Rəşadətin yaşıdı
Azərbaycanın Milli Qəhrəmanı,
polkovnik-leytenant Şirin
Mirzəyevin doğum günü münasibətilə
müqəddəs ruhuna
bağışlayıram.
Dünya
savaşı sovuşanda
Böyük Vətən Qələbəyə
qovuşanda
faşizmin buynuzu ovulanda,
qorxu-hürkü pərən-pərən
qovulanda
heç anadan olmamışdın...
Dillər
əzbəriydi Gəray
Əsədov,
İsrafil Məmmədov, Həzi
Aslanov...
Mehdi Hüseynzadə, Qafur, Baloğlan...
İgidlər ölmüşdü, adlar qalmışdı,
çapmağa meydangir
atlar qalmışdı.
Rəşadət bir içim su deyildi ki,
çəkəsən başına
- sərinlənəsən.
Sərkərdə doğulmaq da
bir alın yazısıydı,
bir tale töhfəsiydi,
qismət payıydı.
Gərək Vətən üçün
əzizlənəsən,
bacarasan dönmək torpağa, daşa.
Bir iş tutasan ki, təmizlənəsən,
el səni qaldıra yuxarı başa.
Dünya
savaşından
iki il sonra doğuldun:
1947-də, yanvarın 5-də.
Atan şükür dedi oğul payına,
anan "şəkərim"
dedi,
balamın nazını
çəkərəm, - dedi.
Onda Böyük dava bitmişdi,
itkilərin yarası
qaysaq bağlamışdı.
Tən yarısı getmişdi
Gülən gülüb, ağlayan ağlamışdı.
O ki, var bu
dərdin altını
çəkib,
toxdayıb unutmaq asan deyildi.
Qanlıydı tarixin hər səhifəsi,
Ağızda ölümün soğan acısı.
Adına
layiqdi qəhrəmanlığın
Sözün urvatlısı, sözün
ucası.
Yaşıd
Sən anadangəlmə qəhrəman
idin,
rəşadətin yaşıdıydın.
Ərənlik yağırdı sir-sifətindən,
cəsarətin yaşıdıydın.
Qabağa
getmişdin yaşından
xeyli,
O vaxt fərqlənirdin bütün dərslərdən.
Əzbər öyrənirdin yaxşı
şeiri,
nəzarətin yaşıdıydın.
Genindən gəlirdi dərin
bilik də,
mərdlik gəzdirirdin
qanda, ilikdə.
Bəs kimə
çəkmişdin bu
ciddilikdə? -
fərasətin yaşıdıydın.
Şirin
Azərbaycan övladıdı,
Səməndər quşudu, Şirin.
Könüllülər toplamağa
Qapı-qapı düşdü, Şirin.
Atlı
gəldi, süvar gəldi,
Cahan əyninə
dar gəldi.
Köməyə laydivar gəldi,
Göy üzündə uçdu,
Şirin.
Vətənin canı canında,
Oddu damarda-qanında.
Həmişə hərb meydanında,
Kişitək vuruşdu Şirin.
Fərrux,
Bəşirli, Qazançı,
Pircamal,
Dəhraz qazancı...
Düşmənin qarnında sancı,
Ərənlərtək coşdu Şirin.
Başa
düşdü hər
tələni,
Yanına gedib-gələni.
Neçə müşkül məsələni
-
Heçdən düzdü-qoşdu Şirin.
Bir Qələbəyə təşnədi,
Lakin son döyüş
düşmədi.
Sırxavənddə göy kişnədi,
Mirzələr üşüdü, Şirin.
Etiraf və etiraz
Boşaldıb yükünü tüstülü
baca,
Hörümçək torunu düşmən toxuyur.
Durub ocağımın bir başındaca,
O biri başına meydan oxuyur.
Hardan mayalanır yetişən vədə,
Nifrət baş qaldırır küncdən-bucaqdan.
Ocaq qayğısını çəkməyən
gədə,
"Ocaq" kitabını
yazıb ocaqdan.
Dağda
Xarı bülbül sındırar qəfəs,
Yamacda, gədikdə
çiçək açacaq.
Sözümü oğrayıb əsər
yapan kəs,
Torpağımdan kəsib oğurlayacaq.
