Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!
AZƏRBAYCAN
HƏYAT VƏ MƏTBUATINDAN
Azərbaycan Sovet müəssisələrinin iflas və
inhilalı. Sağ cərəyanə mənsub Azərbaycan
kommunistlərinin fəaliyyəti. Çobanzadənin
bir məktubu.
Azərbaycan
Komunist firqəsinin iflası üzərinə iş
başına keçən yeni heyət, firqə
sıralarını təmizlədikdən sonra, şimdi də
Azərbaycan qəza və şəhərlərində
mövcud müəssisə və komisarlıqlarda təhqiq və
təmizligə başlamışdır.
Müxtəlif komisarlıqlarda icra edilən təhqiq və
təmizlik nəticələri bunların da tıpqı
Şimaldan gələn şiddətli ruzigara dayanmıyaraq
batan Azərbaycan Komunist firqəsi gəmisi kibi iflas və
inhilal etmiş bir vəziyyətdə olduğunu göstərməkdədir. Bir çox
mühüm komisarlıqları, o cümlədən, maliyyə
komisarlığını tədqiq edən heyət sənələrdən
bəri komisarlıq daxilində cərəyan edən
üsulsuzluq və yolsuzluqlara şahid olmuşdur. Heyətin verdigi rapora görə maliyyə
komisarlığının hər sənə toplana-toplana
birikmiş 2.500.000 rublə açığı
varmış. Vergi şöbəsi müdiri başda
olmaq üzrə bütün məmurlar xüsusi dükan və
ev sahiblərilə uyuşaraq onları
vergidən azad etmiş və buna müqabil aldıqları
parayı aralarında təqsim etmişlərdir. Bundan başqa, digər şöbə müdir və
məmurları arasında bir çox saxtakarlıq, ixtilas, sərxoşluq,
məmur qadınları zorlamaq və xüsusi
tüccarları himayə etmək kibi hərəkətlər
görülmüşdür. Heyətin raporunu tədqiq
edən Azərbaycan Komunist firqəsinin mərkəzi kontrol
komisyonu başda maliyyə komisarı Teymur Əliyev olmaq
üzrə 5 kişidən ibarət olan bütün
şöbə müdüri və bir çox məmurların
firqədən və vəzifədən
çıxarılmasını və bunlardan bir
qaçının məhkəməyə verilməsini qərarə
almışdır. Teymur Əliyev başlıca
olaraq Sovet hökumətinin vergi siyasətinə müdhiş
bir zərbə vurmaqla ittiham ediliyor. Sovet qəzetələrinə
görə (“Zarya Vostoka”, ¹ 200, 1/IX.29) Maliyyə
Komisarlığının bu fəci aqibətində əsil
ittiham ediləcək Azərbaycan Komunist firqəsinin sabiq heyətidir.
Çünki məzkur heyət Maliyyə
Komisarlığında cərəyan edən hadisələrə
vaqif olduğu halda müxtəlif vasitələrlə o hər
məsələdə olduğu kibi burada da məsələyi
qapatmış və heç bir tədbir ittixaz etməmişdir.
Bundan başqa əmələ-köylü müfəttişligi
və Səhiyyə Komisarlığı kibi digər müəssisələrdə
yapılan təhqiqat yenə buna bənzər əlim nəticələr
verməkdə və bir çox məsul məmurların təmizlik
süzgəcindən keçirildiklərini göstərməkdədir.
lll
Sənələrdən
bəri Komunist firqəsi daxilində mücadilə edən və
əsasən ufaq burjua və mülkiyyət tərəfdarı
olan “Sağ” cərəyan son zamanlarda Azərbaycanda buğda və
sair hübubat toplanmasilə əlaqədar olaraq fəaliyyətlərini
genişlətmişlərdir. Yalnız şəhər degil,
bilxassə qəza və köylərdə mövcud Sovyet
müəssisələrində hakim bir vəziyyətdə
bulunan “Sağ”ların fəaliyyəti Komunist firqəsini fəna
halda şaşırtmışdır. Köyün
qolçomaq (halı yerində) zümrəsinə istinad edən
“Sağ” cərəyan ümumi firqə ictimalarında kəndi
prinsiplərini və qolçomaqları ələnən
müdafiədən çəkinmiyor və mümkün mərtəbə
köy iqtisadiyyatını kollektivize məqsədilə
vücudə gətirilmiş kolxozları pozmaq və
dağıtmağa qeyrət ediyorlar. Sovet
qəzetələrindən ögrəndigimizə görə
Azərbaycan qəza və köylərində bulunan
köylü istiqraz şirkətlərinin həmən kaffəsi
“Sağ”ların əlində bulunuyor. Bu istiqraz şirkətləri
köylülərə borc verirkən yoxsul və ortabab
köylüləri tamamilə ihmal edərək istiqrazın
böyük bir qismini “qolçomaqlara”, tüccar köylülərə
verməkdə və hər vasitə ilə onları himayə
etməkdədirlər. Bu surətlə
xüsusi mülkiyyət və ticarəti himayə etmiş
oluyorlar ki, bu da kollektivize edilmək istənən köy
iqtisadiyyatı və kolxozlara qarşı yapılan qüvvətli
bir əksüləməldir. “Sağ”lar
bununla iqtifa etməmiş, köylülər arasında
şiddətli propağanda yaparaq köylüləri hökumətə
(taxıl) ərzaq verməməyə təşviq etmişlərdir.
