Ağ yol
Bu yol hardan başlayır,
Harda qurtaracaq
bəs?
Hara gedir bu yolçu,
Bu ağ yolu seçən kəsə!
Ağ
yola olub rəvan,
Bu Sarvan Haqqa aşiq.
Bu yolun əksi dalan,
Bu yolun sonu işıq.
Haqqa şahid göy üz ü
Bu karvanı salamlar.
Bu yol "Quran"ın izi,
Bu yol dürlü
kəlamlar.
Bu karvanın yolu Haqq,
Yolçu Adəm övladı.
Yol sahibi Ulu Haqq,
O bu Haqqa mövladı,
Aləmlərə can verib,
Ol sözüylə
yaradan.
Hər kəsə yol göstərib,
Haqq iziylə Yaradan!
Behiştin gülləri solmaz
Balaca Zəhranın xatirəsinə
Qarabağda rüzgar əsdi,
Bu fələyin nədi qəsdi,
Balamızın başın kəsdi
Bu qədər müsibət
olmaz,
"Bu nahaq qan yerdə qalmaz".
Alxanlını atəş yaxdı,
Köndələndən qanlar axdı,
Bir cocuğun soldu baxtı,
Bu yara sızlar, sağalmaz,
"Bu nahaq qan yerdə qalmaz".
Yer titrədi, göylər doldu,
Analar saçların yoldu,
Məsum Zəhra şəhid oldu.
Behiştin gülləri solmaz,
"Bu nahaq qan yerdə qalmaz".
Zəlil
olsun namərd yağı,
Ağır olur bala dağı.
Zəhranı dünya ağladı,
Bəşərin dərdi azalmaz,
"Bu nahaq qan yerdə qalmaz".
Rövşən Budaq
525-ci qəzet.- 2017.- 21 sentyabr.- S.7.