Dərin
köks ötürür
Qızılhacılı,
Qamarlanan Dərbənd - səndən
küsmüşəm.
Erməninindirsə Şuşa, Xocalı,
Mən yəqin
zəmbilnən göydən
düşmüşəm.
Coğrafi toponim - bitkin nişanə,
Tarix ilk mənbəyi
əsas fakt sayıb.
Xankəndi doğrudan onunkudursa,
Niyə öz adını ora qoymayıb?
Torpaq - əzəməti sayılır
gücün,
Budaq qollarımı bir az gen açım.
Yarpağı saplaqdan üzməmək
üçün
Əyilib altından keçdim ağacın.
Orda Kərkicahan, burda Ağcakənd,
Ağbulaq alışıb erkən təkliyə.
Tüstüdən boğulur qədim
Xocavənd,
Nəzərlər zillənib Malıbəyliyə.
Tamaşa
qılırdı - durbin
gözündə,
İşğaldan qurtulan Ballıqayaya.
İsa bulağında, Cıdır
düzündə,
Yaman yaraşırdı
"Yallı", qayaya.
Yerin dağı şeir, düzü bayatı,
Hər beyt muğamatdır burda dəhanda.
Uydurma Qarabağ cəfəngiyatı,
Düyünü açılmaz sirdi, cahanda.
Çağırış
"Dedim, Şirin, iki uşağı qoyub hara gedirsən?"
Həyat
yoldaşı Flora Qasımovanın
səmimi ana vidası
Çağırışa gedirəm,
Vətən çağırır, quzum!
Vətən çağırır, oğlum!
Vətən çağırır, qızım!
Bu elə çağırışdı,
Getməmək xəyanətdi.
Vətənin sədasına
Yetməmək xəyanətdi.
Muğayat ol, hamıdan,
Canım-gözüm, Flora.
Torpağın ağrısına
Necə dözüm, Flora?
Bu elə çağırışdı
Könlüm atlanıb-düşür.
Xəyal
- gedər-gəlməz yol,
Qənşərimdə büzüşür.
Axı,
kimdən artığam,
Ölüm hamı üçündü.
Bu qəfil çağırışdı;
Tüklərim biz-biz oldu,
Şax bədənim
uçundu.
Bu elə çağırışdı,
Dirçəliş - nəfəsində.
Ruhum canıma sığmır:
Ölüm ilə Qalımın
Ara məsafəsində...
"Quran"a and içirəm,
Qayıdaram, Flora!
Borcumu ailəmə
Qaytararam,
Flora!
ALAY
KOMANDİRİ
"İnsanın davranışı
- onun simasını
əks etdirən güzgüdür"
Höte, alman şairi və filosofu
Neçə əl uzanmışdı
-
ordan-burdan cəbhəyə.
Satqın
əli,
xain əli
dost əli...
İndi
gəl ayırd elə
Namərd
əli hansıdır,
bəs qardaş əli hansı?
Quduzlaşan düşmənin,
çağrılmamış qonağın
hər gün artırdı şansı
-
zəbt etsin, qarət etsin
doğma torpağımızı.
Hanı
nizami ordu,
partizan hərəkatı?
Əsgər əmr gözləmir,
zabit sərəncam bilmir.
Çavuş postunu atır,
gizir təlimi pozur.
Qayda-qanun
gözləmir,
tabeçilik göstərmir.
Köhnə rejim dağılıb,
hamı pərən-pərəndir.
İnam,
etibar itib,
qeyrət, namus, ar itib.
Hər yetən qəhrəmandır,
hər zəvzəyən
pələngdir.
Alay komandiriydi,
havalandı bir müddət.
Gördü dərəbəylikdi -
fərarilik baş alır,
boğdu Şirini
hiddət.
İrəvanda keçmişdi
beş illik hərbi xidmət.
İndi
ta gözləməyə
nə vaxt vardı, nə vədə.
Ordan qırx, əlli muzdlu -
quldur, vəhşi, terrorçu.
Burdan beş-on min gədə
kəndləri viran qoyur,
talan eləyirdilər.
Güllə-baran bir yandan,
taran başqa tərəfdən...
Söhbət edə bilməzdi
kişilikdən, şərəfdən.
Şirin
Vəli oğlu başa düşürdü,
alçaqların niyyəti
-
əməlləridi.