Bu üzdən hökumətin ərzaq
planının 40% belə təmin edilməmiş və
hökumətin təşəbbüsü əqim
qalmışdır. Fəaliyyətini yalnız bu sahəyə
münhəsir qılmayan “Sağ”lar ərazi təqsimatında
dəxi “qolçomaqları” himay etməkdə və ən
iyi əraziyi onlara təxsis etməkdədirlər. Ərzaq
planının əlim nəticələri haqqında səhifələr
dolusu yazılar nəşr edən Bakı və Tiflis qəzetələri
(“Komunist”, ¹ 218, 18/X.29, “Zarya Vostoka”, ¹ 207, 6/X.29) bu ədəmi
müvəffəqiyyətin “Sağ”ların fəaliyyəti nəticəsində
hüsula gəldigini qeyd etməkdə və “Sağ”lara
qarşı müdhiş mücadilədə bulunmaq
lüzumunu iləri sürməkdədirlər. Bu qəzetələrə
görə məmləkət daxilində ufaq istehsalat
“qolçomaq” tüccar və nepman mövcud olduqca
“Sağ”ların təhlükəsindən qurtulmaq imkanı
yoxdur.
lll
Professor
Çobanzadə müdhiş bir qəzayə
uğramış, Ruj adında birisi “Qızıl Krım” qəzetəsində
yazdığı bir məqalədə kəndisini “milliyyətçiliklə”
ittiham eyləmişdir.
Bu təhlükəli
ittiham qarşısında professor adam əqilli
qorxmuş və kəndisini nasıl müdafiə edəcəgini
şaşırmışdır. Bakıda
çıxan “Komunist” qəsetəsinə bu xüsusda
göndərdigi məktub bu şaşqınlığın
bir dəlilidir. Nə “burjua, nə milliyyətçi!”
qızıl professor adı üstündə “Çoban
oğlu” sadə “Çoban oğlu degil, vaxtilə kəndisi
belə çoban olmuşdur”.
Çobanlığı şu surətlə istismar edən
“qızıl” professorun nə olsa da içi rahat edəməmiş,
şimdi komunizm mühibbi əla, fəqət vaxtilə milliyyətçi
olmuş, milli şeirlər yazmış, bunu nə
yapsın?!
Çobanzadənin bu xüsusdakı izahı
şaşqınlığın həqiqətən də bir
şah əsəridir. Milliyyətçiliginə səbəb
rusca bilmədigi imiş. 1927-də ruscayı adam axıllı ögrənmiş və o
gündən etibarən də milliyyətçiligə vida
etmişdir. Demək ki, rusca bilmək komunist olmağa
müsavidir!..
Bu şaşqınca izahın nə kibi bər zəf və
məntiqsizlik əsəri olduğunun fərqinə varmayan
professor bir də qalxaraq başqalarına dəxi ağıl
xocalığı edərək Azəri münəvvərlərini
“Sovet hökuməti tərəfinə iltizama dəvət
ediyor”.
Fəqət
biz bu çekist təhdidi qarşısında olsun
“Rusçayı” ögrənməklə “Türkcəyi”
unutduğunu söyləmək növindən dalkavuqluğa qədər
düşən bir adamın, professor olsa da, sözünü
dinləyəcək ağlı başında bir Azəri gənci
mövcud olmadığını biliyoruz. Azəri
gəncligi bu kibi dəvətlərə icabət edəcək
qədər alçalmamışdır. O hər zaman
milliyyətçi, istiqlalçı olmuş və daima
öylə də qalacaqdır.
Y.Əli
“Odlu-Yurd”,
ikinci təşrin (noyabr) 1929, ¹ 9
İnhilal
- bir-birindən ayrılma
İxtilas
- bənimsəmə, oğurluq
Əlim -
dərd verən
Ələnən
- açıq-aşkar
Ehmal - əhəmiyyət
verməmə
Əqim -
nəticəsiz, səmərəsiz
Mühibb
- sadiq, sevən
Zəf -
zəiflik
QAFQAZ
BİRLİGİ ŞÜARI ALTINDA
I
Yeddi aydan bəridir ki, məmləkət fövqəladə
hadisələrlə çalxalanıyor. Azərbaycanda, kəndisilə
həmcivar Ermənistan və Gürcüstan vilayətlərində
və Şimali Qafqasiyada mövcud bütün dağlar
üsyan alovlarilə tütüyor! Vətənin
ən qeyrətli övladı Moskva tiranları tərəfindən
şeytanca tətbiq olunan təcrübələrə boyun əgərək,
bir kölə kibi şərəfsiz ölməkdən isə,
kəndi namus və şərəflərilə mücadilədə
məhv olmağı tərcih eyləmişlərdir.
