Səhnədə və ekranda möcüzələr silsiləsi: Siyavuş Aslan sənəti  

Sentyabrın 5-i Azərbaycan kino və teatr sənətinin Aslanının  - Xalq artisti, ölməz sənətkarımız Siyavuş Aslanın doğum günüdür. Yaşasaydı, öz iştirakı ilə bugünlərdə onun 82 yaşı qeyd ediləcəkdi. Nə yazıq ki, əcəl adlandırdığımız o qüvvə insanlar arasında heç bir fərq qoymur.

Siyavuş Aslan da 2013-cü ilin qızmar yayında bu dünyaya gözlərini əbədilik yumdu. Onun həyat yoluna nəzər yetirərkən, rol aldığı film və tamaşaları təkrar-təkrar izləyərkən bir daha əmin olursan ki, sənət dostu, Xalq artisti Hacı İsmayılovun təbirincə desək, Siyavuş Aslan sənət aləminə aslan kimi gəlib, aslan kimi də gedib.

Televizor deyilən bu qurğu əslində, çox qəribə icaddır. Təsəvvür edin, heç vaxt tanımadığınız, heç zaman üz-üzə gəlmədiyiniz insanla sizi görüşdürür, sizi ona tanıtmasa da, onu sizə tanıdır. Hələ inkişaf edən dünyamız televizordan bir az qəribə və mürəkkəb qurğular icad etməyə davam edir. Məsələn, elə komputer kimi, internet kimi... Hansı ki, televizorda kimlərinsə istəyi və seçimi ilə kimisə və ya nəyisə izləyirdinsə, internetin olduğu hər yerdə ürəyin istəyən bütün filmlər, tamaşalar, musiqilər, məlumatlar sənə bircə düymə məsafəsində olur. Elə buna görə də Siyavuş Aslanın həyat və yaradıcılığı haqqında çoxlarınızın yaxşı bildiyi, bilməyənlərin isə bir neçə düyməlik məsafəsində olan məlumatları, ya da vikipediyanı buraya köçürməkdə bir məna görmürəm. Ancaq yenə də qısaca xatırlatma kimi qeyd edim ki, Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb. Sağlığında dövlətimiz tərəfindən “Şərəf”, “Şöhrət” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” kim ali mükafatlara layiq görülən unudulmaz sənətkarımız 2013-cü ilin iyunun 27-də dünyasını dəyişib.

Hazırda Azərbaycan teatr və kino sahəsində komediya janrına daha çox üstünlük verildiyi danılmaz faktdır. Bu sahədə uğur qazanan və ya əksinə uğursuzluğa düçar olan bir sıra adlar da çəkmək mümkündür. Ancaq o da yalan sözdür ki, əvəzedilməz insan yoxdur. Məncə, bu dünyada hər kəsin öz yeri, öz adı, öz mövqeyi var. Kimliyindən asılı olmayaraq, kimsə kimsənin yerini tuta bilməz. Lap xırda, lap balaca da olsa, hər kəs öz yerinə sahibdir. Bütün janrlarda özünü təsdiq etməyi bacaran Siyavuş Aslanın komediya janrında yeri isə bir başqadır. Bundan sonra yüz il də, min il də keçsə, o yeri heç kimsə tuta bilməyəcək. Siyavuş Aslan canlandırdığı komik obrazlarla təkcə insanları güldürmürdü, həm də düşünməyə məcbur edirdi və düşünən tamaşaçının gözlərini açırdı, dünyaya, həyata, cəmiyyətə daha aydın nəzərlərlə baxmasına səbəb olurdu. Həm də Siyavuş müəllimin yaratdığı gülüş inandırıcı idi. O, hər sözüylə, hər hərəkəti ilə tamaşaçıları özünə və roluna inandırmağı bacarırdı. Ona görə də onun yaratdığı bu gülüş özündən sonra da yaşayır və yaşayacaq, öz solmaz rəngini tamaşaçılarının, sevənlərinin çöhrəsində qoruyub saxlamağı bacaracaq. Onunla eyni səhnəni paylaşan, dəfələrlə ortaq ekran işində rol alan Nəsibə xanım Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuri kimi sənətkarların yerini kim tuta bilər ki?!

Elə digər aktyorlardan söz düşmüşkən, onu da demək lazımdır ki, bir aktyorun uğurunun bəlkə də yarısı tərəf müqabilindədir. Səni anlayan, nə dediyini, necə baxdığını, hansı hissləri yaşadığını dərk edən tərəf müqabillə uğur qazanmaq daha rahatdır. Bəlkə də bu aktyorların ən böyük uğurları da eyni dövrdə yaşamaları oldu.