Rəzillik, nanəciblik,
təməllərindən gəlir.
Erməni
xislətindən
Veliçko düz yazmışdı.
Puşkin
də, Lermontov da,
Mayakovski belə
yaraşan söz yazmışdı -
uydurma deyildi ha...
Öncə Şirin yaratdı
-
özünümüdafiə.
Bir-bir hamı öyrəndi
sərkərdədən səviyyə.
Ağdamda qərargahı -
silah-sursat anbarı.
Daim ön xətdə idi
ev üzü heç görmürdü.
Bir kabus, bir kölgəydi.
O vaxt ölüm və təqib.
Dərhal
öyrənirdi o
burda kim sapsağlamdı,
orda kim xəstələnib.
O zaman Qarabağda
hamı "Şirin"
deyirdi.
Doğma
el, doğma oba,
şirin-şirin deyirdi.
Bu, qəlb məhəbbətiydi,
xalqın qürur
səsiydi.
Fəxarətin ən həzin
bir qürub nəfəsiydi.
"Quran"
və yadigar şəkil
Məğrur idi -
ən balaca yaşından.
"Məğlub" sözü,
"təslim" kəlməsi
dəftərində yox idi.
Sevdiyi ciyərparanı
elə orta məktəbdən,
parta arxasından
gözaltı eləmişdi.
Mətanət nümunəsi,
sədaqət vurğunuydu.
Yalnız
qəlbini bircə dəfə
məhəbbətə təslim
eləmiş,
qurban vermişdi.
Sonuncu dəfə evdən çıxarkən
ömür-gün sirdaşına
"Quran" vermişdi.
Hədiyyə eləmişdi.
Dostluq rəmziydi Şirin...
Qənşərinə getdiyi,
məsləhətini eşitdiyi,
sonacan qulaq asdığı
ikicə dostu vardı,
ikicə qəlb
sirdaşı.
Biri Ramil Usubov,
o biri Rafael Teymurov...
Ağır günün dostları
şəkil çəkdirdilər
bir gün üçlükdə.
Məqam
düşdü zəngləşir,
həmişə məktublaşır,
xəbər tuturdular
biri-birindən.
Onlar eyni yurdun övladlarıydı,
Qarabağ uğrunda - fədailərdi.
Şirin
barışmırdı
Kəlbəcər gedib,
Qubadlı yox olub,
Zəngilan gedib.
Laçının itkisini
eyninə gətirmirdi.
Deyirdi, nə qədər Azərbaycan var,
bunlar müvəqqətidi
-
beyninə gətirmirdi.
Sərkərdə nikbinliyi
sirayət eləmişdi
alaya.
Qərargahı oxşayırdı
bir alınmaz qalaya.
Şirin
əmr verirdi,
ən müdhiş məqamda da
inam itməsin gərək.
Ürəkdə daşan coşqu,
ilham itməsin gərək
Axı,
əsgər ürəyi
sərçə ürəyi
deyil -
titrəsin səksəkədən.
Vicdan qorunsun gərək
ən natəmiz ləkədən.
Şəhidlər Xiyabanında Sükut
Burda hər gün Şirinə
Azərbaycan baş çəkir.
Mərmər sinə daşında,
qalıb cavan yaşında.
Polkovnik-leytenantı
axtarıb-arayan var.
Minaya düşməsəydi,
çoxdan general idi
-
söyləyib, ağlayan
var.
Sərkərdə sakit-sakit
sükut zirehin geyib
daş dövrünə
baş çəkib.
Təbiət rəssam kimi,
gözlərində yaş çəkib.
Bura - Şəhidlər
Xiyabanı.
Dünyanın bütün ünvanları,
sükut və süqut yolları,
hərlənib bura çıxır.
Burda uyuyanlar heç yana getmir.
Əmrə müntəzirdi onların
ruhu,
komandir Allahdır hökm çıxaran,
ciddi qadağandır
qanunu pozmaq.
Şirin
doğum gününü,
yetmiş yaşının
şirinliyini
bu daşın üstündə elə qeyd edir.
Şəhidsevər Tanrı yumşaq davranır,
bütün günahları
yuyur, qeyb edir.
5-30 yanvar, 2017-ci il
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 2017.- 6 sentyabr.- S.8.