Azərbaycan və ümumiyyətlə Qafqasiya şəraiti
daxilində bolşeviklərcə “Qolçomaq” təbir edilir
sinifi məhv etmənin bütün bir millətin ən
mühüm qismini təmamilə imha etməkdən başqa
bir şey olmadığı məlumdur. Azərbaycandakı
köylü sinifinin 100-də 60-ı işdə imhasına qərar
verilmiş bu “Qolçomaq” qisminə daxildir. Burada
yalnız ziraətin degil, heyvan bəsləmə işinin də
kollektivizə edildigini unutmayalım!
Qafqaz heç bir zaman müştərək ziraət
üsulunu görməmişdir. Bu “rus həyatına məxsus
bir müəssisədir. Bundan maəda,
kollektivizasyon təcrübəsi 70%-i azərbaycanlı olmayan
Sovet məmurları tərəfindən tətbiq olunuyor.
“İnqilabı” təyid edən qüvvətində
işğal qüvvəti qızıl rus saldatı
olduğunu göz önünə gətirəlim.
Bu vəziyyət daxilində köylünün
“müştərək ziraət” müəssisəsinə
qarşı olan hərəkatı sadə Sovet əleyhinə
degil, eyni zamanda işğal qüvvəti, başqa təbirlə
rus əleyhinə çevrilmiş bir hərəkatdır. Burada ictimai
motiflə milli motif tamamilə birləşmişdir. Asilərin sadə kollektivizasyonun
qaldırılmasını degil, milli hökumətin də
yenidən qurulmasını istədikləri öyrənilmişdir.
Yerli əhalidən olan qızıl ordu əskərlərinin
Sovet hökumətinə qarşı sədaqətsizlikləri,
hətta yerli komunistlərin belə partizanlara
qoşulduqları bu davamızın doğru olduğunu isbat
etməzmi?! Qafqasiyada firqə konqrelərində
söz söyləyən Sovet natiqləri bu “əsəfli”
hadisədən dəfələrlə bəhs etmişlərdir.
Bunlardan Çaplin namində birisi komunist firqəsinin
“Köylü kadrolarından” bəhs edərkən bunların
sonki hadisələr əsnasında aldıqları vəziyyəti
“şayani-hiddət” bulmuşdur. “Şəkidə
hadisələr dolayısı ilə meydana gələn
ağır günlərdə komunistlərlə
komsomolların bizə xəyanətlə,
açıqdan-açığa düşmən tərəfinə
keçməsi, bizi köydəki firqə kadrosunun
sınanmış və mətanətli adamlardan təşkili
lüzumunu bir daha ciddiyyətlə qeyd etmək zərurətində
bulunduruyor” demişdir. Sovet natiqləri tərəfindən
qeyd olunan “xəyanət” bizim müxabirlərin komsomollar
haqqında verdikləri xəbərləri təyid edər
mahiyyətdədir. “On komsomolun” dağa
çıxaraq, kəndilərini təqib edən çekistlərlə
qəhrəmanca vuruşduqları və son qurşunları ilə
də təslim olmamaq məqsədilə - kəndilərini
vurduqları şu səhifələrdə xəbər
verilmişdir.
Şu
qızıl əskərləri, milisləri, fağır
köylüləri, orta hallıları, komunistləri, hətta
komsomolları “qolçomaq”la birlik olub “sinif düşməni”
ilə birləşdirən və onları partizanlara, Sovet qəzetələrinin
dililə “şakilərə” qovuşduran amil, əcəba nədir?
“Yoldaş” Çikalonun Tiflisdə söylədigi
nitqə baxılarsa, bu amilin “Müsavat” firqəsi olduğuna
hökm etmək lazım. “Müsavatçılıq”dır
ki, bu üsyan hərəkatlarını canlandırıyor.
Azərbaycan milliyyətçiliginin bir mütəradifi
olmaq üzrə şübhəsiz
“müsavatçılığın” bu hərəkata pək
mühüm bir rolu vardır. Fəqət məsələ
kəndiligindən dəxi aşikardır. Ümumi və
milli bir fəlakət iştə əsil amil! Ümumi və
milli bir protesto - iştə bu amilin doğurduğu nəticə!
Məlum
olduğu vəchilə partizanlar Milli Azərbaycan
bayrağı qaldırmışlardır!
II
Üsyan edənlər yalnız azərbaycanlılar
degildir. Mücadilə sadə Azərbaycan naminə icra
olunmuyor. Sovet istibdadının
qızıl kabusu hər şeyi əzən ağır siqlətilə
bütün Qafqasiya millətlərini çeyniyor. Tarixin ağır müqəddəratı kəndilərini
birləşdiriyor. Həyatın şiddətli
məktəbi onları təsanüdə uğratıyor.
