2017-ci ilin
ilk şeiri...
Eh, bu il də keçdi aciz, avara,
Yenə qulaq səsdə, gözüm yoldadır.
Bütün təamlarım barıt
qoxuyur,
Bütün arzularım Qarabağ
dadır...
Açılmır arzumun qartal qanadı,
Qəfəsdə çırpınan ürək
usanır.
Bakıda
qurduğum şirin xəyallar
Hərlənib-fırlanıb Şuşada sınır...
Qisas qiyamətə qalmaz... Uzanır
Bu qılınc qollarım
düşür kəsərdən.
Çərləyir ürəyim köhlən at kimi,
Ümidlərim bir-bir düşür yəhərdən.
Günəş də gözümə
dik baxa bilmir,
Elə küskün-küskün
açır sabahı.
Eh, belə çıxır ki, yerdə qalacaq
Xocalıda ölən körpənin
ahı?!
Atılsın mina təkpaslı beyinlər,
Yox! Fənddə-feildə, igidim,
ölmə!
Sən mənim yeganə arxalandığım,
Sonda ümid ölür... ümidim, ölmə!
Bütün arzularım Qarabağ
dadır,
Qəzəbim od tutub yanır Şuşada.
Bakıda
qurduğum bütün
xəyallar
Hərlənib-fırlanıb sınır Şuşada.
lll
Sən də bu dünyanın ağ-qara
görən
Yem üçün yüyürən
fərdisənsə, get...
Qulac qollarını dünya malına
Məzlumu tapdayıb gərdisənsə,
get!
Bax ha, xoşun gəlməz savaşlarımdan,
Qəbul etdiyimdən, çıxdaşlarımdan.
Qanlı
əllərini göz
yaşlarımla
Yuyub arıtmağa gəlmisənsə,
get.
Sən mənə baş qoşma ,mən buyam, buyam,
Ürəyi çat-çatam, gözləri
suyam.
Məni
ovutmağa gəlmisən
guya,
Halıma
xəlvəti gülmüsənsə,
get.
Dərdi
qələm yazır,
dil deyə bilmir,
Küskün ürəyimə “gül”
deyə bilmir,
Adımı qəlbindən “sil”
deyə bilmir,
Özün öz xoşunla
silmisənsə, get.
Bu Tanrı hökmüdür,
sən kim,
mən kiməm,
Bu haqq qoymur məni
qalxam, silkinəm...
“Əliboş, üz qara hikmət mülkünə
sahib olmaq olar”... bilmisənsə, get!!!
II
Mənə də xəbər
et hayana getsən,
Yolların çəkilsin gözüm
üstdə, get.
Qoyma səksəkədə qalsın
ürəyim,
Gedəndə adımı bir
yol səslə, get.
Alqışım tökülsün - qırx
qoluzorlu,
Duam-sənam gəlsin - qırx incəbelli.
Tək çıxma yollara, obalı-elli
Xəyallarım olsun sənə
dəstə,get...
Sözünün üstündə dur
ömür boyu,
Qəlbimi qır elə, qır ömür boyu...
Sən
ay ayrılığı bir
ömür boyu,
Gəlişi, görüşü boyu bəstə, get...
Bilirəm, ta düşməz
güzarın mənə,
Qazdırdın bu eşqin məzarın
mənə.
Heç
vaxt acı çəkmə, azarın
mənə,
Onsuz da salmısan canı xəstə, get...
Kim deyir həsrətin yük ürəyimə,
Çək dağı dağ üstdən, çək
ürəyimə.
Gözünün qadasın tök
ürəyimə,
Ömrümün qalanın xərac
istə, get...
lll
Baxdım...Baxışında adamöldürən
Bir qüssə, bir qübar...Yar, elə baxma!
Bütün ümidləri yaxıb
söndürən
Zalım
bir acı var...Yar, elə
baxma!
Bəxtinə doğma ol, yanaşma ögey,
Mənim
xatirimə danış
eyy, gül eyyy...
Üzgün ürəyindən qüssə,
qəm, giley
Hər nə var, sil
apar, yar, elə baxma!
Ömrümdə xoş nə var, olsun sənin,
yar,
Amma əlin
burax bu qüssənin, yar.
Ömrünə gül açsın
həmişə bahar,
Düşməsin boran, qar... yar, elə baxma!
Baxdım...
Baxışında adamöldürən
Bir qüssə, bir qübar...Yar, elə baxma!
lll
Səni
unuduram... əriyib fikrin
Düşür lələk-lələk zər qanadları...
Səni
unuduram... gözümün
seli
Yuyur köksümdəki dərin
çatları...
Səni
unuduram... ölür ovcumda
Sözün alabəzək kəpənəkləri.
Səni
unuduram... məzarı
olur
Əlvan
çiçəklərin çiçək ləkləri...
Səni
unuduram... düşüb
boşluğa
Səhra küləyitək ulayır
ürək.
Bu qədər boşuna acı çəkmişəm,
Səni unudaydım əzəldən
gərək.
Səni
unuduram... unudam gərək
Yaddaşım da qalsın, bir dənəm, sənsiz.
