V Bakı Beynəlxalq Kitab
Sərgi-Yarmarkasının zəngin proqramı var
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə sentyabrın
28-dən 30-dək Bakı İdman
Sarayında (keçmiş
Əl Oyunları İdman Sarayı) V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Sərgi-Yarmarkada iştirakla bağlı
100-dək yerli, 40-dan artıq
xarici nəşriyyat,
kitab evi və digər təşkilatlar qeydiyyatdan
keçib. Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iştirak
sərbəstdir.
Sərgi-yarmarka çərçivəsində nəzərdə tutulmuş
ilk tədbir - F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının
azyaşlı oxucularının
“Gəlin birlikdə kitab oxuyaq” adlı
fləşmobu və Azərbaycan Dövlət Nəfəsli Alətlər
Orkestrinin çıxışı
sentyabrın 28-i saat
10:30-10:45-də olacaq. Onun
ardınca saat
11:00-11:30-da V Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasının
təntənəli açılış
mərasimi keçiriləcək.
Həmin gün üçün saat
11:30-12:00-da Mədəniyyət və Turizm Nazirliyi və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı
ilə Mədəniyyət
və Turizm Nazirliyinin “Avtomat Kitab Köşkü” layihəsinin təqdimatı,
saat 12:00-13:00-da Rusiyanın
“ASKİ” Naşirlər Assosiasiyasının
təşkilatçılığı həmin assiosasiyanın və MDB-yə üzv dövlətlərin
nəşriyyatlarının toplantısı, saat
13:00-14:00-da “İRS” Mədəni Təhsil Mərkəzinin
“Uşaq ədəbiyyatında
İrsimizin rolu” mövzusunda tədbirlər
nəzərdə tutulub.
Eyni saatda tədqiqatçı
Esmira Fuadın “Məhəmməd Hüseyn
Şəhriyar” kitabının
imza günü də keçiriləcək.
Həmin
gün saat
13:30-14:30-da yazıçı Orxan Qaravəlinin oxucularla görüşü
və “Xan” nəşriyyatında çap
olunmuş “Tanıdığım
Nazim Hikmət” kitabının təqdimatı,
saat 14:00-15:00-da “Kitabxanaçıların
VI Ümumrespublika Müşavirəsi”,
Mədəniyyət və
Turizm Nazirliyinin “Azərbaycan Kitabının
Dünyaya Tanıdılması”
(AKDT) layihəsinin tanıtımı,
Xalq şairi Nəriman Həsənzadənin
kitabının təqdimatı,
şair və nasir İlqar Fəhminin imza mərasimi olacaq. Saat 14:00-14:45-də milli mədəniyyət tarixi üzrə yeni nəşrlər: Rusiyanın
milli respublikalarının
nəşriyyatlarından Tatar kitab nəşriyyatı
(Kazan), Çuvaş kitab
nəşriyyatı (Çeboksari),
“Dağıstan” Nəşriyyat
Evi (Mahaçqala) proqramının təqdimatı,
saat 15:00 - 16:00-da Moskva
Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təqdimatı,
yazıçı Mehmet
Kumun imza tədbiri, “Vətən və mən” adlı vətənpərvərlik
mövzusunda hekayələr,
şeirlər və nağıllardan ibarət
audio materialın təqdimatı,
saat 15:30-16:30-da yazıçı
Azad Qaradərəlinin imza
mərasiminin keçirilməsi
planlaşdırılıb. Saat 16:00-17:30-da kolumbiyalı
yazıçı Konrado
Suluaqanın təqdimatında
yazıçı Qabriel
Qarsia Markesə həsr olunmuş “Tənhalığın yüz
ili” adlanan bir möcüzə” adlı tədbir,
16:30-17:30-da “TÜRKSOY-Azərbaycan” və “Molla Pənah Vaqif dünya dillərində” kitablarının təqdimatı
keçiriləcək. Sərginin
ilk günündə nəzərdə
tutulmuş tədbirlər
sırasında saat
11:30-dan 18:00-a kimi İngilis
dilində nəşr
olunmuş Nizami Gəncəvi “Leyli və Məcnun” kitabının təqdimatı,
gənc yazarların imza günü, Tehran Beynəlxalq Kitab Sərgisinin tanıtımı
da var.