Milli və həyati şüur kəndilərinə
siyasi mənfəətlərinin müştərək
olduğunu təlqin ediyor. Nəticədə
qarşımızda Qafqaz millətlərinin
qardaşlaştıqlarını seyr ediyoruz. Naxçıvanda, vaxtilə kəndi hürriyyətlərini
Ermənistan Cümhuriyyətinə qarşı, əlində
silah müdafiə edən Vedi-Basarda şimdi Türk
partizanları erməni müdafiləri ilə bərabər hərb
ediyorlar. Gərək müxbirlərimizdən
bilavasitə aldığımız məlumat və gərək
Sovet mətbuatının, dolayısilə vüqu bulan nəşriyyatından
ögrəndigimizə görə Qafqasiyada hərəkat
halında olan bütün partizanlar arasında təbiyyəvi
bir rabitə vardır. Zaqatala
dağlarında Qafqaz millətlərinə mənsub
bütün partizan gürupları deleğələrindən
ibarət bir konqranın toplandığı şayiasi əsildən
ari degildir. Bu konqreyə Azərbaycan,
Şimali Qafqasiya, Gürcüstan və Ermənistan deleğələri
iştirak etmişlərdir. Azərbaycandan
aldığımız mövsuk məlumat Qafqaz millətləri
arasındakı təsanüdü göstərən bir
çox parlaq vaqiələri qeyd etməkdədir.
Şayani-diqqətdir ki, erməni qaçqınları
türklərdə, türk qaçqınları da ermənilərdə
saxlanıyorlar. Öylə zamanlar olmuş ki, (Vedi Basarda
vaqe Aynaroz köyü kibi) komunist-daşnaqsaqan daxili hərblərindən
qalan etimadsızlığa görə, bəzi erməni
köyləri erməni partizanlarındansa, türk partizanlarilə
münasibətə gəlməyi kəndi hesablarına da
uyğun bilmişlərdir.
“Qafqasiya millətlərinə ariz olan ümumi fəlakət,
ümumi düşmənə qarşı müştərək
surətdə icra etdikləri ağır mücadilənin
Qafqasiya millətlərinin tarixi müqəddəratları
müştərək olduğu şüurunu bütün
ağıllara yerləşdirməkdə olduğunu təşxis
edən Qafqasiya İstiqlal Komitəsinin qərarı həqiqətə
mütabiqdir.
Son zəfəri təmin edən “müştərək
Qafqasiya ixtilal ruhu”nun təəzzüv etməkdə olduğu
doğrudur.
Qafqasiya
birligi! - İştə halı-hazırda bütün Qafqasiya
millətlərini ruhlandıran bir şüar! Xalq
kütlələrinin sadə müdafiəyi nəfis hissilə
anlayıb da felən büruzə verdigi bu həqiqəti
Qafqasiyayı idarə edən təşəkküllər nəzəri
surətdə təsbit ediyorlar. “Müstəqil Qafqas
Konfederasyonu şüarını bilxassə qüvvətləndirərək,
məmləkətdə təəzzüv və propağanda fəaliyyətini
artırmaq” - iştə Qafqas Komitəsinin sonki hadisələr
münasibətilə aldığı qərara görə təsbit
olunan istiqamət!
Milli Azərbaycan Mərkəzilə “Müsavat” firqəsi
mərkəz heyəti tərəfindən Azərbaycandakı
hadisələr münasibətilə alınan qərar - təşkilata
mənsub zəvatə və bütün vətəndaşlara
“Azərbaycan istiqlalından Müstəqil Qafqasya Konfederasyonu
ilə bərabər bəhs etməyi” əskidən tövsiyə
etməkdədir. Çünki “Azərbaycanın halası
ancaq bütün Qafqasiyanın halasilə birlikdə təsəvvür
oluna bilir!”
Milli Azərbaycan hərəkatının bu iki məsul
müəssisəsi tərəfindən xalqa xitabən nəşr
olunan bəyannamələrdə dəxi bu fikir olduqca qüvvətli
təbir və cümlələrlə qeyd olunmuşdur.
Qafqasiya İstiqlal Komitəsinin bəyannaməsi dəxi
bu ruhda tənzim edilmişdir.
III
Qafqasiyada üsyanlar olduğunu bir çox zaman
sükutla keçirən bolşeviklər, ən son,
açıqdan-açığa “üsyan hərəkatlarının”
mövcud olduğunu etiraf etdilər. “Açıqdan-açığa”
diyoruz. Çünki son günlərə qədər
Sovet ricalı kəndi bəyanatlarında mahallarda vüqu
bulan hadisələrdən bəhs edərkən, sadə “Sovet
əleyhdarı”, “kolxoz əleyhdarı” və “firqə əleyhdarı”
kibi sifətlərlə iktifa edərək, tamam bir diqqətlə
“üsyan” kəlməsini dilə gətirmiyorlardı. Bu yasaq söz artıq söylənmişdir. Mavərayi Qafqas Sovet Federasyonu hökuməti rəisi
Eliava komunist firqəsi Mavərayi Qafqas vilayət konqrası
hüzurunda Mavərayi Qafqas siyasi vəziyyəti haqqında
müfəssəl bir rapor vermişdir. Bu
rapora görə “Vəziyyət heyəti ümumiyyətilə
fövqəladə gərgin, fövqəladə bəd bir
haldadır; öylə bir halda ki bunun bir eşi Sovetlər
İttihadının digər heç bir bucağında
yoxdur.
