Sağ ol, professor!
(Şeir)
Səni
vəsf edirəm bu nəğməmdə mən,
Əsl gözəlliyi sevib-duyan
dost!
İlk həyat nurunu Tovuzda görən -
Bütöv Azərbaycan arzulayan
dost!
Yoxdur ehtiyacın, zərrəcə
meylin
Minnətli tərifə, yersiz
alqışa;
Tərəqqi, inkişaf - qayən,
əməlin,
Sağ ol, professor Qəzənfər
Paşa!
Bakıdan səmimi salam aparıb,
Bayatı,
xatirə, kəlam aparıb,
Kərkük mahnısıyla dönübsən
geri;
Daim yollardasan
o vaxtdan bəri.
...Köçdü Əbdüllətif
əbədiyyətə -
Çevrilib səməndər adlanan
quşa;
Dözüm arzuladın dərdli
millətə,
Sağ ol, professor Qəzənfər
Paşa!
Beş əsr sonradan söz-söhbət açıb
Məşhur qəhrəmanının Nostradamus.
İşğal, amansızlıq həddini
aşıb,
Qonşuda nə ar var, nə həya-namus!
Yalnız
özümüzə ümid
bəsləyir
Qubadlı, Zəngilan, Kəlbəcər,
Şuşa...
Əlini
sıxdığın əsgər
də deyir:
Sağ ol, professor Qəzənfər
Paşa!
Həsrət ayırmasın yarı-yarından,
Qoruyaq düzlüyü pisdən, harından.
"Ovqat"a baxırdıq - xoşumuz gəldi
Mənalı nitqindən, cavablarından.
Dərsin - mədəniyyət, maarif, bilik...
Vüsal meyvələri dərərək yaşa!
Hələ qabaqdadır xeyli onillik,
Sağ ol, professor Qəzənfər
Paşa!
20.04.2008
Oqtay RZA
Əməkdar müəllim
525-ci qəzet.- 2017.- 26 sentyabr.-
S.8.