“525”in Universitet
sevgisi - “525”-25
“525-ci qəzet”in qarşıdan
gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə
xüsusi nəşr layihəsi həyata keçirilir. Bununla əlaqədar hazırlanan
kitabda Azərbaycanın
dəyərli qələm
adamlarının fikirləri,
yazıları yer alacaq. Həmin yazılar ardıcıl
şəkildə qəzetimizdə
də dərc olunacaq.
Azərbaycanın yeni müstəqillik çağı və xüsusilə Ulu Öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması
bütün sahələrdə
olduğu kimi, ölkədə demokratik
media sisteminin formalaşması
və inkişafı sahəsində də əsaslı dönüş
yaratdı. Azərbaycanda kütləvi informasiya vasitələri ətrafında
qanunvericilik bazasının
formalaşması, 1995-ci ildə
qəbul edilən Azərbaycan Respublikasının
Konstitusiyasında birdəfəlik
təsbit olunan söz və mətbuat azadlığı,
Prezidentin Azərbaycanda
senzuranın qalıqlarını
birdəfəlik ləğv
edən 6 avqust 1998-ci il tarixli fərmanı
və digər önəmli sənədlər
azad və demokratik mətbuatın
tam mənada bərqərar
olmasına şərait
yaratdı. Belə bir şəraitdə Azərbaycanın çap
mətbuatı, elektron
informasiya vasitələri
və online internet dünyası
güclü bir inkişaf prosesi keçirdi və bu proses getdikcə
genişlənməkdədir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin demokratik mətbuat konsepsiyası çərçivəsində
bu inkişafın yeni parametrləri jurnalistikamızın ictimai,
siyasi həyata daha dərindən nüfuz etməsini şərtləndirməkdədir. Bu inkişaf kontekstində ölkədə KİV-in çoxistiqamətli
tipoloji göstəriciləri
yaranmışdır. Mətbuatın belə sürətli
inkişafı, Ulu Öndərimizin ona verdiyi dəyər və qiymətlə çox bağlıdır.
Heydər Əliyev hələ 1999-cu ilin iyulunda “Azərbaycan Respublikasının mətbuat
işçilərinə” təbrik
məktubunda deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi
inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün
əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda,
demokratik dəyərlərin
bərqərar edilməsində,
sivil vətəndaş
cəmiyyətinin formalaşmasında,
islahatların həyata
keçirilməsində, insanların
mənəvi saflaşmasında
səmərəli istifadə
etməkdən ibarətdir.
Mətbuat həyatın güzgüsü,
həqiqətin carçısı
olmalıdır, insanları
yüksək ideallar uğrunda mübarizəyə
səsləməli və
səfərbər etməlidir”.
Ulu Öndərimizin mətbuata
bu elmi baxışı
Azərbaycan jurnalistlərinə
bir yol göstəricisidir
və bu baxış daim onların diqqət mərkəzindədir. Bu elmi konsepsiya istiqamətində ölkəmizdə
bir sıra dəyərli qəzet və jurnal, teleradio, internet portalları
yarandı. Cəsarətlə demək olar ki, “525-ci qəzet” bu sistemdə müstəqil qəzet
tipi kimi çox nümunəvi bir mətbuat orqanıdır.
O da məlumdur ki, müstəqil qəzetin tematikası, toxunduğu mövzular, qaldırdığı problemlər
daha zəngin olur. “525-ci qəzet”,
bəlkə də hər şeydən öncə tematika zənginliyi ilə oxucunu cəlb edir. Bütün fəaliyyəti boyu- yəni ötən 25 il müddətində
bu qəzet öz tematik zənginliyi ilə bu günümüz və tariximiz üçün ciddi bir ensiklopedik mənbə yaratmışdır.
Mən
ilk növbədə bir
oxucu kimi və bir dövlət
adamı, təhsil işçisi kimi bu qəzeti yarandığı gündən
izləməkdəyəm. Bu qəzət həmişə
ictimai marağı, milli maraqları üstün tutmuş, öz yazılarında heç vaxt peşə etikasının
heç bir qaydasını pozmağa yol verməmişdir.