Vəziyyətin fəcaəti ən çox köylədrə
görülüyor. Sovet rəcülu köylərdəki vəziyyət
haqqında məlumat verirkən Qafqasiya Cümhuriyyətlərini
müəyyən bir təsnifə tabe tutuyor. Bu təsnifdən anlaşılıyor ki,
“Gürcüstanda ümumiyyətlə intizar vəziyyəti
var. Tiflis vilayətinin türklər oturan qismində isə vəziyyət
ağırcadır. Ermənistandakı vəziyyət
daha qarışıqdır, bilxassə Zəngəzur,
Qarayazı və qismən də Dilican və Loru-Bambaq qəzalarının
halı fənadır. Ən fəna vəziyyət
isə Azərbaycandadır. Naxçıvan,
Zaqatala və Şəki mahalları üsyan hərəkatilə
çalxalanmaqdadır. Köylülər
üzə durmuşlardır. “Bütün
bu hərəkatlar” Azərbaycandakı qüvvətli
qolçomaq sinfilə xaricdən gələn bir təsir tərəfindən
idarə olunmaqda imiş”. Halı-hazırda
belə “Zaqatala-Şəki-Naxçıvan, Qarabağ və Gəncə
tərəflərində son dərəcədə gərgin
bir vəziyyət varmış”.
Sovet işğal hökumətinə qarşı davam edən
üsyanda əhalinin bütün təbəqələrilə
Qafqasiyanın bütün millətləri birləşmişdir. Eliava bu hadisədən
pək hiddət və təlaşlı bir lisanla bəhs
ediyor.
“Orta hallı köylüləri kəndi nüfuz və
təsiri altına almadıqca, qolçomaq denən zümrə
kəndiligindən pək də təhlükəli degildir. Fəqət
köylülərin fağır və orta hallı kütlələrini
bu qolçomaq zümrəsinə qarşı qoymaq üçün
biz məəttəəssüf çox az
çalışmışızdır”.
Daha sonra əlavə ediyor ki, “Köylərdə
halı-hazırda papas, molla, menşevik, daşnak,
müsavatçı, ittihadçı və sairə kibi
bütün Sovet əleyhdarı zümrələr arasında
şayani-heyrət bir ittihad vardır”.
Bütün bunlara o, bir də “Sovetlər əleyhində
hüdud xaricində olan ciddi bir mücadiləyi” əlavə
ediyor. Bu “xaricdən gələn təhlükənin”
başında da Eliavaya görə “Son günlərdə yeni
fəaliyyətə keçən” Qafqasiya İstiqlal Komitəsi
durmaqda imiş, həm də “İngilislərdən yardım
alaraq”. Məlum a! hadisələri təhlil
edərkən, bolşevik siyasiləri sovetlər əleyhinə
çevrilmiş hər hansı bir hərəkəttə
“ingilis əli” kəşf etmədən duramazlar. Anlaşılan bolşevik adamlarının “müvəffəqiyyətdən
sərsəmləşən başları” belə Britaniya
adalarında çevrilən desisə təsirilə dönməkdədir.
Şu
Qafqz komitəsinə mənsub “İngilis ajansları”nın dedikləri əcaba nəymiş?
Eliavanın təsdiqincə onlar diyormuşlar ki: “Quran ilə
İncil arasında fərq olmadığı kibi, ortodoks kilisəsilə
qriqoryan arasında da fərq yoxdur”. Və nəticədə
görüyoruz ki, “Naxçıvanda türk sakinlərinin
(oxu partizanlarının) başında erməni papası
duruyor və Daralegözdə də erməni şakinləri
türk komandasında hərb ediyorlar”.
Qızıl imperyalizm müməssilinin bu mənzərə
qarşısında keyfi qaçıyor. Çünki,
milliyyət və din fərqinə baxmadan,
qafqasiyalıları eyni surətlə əzən bu mənfur
qüvvətə qarşı bütün mücadilə,
qüvvətlərinin birləşdirilməsi lüzumunu
qafqaslı millətlər artıq anlamışlardır.
IV
Komunistləri məşğul edən şey bittəbi
nə tökülən insan qanları, nə də vücudu
çeynənən məmləkətdir. İştə
onların əndişəsi.