Sentyabrın 29-da saat 09:00 -dan
17:00-a kimi “Kitabxanalar üçün yeni çağırışlar, yeni
ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar”
adlı beynəlxalq elmi konfrans, saat 10:30-11:30-da “İslam həmrəyliyi ili”nə həsr olunmuş tədbir, saat 11:00-12:00-da Azərbaycan dilində çap olunmuş Nemet Kelimbetovun “Türk xalqlarının ortaq ədəbi abidələri” kitabının
təqdimatı, Atatürk
Universitetinin professoru Gürsoy Solmazın iştirakı ilə “Səlcuqlulardan Osmanlılara”
adlı toplantı, “Ciddi ol” adlı
uşaqlar üçün
yumor kitabının təqdimatı və imza günü, saat 12:00 - 13:00-da Xalq yazıçısı Çingiz
Abdullayevin oxucularla görüşü və
imza günü, saat 12:00-12:45-də Energetika
üzrə ən yaxşı nəşrlər:
Moskva Energetika İnstitutunun nəşriyyatının
rəhbəri profesor Q.Q.Yankovun mütəxəssislərlə
görüşü, saat
12:30 - 13:30-da Azərbaycan-Türkiyə naşirlərinin görüşü,
yazıçı Kəbutər
Haqverdinin “Cənnətdən
Sürgün” kitabının
imza günü keçiriləcək. Həmin
gün keçiriləcək
tədbirlər sırasına
saat 13:30-14:30-da Devid Perrişin “Futbolka və Kostyum. Yaradıcı Biznesə Səyahət” kitabının və
Peter Lenyinin “Mədəniyyət
mərkəzlərinin layihələndirilməsi”
kitablarının Azərbaycan
dilinə tərcüməsinin,
14:00-14:45-də Beynəlxalq Kitabsevərlər Birliyinin
ekslibris (kitab cildinin içəri tərəfinə yapışdırılan
və kitab sahibinin adı olan bədii nişan) kolleksiyasının,
saat 14:00-15:00-də “Mustafa Kamal
Atatürk. Zəfər
sirləri” kitabının
təqdimatları, yazıçı
Şəmil Sadiqin imza günü,
15:30-16:30-da Moskva şəhərinin
870 illik yubileyinə həsr olunmuş tədbir, yazıçı
Cəlil Cavanşirin imza günü,
16:30-17:30-da “Rus ədəbiyyatında
Qafqaz və Zaqafqaziya”: “Veçe” nəşriyyat evinin baş redaktoru, yazıçı S.N.Dmitriyevlə
görüş də
daxildir. Sərgi-yarmarkanın
ikinci günündə
həmçinin, saat
10:00-dan 18:00-a kimi gənc
yazarların imza günü və İran İslam Respublikasının “Tərcümə
və Çap Qrant Proqramı”nın
tanıtımı da keçiriləcək.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
sonuncu günü olan sentyabrın 30-da saat 10:30- 11:30-da Mədəniyyət
və Turizm Nazirliyinin “Bərpanəşr”
layihəsi çərçivəsində
çap edilmiş uşaq kitablarının və İngilis-Azərbaycan
dilləri üzrə
“Babbler Fish” onlayn lüğətinin
təqdimatı, saat
11:30-12:30-da şair-yazıçı Əjdər Olun “Qəzənfər müəllimgilin
Şuşaya yürüşü”
hekayələr kitabının
təqdimatı və
imza günü,
12:00-12:45-də Texnologiya təşəbbüsləri:
“Mediarost” (Rıbinsk) nəşriyyatının proqramının
təqdimatı, 12:00-13:00-da yazıçı Elxan Elatlının oxucularla görüşü və
imza günü, saat 13:00 - 14:00-da Müşfiq
XANın imza günü, saat 13:30-
14:30-da Böyük Britaniyanın
“Clever Fox Press” nəşriyyatının
“Uşaqların Kitab Ferması” (“Children's Book Farm”) adlı
xeyriyyə tədbiri və “Ladı Rus” nəşriyyatının
“Stressiz yaşa” (“Jivi bez stressa”)
adlı tədbiri,
15:00 - 16:00-da gənc yazarlar
Pərvin, Şəhriyar
del Gerani və Fərid Hüseynlə görüş keçiriləcək.
Gənc yazarların imza günü və İranda nəşr olunmuş uşaqlar və gənclər üçün
ədəbiyyatın tanıtımı
isə saat 10:00-dan
18:00-a kimi nəzərdə
tutulub.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
mükafatlandırma və
bağlanış mərasimi
isə sentyabrın
30-u saat 16:00-17:00-da keçiriləcək.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.13.