Milli Musiqi Günü təntənələri

 

 

Dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabr, hər il olduğu kimi, bu il ölkəmizdə Milli Musiqi Günü kimi geniş təntənəli şəkildə qeyd edilib.

 

Bu münasibətlə dünən ölkənin tanınmış mədəniyyət incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Daha sonra Üzeyir Hacıbəylinin digər görkəmli mədəniyyət incəsənət xadimlərinin məzarları ziyarət olunub.

 

Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev Ü.Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək deyib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

 

Bildirilib ki, həmişə olduğu kimi, bu dəfə sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun dəstəyi Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı sentyabrın 26-dək davam edəcək.

 

Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin "Şəbi-hicran"ı səslənib.

 

18 sentyabr - Milli Musiqi Günü münasibətilə ilk konsert proqramı Azərbaycan Milli Konservatoriyasında gerçəkləşib.

 

Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Mədəniyyət Turizm naziri Əbülfəs Qarayevin Milli Musiqi Gününün əhəmiyyəti, Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafındakı əvəzsiz xidmətləri haqqındakı çıxışlarından sonra Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin ifasında konsert proqramı təqdim olunub.

 

Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Günü Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında da təntənəli şəkildə qeyd edilib.

 

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm musiqi diyarı kimi tanınmasındakı rolundan danışıblar.

 

Milli Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

 

Milli Musiqi Günü münasibətilə Bakı Metropolitenin stansiyalarında artıq ənənə halını alan musiqili proqramı təşkil olunub.

 

Proqramda Üzeyir Hacıbəylinin digər Azərbaycan bəstəkarlarının klassik milli musiqi nömrələri səsləndirilib.

 

Konsert proqramı saat 12:00-13:30-da "İçərişəhər", saat 13:00-14:30-da "28 May", saat 14:00-15:30-da "Elmlər Akademiyası", saat 15:00-16:30-da isə "Memar Əcəmi" metro stansiyasında (Bənövşəyi xətt) keçirilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 19 sentybar.- S.7.