“Azərbaycan - unutmayalım ki, bütün Mavərayi
Qafqasiya və bütün Sovetlər İttihadının
pamuk üsul hərəkəsidir. Azərbaycan petrolunun,
Azərbaycan heyvan bəslənməginin əhəmiyyəti və
rolu böyükdür. Buradakı Sovet cəbhəsi
yarılırsa, bunun başqa cəbhələrə də təsiri
mühəqqəqdir”. (Eliavanın eyni nitqindən)
Bu müvəffəqiyyətsizligin əcəba baisi kimlər? Şübhəsiz
bundan nə Mavərayi Qafqas Vilayət Komitəsi, nə də
Moskva məsul degildir. Kremlin diktatorları
layuhtidirlər. Qızıl müstəmləkə
rejiminin dəxi buraya dəxli yoxdur. Bütün qəbahət
bir tərəfdən “xaricdən gələn təsirdə”,
digər tərəfdən də “yerli Azərbaycan komunistlərinin”
boynunda! Bu “Azərbaycan firqə təşkilatıdır
ki, məsələyi çabuq qavramıyorlar”. Mərkəz
Komitəsinin köylərə çabuq adamlar
çıxarmalıdır, deyə göndərdigi təlimata
rəğmən, Azərbaycan Komunist firqəsi Mərkəz
heyəti bu təlimatı icra etmişdir! İştə
bir ittihamnamə ki, onu Eliava konqra ictimaində ələnən
Azərbaycan komunistlərinin üzlərinə vurmuşdur.
Əks edilən bu şümarın təsirilə Azərbaycan
deleğələri 2 qismə ayrılmışlardır. Qəbahət
Azərbaycan firqə təşkilatına həddindən fəzlə
istiqlal əsiri göstərmələrində degil, “fəzlə
mərkəziyyətdə”dir - deyə Y.Qasımov etiraz
etmişdir.
Onunc daha iyi olurdu ki, ümumi mərkəz komitəsi sadə
tövsiyələrlə iktifa edərək, digər
xüsusda yerlilərin kəndi bacarıqlarına və
mülahizələrinə buraxaydı.
Münaqişə
qızğınlığı ilə Dadaş Bünyadzadəyə
“Müsavat uşağı” deməkdən çəkinməyən
Qarayev kibi ruspərəstlikdən zövq alan
bəzi deleğələrin uşaqca dalqavuqlarına rəğmən
Azərbaycandakı geniş sovyete təbəqələri
daxilində “Qasımov ruhunun” hökmfərma olduğu
görülməkdədir. Bakı qəzetələri
Zülfəliyev namında bir əmələnin pək cəsuranə
bir hərəkətindən bəhs ediyorlar. Əmələ məhəlləsində toplanan bir
mitinqdə Zülfəliyev köylünün şimdiki vəziyyətilə
əski zaman Moskov çarlığında qul kibi
çalışdırılan əsir köylülər
arasında bir müqayisə yapmış və bunların
halını biri-birindən fərqsiz görmüşdür.
Bu nitqidən dolayı onu kürsüdən
almış götürmüşlərdir. Nərəyə, bunu sezmək zor olmasa gərəkdir.
Mərkəzin Qafqasiya işlərinə fəzlə
müdaxiləsini tənqiddən Bakı Darülfünunu tələbəsindən
bir qurup dəxi kəndini alamamışdır. Cəsur tələbələr darülfünundan tərd
edilmişdir. Digər tələbə isə
professorlarda bu kibi irticai nitqləri “müqavimət göstərmədən”
dinlədikləri üçün muaxizəyə məruz məsul
qalmışlardır.
Görüyorsunuz
ki, “üsyan ruhu” başda bir taqım “arkadaşlar” olmaq
üzrə hətta “hakim sinfi” də istila etmişdir. Eyni nitqində Eliava buna zimnən işarət etməkdədir.
“Son zamanlarda - Eliava diyor - bilxassə Azərbaycanla
Ermənistanda firqə daxilində bəzi quruplanmalar
görülüyor”. O, bu kibi ixtilafları bərtərəf
etməgə dəvət ediyor: “Təşkilatlarımızı
öylə hazırlamalıyız ki, o Mavərayi
Qafqasiyanın hər tərəfində - istər
Gürcüstan, istər Azərbaycan, istər Ermənistan
olsun - eyni ciddiyyət və eyni məsuliyyətlə, bir adam
kibi çalışa bilsin!”
V
“Katibi ümuminin qazandığı parlak müzəffəriyyətə”
rəğmən, komunist rejiminin böhranı şəfa
bulmaz müzmin bir xəstəlik halında davam etməkdədir. Sovet rejimi
mövcudiyyətini içindən gəmirən təzadlar
gündən günə qüvvətlənməkdədir, Bu
təzadlar sistemində əskisi kibi yekdigərinə
müxalif bir istiqamətdə inkişaf edən iki
mühüm amil kəndi təsirini göstərməkdədir.
Bunlardan biri gündən günə daha məhdud bir şəkil
alan Sovet diqtatorluğunun mövcudiyyətilə
ayaqda duran sentralizm, digəri də milli hərəkatların
qüvvətlənməsilə məşrut cümhuriyyətlərdənki
istiqlalçılıqdan ibarətdir.