Xalqımızın milli-mənəvi dəyərlərinə diqqət
və onu zənginləşdirmək, ədəbiyyatımızı
və jurnalistikamızı
inkişaf etdirmək,
azərbaycançılıq ideologiyasını rəhbər
tutmaq bu qəzetin xidmət etdiyi amallar sırasındadır. Xalq arasında
böyük nüfuza
malik ictimai və dövlət xadimlərinin, ədəbiyyat
və sənət adamlarının “525-ci qəzet”ə
bu məhəbbəti
qəzetin mətbu orqanlar sırasında qazandığı nüfuza
bağlıdır.
Mən yuxarıda “525-ci qəzet”in mövzu dünyasına toxundum. Onun bu mövzu dünyasında bütövlükdə təhsil sistemimiz və etiraf edək ki, ayrılıqda Bakı Dövlət Universiteti çox önəmli yer tutur. Bizim universitetimizdə ictimai maraq doğura biləcək elə bir tədbir yoxdur ki, bu tədbir “525-ci qəzet”in diqqətindən yayınsın. Bizim mətbuat və informasiya şöbəsi ilə bu qəzetin çox gözəl əlaqələri var. Bakı Dövlət Universitetinin tədris həyatı, elmi fəaliyyəti, ayrı-ayrı önəmli professorlarımız haqqında portret oçerklər - bütün bunlar “525-ci qəzet”in daim diqqət mərkəzindədir. Bəzən mən özüm də qəzetin universitetə olan bu diqqətinin səbəbləri haqqında düşünürəm. Və əlbəttə, ağlıma gələn ilk səbəb ondan ibarətdir ki, bu qəzetin yaradıcı kollektivi “universitet” sözünün siqlətini, BDU-nun Azərbaycan xalqına, dövlətçiliyimizə nə qədər dərindən bağlı olduğunu nəzərə alması, “universitet” sözündən qürur duymasıdır. İkinci səbəb ona bağlıdır ki, “525-ci qəzet”in əsas yaradıcı qüvvəsi, öndə qəzetin baş redaktoru Rəşad Məcid olmaqla az qala bütün əməkdaşları Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin yetirmələridir. Bu kollektiv jurnalistikanın peşəkarlıq xüsusiyyətlərini indinin özündə də çox hörmət etdikləri bu fakültədə öyrənmiş, amma çox keçmədən özləri də “525”i bir universitet səviyyəsinə qaldırmışlar. Elə bir universitet ki, onun yaradıcılıq fəaliyyəti yeni nəsil jurnalistlər üçün bir məktəb rolundadır.
Bakı Dövlət Universitetinə göstərdiyi diqqət və sevgisinə görə universitetimizin kollektivi “525”i “bizim qəzet” adlandırır. “525-ci qəzet” ən çox sevdiyim, güvəndiyim, yazılarından zövq aldığım qəzetlərdəndir. Bu qəzetin şənbə buraxılışları ölkəmizin siyasi, ictimai, mədəni həyatının güzgüsüdür. Universitet kollektivinin “bizim qəzet” adlandırdığı “525”in baş redaktoru Rəşad Məcid “Bakı Dövlət Universitetinin dostu” adına layiq görülüb. Universitetimiz qəzetin yarandığı lap ilk vaxtlardan onun abunəçisidir.
İndi “bizim qəzet”in 25 yaşı tamam olur. İyirmi beş yaş, xalq dilində desək, bir igidin ömrüdür. “Bir igidin ömrünə bərabər”
fəaliyyət çağında
minlərlə oxucu məhəbbəti qazanmış
“525”ə bundan sonra da uzun və
uğurlu bir ömür yolu arzulayıram.
Abel
MƏHƏRRƏMOV
AMEA-nın və Rusiya Elmlər Akademiyasının həqiqi
üzvü
525-ci qəzet.- 2017.- 30 sentyabr.- S.8.