.........Harda quzu mələsə,
.........Bil ki, o, mənəm
sənsiz...
Səni
unuduram...
lll
Gözümü tox etdin dünya malına,
Gizli mətləbləri
yönəltdin mənə.
Qadağan eyləyib gözə
girməyi,
Gözə görünməyi öyrətdin
mənə,
Şükür, Xudaya!
Kimin ki bağlıdır bəsirət gözü
Kölgətək keçirəm onun yanından.
Sənin
hökmün ilə gözəl duyğular
Sıralanıb keçir şah
damarımdan,
Şükür, Xudaya!
İzn verdiyin yer güzarım
olur,
“Yox” desən, günlərim sayır yerində.
Sənin
iznin ilə məşvərət edir,
Hər gün mələklərin
çiyinlərimdə,
Şükür, Xudaya!
Gör heç dəyişirmi sonum, əvvəlim,
Cızdığın çevrədə dövrə
vururam.
Hər gün qulluğuna ərzim var mənim,
Hər gün hüzurunda gəlib dururam.
Şükür, Xudaya!
Alıb
əllərimdən adilikləri,
Qeyri -adiliklər
bəxş etdin mənə.
Zülmə qabarmağı, haqqa
enməyi,
Ürəkdən sevməyi öyrətdin
mənə,
Şükür, Xudaya!
Təpədən-dırnağa sirrəm, İlahi,
Hərdən ürək dözmür belə şadlığa.
Sənə qulluğumla hürrəm,
İlahi,
Şükür bəxş etdiyin
bu azadlığa,
Şükür, Xudaya!
lll
Hər dəfə görürsən
gülürəm, amma
Necə
güldüyümü hardan
biləsən?..
Özüm öz içimdə
həbsxanadan
Qaçıb gəldiyimi hardan
biləsən?..
Sahibi sən idin bu
gülüstanın,
Tikan həsrətinə
çox axdı qanım.
Özüm öz qanımı
gizlində, canım,
İçib gəldiyimi hardan biləsən?
Etibarı yolub yellərə verdin.
Eşqimi
ayaqlar altına sərdin,
Bu fani dünyadan olub didərgin
Köçüb gəldiyimi hardan biləsən?
Ulu eşq yarımaz bircə ömürdə,
Gələcək dünyaya o bir də, bir də.
Mayamı
götürüb o böyük
sirdən,
Keçib gəldiyimi hardan biləsən?
Bu da bir salam....
Asi deyiləm ki bu qəmdən
ötrü,
Qəm çəkmə
saçımda bu dəndən ötrü.
Qəbulumsan mənim, tək
məndən ötrü
Göydən göndərilən kitabım,
salam.
Söylədim, nə çıxdı,
nə çıxdı
guya,
Sevdiyimi sənə, dərdimi suya?!
Könlümdə yalvarış, dilimdə
dua,
Axşam
da, sabah
da xitabım, salam.
Səndən aldığım hər
xətərə şükür,
Acıya, qüssəyə, kədərə şükür.
Öyrəşdim daha bu qədərə, şükür,
Salam, ay ömürlük əzabım,
salam....
lll
..Ad gününə sürpriz
eləmişdim anamın
- xəlvət getmişdim...
Adamların arxasında
məni görəndə
içini elə çəkdi ki... Ürəyi qısılacaqdı
az qala...
Uşaq kimi sevinirdi...
Özümü qınadım, “icazə
ala bilmədim” - dediyimə
görə, onu nigaran saxladığıma
görə...
Ad günündü , ana, mən
də səni elə gözləyirəm,
lap sənin kimi... Sənin məni gözlədiyin kimi...
Ah,yenə burnumda tütdü varlığın,
Sənsizlik qoxuyur, anam, hər yan eyyy.
“Ay ana!” çağırdım,
xəyallarımdan
Əks-səda gəldi: “Hay can, hay can eyy”
Könlümə çəkdiyin nə
dağdı belə,
Aramıza düşən nə Çin səddidir?
Bütün ayrılıqlar yalanmış,
ana,
Mən indi anladım ayrılıq nədir...
Ömrüm ip üstündə
keçir elə bil,
Əlimdən tutmasan hər an yıxıllam.
Gözümün qorasın sıxıram
hər gün
Hər gün şəkilinə qaçıb
sıxıllam.
Sovqatın gələrdi bayramdan
qabaq,
Səsinsiz gəlməzdi bayram günləri.
Adi günlər qatır iş-güc başımı,
Sənsiz
çəkilməzdi bayram
günləri....
Bir bax, kimsə məni ovuda bilmir,
Cırnaq uşaq kimi küsüb qalmışam.
Gözümü yollardan yığa
bilmirəm,
Gözümü yollardan asıb qalmışam.
“Ay ana” deyirəm hər addımbaşı,
Axı ürəyimi
üzür hicran eyyy.
Əks-səda gəlir xəyallarımdan:
“Hay can, anan qurban, hay can, hay can eyyy.
Xatirə RƏHİMBƏYLİ
525-ci qəzet.- 2017.- 7 yanvar.- S.23.