Sovet mövcudiyyətinin bu iki mütəqabil təmayülü
artıq təsadüm halına gəlməkdədir. Təhlil
etdigimiz üsyan hadisələri bu təsadümün interesan
mərhələlərindən biridir. Bu təsadümün
qurbanları saysızdır. Bu mücadilədə
vətənin ən dəgərli övladı məhv oluyor.
Millət olmazın fəlakətlərə məruz
qalıyor, təsəvvürü qabil olmayan məhrumiyyətlərə
qatlanıyor. Quduzca hücum edən vəhşi
işğal qüvvətlərinin hücumlarını, mədəniyyət
dünyasından təcrid edilmiş bir halda, heç bir tərəfdən
yardım görməyən partizanlar, sadə kəndi qüvvətlərilə
qəhrəmanca dəf ediliyorlar. Kəndilərinə
bəlkə daha ağır günlər də mükəddərdir.
Kəndi imkanlarına tərk edilən bunlar, bəlkə
də məğlub olurlar. Fəqət bu məğlubiyyət
sadə maddi və müvəqqət bir məğlubiyyət
olur. Mənən isə onlar şimdi belə
qalibdirlər. Gələcək və tam
bir qələbə dəxi onlarındır.
Çünkü onlar yenilməyən hürriyyət, haqq və
milli istiqlal ümidlərini müdafiə ediyorlar!
Bəşəri
mədəniyyətin ən yüksək feyzlərini təşkil
edən bu ümdələri Qafqasiya millətlərinə təmin
etmək qüvvəti bütün Qafqasiyanın siyasi
müştərək bir mənfəətə malik olduğu
şüurdan ibarətdir ki, sanki həvadis dolayısilə bu
şüurun böyük ölçüdə tərəqqi
etdigi zikr etdigimiz vaqeələrlə sabitdir!
Əvət, omuz-omuza hərb edən partizanların şəxsində
Qafqasiya millətləri tarixi doğru bir yola girmişlərdir. Qafqasiya
istiqlal hərəkatını idarə edən milli demokrat təşəkkülər
tərəfindən südür edən vəsiqələrin
mütaliəsi bizə göstəriyor ki, bu doğru yolu
yürüməkdə Qafqaz hərəkatının fikriyyatı
ilə əməliyyatı arasında tam bir ahəng
vardır. Bu istiqamət üzərində
Qafqasiyaya tam bir müvəffəqiyyət təmənni edəlim
və biləlim ki, mücadilə qəti bir səfhəyə
girməkdədir və iləridə iqtiham ediləcək bir
çox müşkülat vardır. Bu
müşkülatı yenmək və son zəfəri əldə
etmək üçün gərək Şimali-Cənubi və
gərək Şərqi-Qərbi bütün Qafqasiyanın
birləşməsi və bir adam kibi hərəkət
etməsi əlzəmdir.
Bütün
Qafqasiyanın birləşməsi və Müstəqbəl
Qafqasiya Konfederasyonu fikrinin tətbiqi zərurətini kamilən
fərq və qəbul etmək iştə nəhayi zəfərin
ən doğru zamanı!
Şu
halda qafqasiyalı millətlər, birləşiniz, səflərinizi
doğrultunuz, milli bayraqlarınızla bərabər Qafqas
birliginin bayrağını da yüksəltiniz! Bir daha təkrar
ediyorum, xilasınız bundadır!
2/8/30 M.E. Rəsulzadə
“Odlu-Yurd”,
eylül 1930, ¹ 20
Həmcivar
- qonşu
İmha -
məhv etmə, yox etmə
Mütəradif
- sinonim
Səqət
- yaramaz, pis
Şaki -
şikayətçi
Şümar
- hesab, yara
Muaxizə
- sıxışdırma, təqib
Təsadüm
- bir-birilə toqquşma
Südur
- zahir olma, hasil olma
İqtiham
- şiddətli hücum
Müstəqbəl
- gələcək
QAZİ
HƏZRƏTLƏRİNİN GƏNÇLİGƏ
XİTABI
Gözəl
vətəninin yabancı istila altında
qaldığını görməklə dağidar Azərbaycan
gənçliginə məşum 27 nisan hadisəsinin qara
ildönümünü təşkil edən bu gündə,
Qazi Paşa Həzrətlərinin, doğrudan-doğruya
Türkiyə gənçliginə olsa da dolayısilə
hürriyyət və istiqlalı üçün mücadilə
etmək məcburiyyətində bulunan hər hankı bir millət
gənçliginə dəxi xitab edən tarixi nitqilərini
aşağıda dərclə gənçligimizin bu ilhamkar
sözlərdən mütəəssir olacaqlarını
ümid edəriz.
Ey
Türk gənçligi! Birinci vəzifən
Türk istiqlalını, Türk Cümhuriyyətini ilələbət
müafizə və müdafiə etməkdir. Mövcudiyyətinin və istiqlalının yeganə
təməli budur. Bu təməl, sənin
ən qiymətli xəzinəndir. İstikbalda
dəxi səni bu xəzinədən məhrum etmək istəyəcək
daxili və xarici bədxahların olacaqdır. Bu gün istiqlal və Cümhuriyyəti müdafiə
məcburiyyətinə düşərsən, vəzifəyə
atılmaq üçün içində bulunacağın vəziyyətin
imkan və şəraitini düşünməyəcəksən.