Adını çəkdiyim aktyorlarla işləyən rejissorların onlar haqqında dedikləri ortaq fikir bundan ibarət idi ki, onlar tamaşa və ya film boyunca özlərindən çox improvizələr edir, mətnə əlavə dialoqlar salırmışlar. Bunun ən böyük sübutu kimi Sabit Rəhman və Emin Sabitoğlunun birgə əməyinin məhsulu olan və baş rollarını Siyavuş Aslan, Nəsibə xanım Zeynalova, Hacıbaba Bağırovun oynadığı “Hicran” tamaşasını göstərmək olar. Tamaşanı ötəri izləyən insan aktyorların improvizələrini sezməyə bilər, ancaq onların özlərinin və rejissorun etirafına görə, tamaşanın bu aktyorların rol aldığı hissələrinin hətta yarıya qədəri improvizələrdən ibarətdir. Məsələn, Dadaşbalanın (Siyavuş Aslan) boşandığı arvadı ilə (Nəsibə Zeynalova) söhbətində belə bir epizod var: qadına mühüm söz demək istəyən kişi həm dilindəki qüsura, həm də arvadın çox danışmağına, dil boğaza qoymamağına görə sözünü deyə bilmir. Nə qədər çalışır, amma alınmır ki alınmır, hamısında sözü ağzında yarımçıq qalır. Axırda bezən kişi ağlaya-ağlaya deyir: “Mənə yazığın gəlmir gəlmir, heç olmasa, tamaşaçılara yazığın gəlsin. Axı, onlar da bilmək istəyir nə demək istədiyimi”. Aydın məsələdir ki, heç bir ssenari müəllifi, heç bir rejissor mətnə belə bir söz salmazdı, bu, Siyavuş müəllimin özünün əlavəsi idi. Və maraqlısı budur ki, bu əlavə Nəsibə xanımı çaşdırmır, peşəkar aktrisa elə belə də olmalıymış kimi rolunu ən yüksək şəkildə davam etdirir. Ya da başqa bir misal: “Bəyin oğurlanması” filminin sonlarında, daha dəqiq desək, toy səhnəsində İsrafilin qızının toyuna gələn, tanımadığı İsrafili axtaran “qonaq” rolunu canlandıran ölməz sənətkar Muxtar Maniyev çəkiliş zamanı heç gözlənilmədən qaça-qaça gəlib filmdə Mustafanı canlandıran Siyavuş Aslana “İsrafil” deyərək möhkəm bir sillə vurur, sonra isə qucaqlayıb danışır. Siyavuş müəllimin üzündəki təəccüb ekranda da görünür, ancaq Muxtar Maniyev sonralar xatirələrində qeyd edir ki, onu qucaqlayıb qulağına “vallah, mənlik deyil, rejissor tapşırdı” deyirmiş. Hər iki sənətkar bu epizodun öhdəsindən böyük məharətlə gəlirlər və həmin hissə filmin unudulmaz epizodları sırasına daxil olur.

Elə insanlar var ki, yaddaşlarda başqa bir insanla birgə qalarlar. Bu, aktyor və ya aktrisalarda tamaşaçının yaddaşına köçən tərəf müqabilləri kimi olur. Məsələn, Siyavuş Aslan dedikdə mənim ağlıma gələn iki ad var: Nəsibə Zeynalova və Yaşar Nuri. Bu sənətkarlar birgə rol aldıqları filmlərdə, tamaşalarda elə gözəl obrazlar canlandırıblar ki, onlara baxarkən düşünürsən ki, bu rola bundan başqa heç kim uyğun olmazdı, ya da onun tərəf müqabili elə bu olmalı idi. Məsələn, “Hicran”da Dadaşbalanın alverçi arvadını mütləq Nəsibə xanım canlandırmalı idi. Ya da “Yuxu”da Məsmə arvadın nəvəsi Əlabbası türməyə saldığı üçün davaya çıxdığı naçalnik elə Siyavuş Aslan olmalı idi.

Nə gözəl təsadüfdir ki, bir-birindən ayrı təsəvvür etmədiyimiz iki sənətkarın doğum günləri də çox yaxın tarixlərdədir. Sentyabrın 3-ü mərhum aktyor, Xalq artisti Yaşar Nurinin 66 yaşı tamam oldu. Siyavuş Aslandan cəmi bir il öncə dünyasını dəyişən Yaşar Nuri də unudulmaz rolların, baxdıqca baxmaq istədiyin, sonra isə sözləri dilindən düşməyən obrazların ifaçısıdır. Bu iki sənətkar “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Evlər, köndələn yar”, “Yay günlərində xəzan yarpaqları”, “Yuxu”, “Yaşıl eynəkli adam” və s. kimi ekran işlərində birgə rol alıb, hər birində məşhur dialoqlara imza atıblar. Hətta bildiyimə görə, Siyavuş Aslan Yaşar Nurini o qədər çox istəyirmiş ki, ağır xəstə olduğu üçün ən son anına qədər ona Yaşar Nurinin vəfatı haqqında heç nə deməyiblər.

Siyavuş Aslandan danışarkən bu qədər film, tamaşa, aktyor adının çəkilməsi heç də təsadüfi deyil. Ölməz sənətkar bu sevgini, bu diqqəti sağlığında qram-qram, ağır zəhmətlər hesabına qazanıb. Əlbəttə, incəsənət aləmində fitri istedad şərtdir. Ancaq zəhmətsiz, əziyyətsiz istedad bir gün tükənməyə məhkumdur. Siyavuş Aslan və onun kimi sənətkarların uğurları isə çağlayan bulaq kimi gündən günə artırdı. Deməli, onlar əziyyətdən qorxmadan çalışıblar.

Bu gün tam böyük əminliklə Siyavuş Aslanı xoşbəxt sənətkar adlandıra bilərik. Çünki o, bənzərsiz yaradıcılığı, aşıb-daşan teatr eşqi ilə öz sənətində ən yüksək zirvələri fəth edib, xalqın yaddaşında və ürəyində silinməz iz qoymağı bacarıb. Məhz bu izin sayəsində on illər, yüz illər keçməsinə baxmayaraq, Siyavuş Aslan adı Azərbaycan kino və teatr tarixində, eləcə də Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq!

Səhnədə və ekranda möcüzələr silsiləsi: Siyavuş Aslan sənəti - Fotolar

KİVDF Layihəsi

Oxunub: 292 dəfə

                   Facebook    Twitter    MySpace    Google a - A +

09.09.17   17:56

Səhnədə və ekranda möcüzələr silsiləsi: Siyavuş Aslan sənəti - <b style="color:red">Fotolar</b>

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2017.- 9 sentybar.- S.12.