor olmuşdur. Qəzetdə bu gün kifayət qədər peşəkarlar (o sırada gənclər!) çalışırlar.

 

Mən normal qəzetə heç vaxt cəmi bir günlük ömrü olan informasiya vasitəsi kimi baxmamışam (Hətta Sovetlər Birliyi dönəmində !). Çox illər bundan öncə qəzetlərdə oxuduğum elə materiallar olur - indiyəcən xatırlayıram. Qəzet yaşadığımız günlərin əksidir, gələcək üçün tarixdir, tədqiqin mənbəyidir. Bu baxımdan, “525-ci qəzetyalnız bu günün deyil, həm sabahındır. Sabah bu qəzetin köhnə nüsxələrini varaqlayanlar ictimai-siyasi ovqatımızla da tanış olacaqlar, Qarabağ ağrılarımızla da, ədəbiyyatımız, incəsənətimiz, idmanımızla da!

 

Azərbaycanda media “tünlüyündə  çatışmır?”- soruşsalar, ağıla ilk gələn deyərdim, bu olar: bir sıra mətbu orqanlarında - ziyalılıq. Başqa çatışmayan cəhətlər mövcuddur, ancaq ilk növbədə ziyalılıq. Sağlam, qərəzsiz mövqe, yüksək ziyalılıq münasibətiƏkinçi”dən üzü bəri bu günədək tariximizdə, yaddaşımızda yaşayan qəzet jurnallarımızın bizə ərməğanıdır. Onu hər mətbuat orqanı, hər jurnalist Həsən bəy  Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin... vəsiyyəti kimi qorumalı, yaşatmalıdır. Bu baxımdan, “525-ci”nin fəaliyyəti önəmlidir. Deyərdim: “Ziyalılıq, aydınlıq qəzetidir”.

 

25 YAŞINIZ MÜBARƏK!

 

Gün olsun - 525-ci ad gününüz bayram edilsin.

 

8 sentyabr, 2017

 

HİDAYƏT

 

525-ci qəzet.- 2017.- 16 sentybar.- S.10.