Bu imkan və şərait çox namünasib
bir mahiyyətdə təzahür edə bilir. İstiqlal
və Cümhuriyyətinə qəsd edəcək düşmənlər
bütün dünyada əmsalı görülməmiş
bir qalibiyyətin müməssili ola bilirlər.
Cəbrən və hilə ilə əziz vətənin
bütün qalaları zəbt edilmiş, bütün tərsanələrinə
girilmiş, bütün orduları
dağıdılmış və məmləkətin hər
guşəsi bilfeil işğal edilmiş ola
bilir. Bütün bu şəraitdən daha
Əlim və daha Vəhim olmaq üzrə məmləkətin
daxilində iqtidara sahib olanlar qəflət, zəlalət və
hətta xəyanət içində buluna bilirlər. Hətta bu iqtidar sahibləri şəxsi mənfəətlərini
müstəvlilərin siyasi əməllərilə tövhid
edə bilərlər. Millət fakir və zərurət
içində xarab və bitəb düşmüş ola bilir.
Ey
Türk istiqbalının övladı! İştə
bu əhval və şərait içində dəxi vəzifən
Türk İstiqlal və Cümhuriyyətini qurtarmaqdır.
Möhtac olduğun qüdrət damarlarındakı əsil
qanda mövcuddur!
“Odlu-Yurd”,
nisan 1929, ¹ 3
Məşum
- bədbəxt
Fakir - fəqir
BİR
XATİRƏ
Onunla ilk
görüşümüzdü... Həbsxanədə
bulunduğum zaman onunla bir arkadaşımın təvəssütü
ilə tanışmışdım. Çoxdan bəri kəndisilə
danışmaq istədigim bu arkadaşı bəndən
başqa görmək istəyənlər az
degildi.
Əzim və mətanətilə təməyyüz
etmiş bu istiqlal mücahidi, bu cəsur və dəgərli
arkadaş hənuz 25-ini doldurmayan Ağa Kərim idi.
İstiqlal yolunun sadiq və fədakar yolcusu olan bu
arkadaş tam 3 sənə Sibiryada ağır cəzaya məhkum
edilmiş və oraya sürülmüşdü. Məhkumiyyət
müddətini bitirincə vətənə övdət
etmiş, fəqət təkrar həbs edilərək
“Çeka” bodrumuna tıqılmışdı.
İlk həbsə
alınırkən “Çeka”da rus çekistləri tərəfindən
qeyri-insani bir işgəncəyə məruz
qaldığından və vəhşicəsinə
döyüldügündən bəhs edərkən şu fəqərəyi
anlatıyordu:
“Bəni “Çeka” rəisi Bağırovun yanına götürdülər. Nəsrüllah və bir qaç arkadaş da orada bulunuyordu. Hər nasılsa Bağırov bəni təhqir etdi, bən də dayanmayaraq onu söydüm və əlimdə bulunan üzüm salxımını qafasına fırlattım. Bunu yapar-yapmaz ətrafımı bir qaç rus əsgəri sardı və bəni aradan aldılar. Başqa bir yerə götürərək əlbisəmi çıxardılar və çıplak vücuduma tüfəng namlusunun ağır dərbələrini endirərək bayılıncaya qədər döydülər”. Təsadüfən kəndisinə hamamda rasladığım zaman daha 3 sənə əvvəlki dəmir zərbələrinin izləri görülüyordu.
Bu fəlakətli anlarda belə nəşəsini qeyb etməyən Ağa Kərim kəndisindən bəhs edərkən:
“Bən görüyorsun ki, daha gəncəm, yaşım daha 25-i bulmadı, bu səfərdə Salovkaya 10 sənə müddətlə sürülmüş olsam belə, yenə övdətdən sonra istiqlal mücadiləsində bulunacaq və bu yolda yürüyən arkadaşlarımdan bir an geri qalmıyacağam” dedi.
Fəqət nə yazıq ki, təsəvvür etdigi kibi, onu Salovkaya degil, daha bir qaç arkadaşıyla bərabər keçən sənə, istiqlal şəhidlərinin yanına göndərdilər. O da digərləri kibi uzun bir mücadilədə həyatından sonra çekistlərin murdar kurşununa hədəf oldu...
Lakin şunu unutmamalı ki, bundan əvvəlki kibi, bundan sonra yapılacaq qətllər böyük və sarsılmaz bir inamla bu mücadilə həyatına atılmış azəri xalqının “İstiqlal istərəm” deyən ağzını susduramaz. İstiqlal uğrunda ölməgi bilən hər azəri üçün əzmindən dönmək və maneələrdən çəkinmək yoxdur!...
H.H.
“Odlu-Yurd”,
28 Mayıs 1929, ¹ 4
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2017.- 1 sentyabr.-
S.20.