Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər

 

 

 

(Əvvəli ötən cümə sayımızda)

 

Hərbi uğurları hesabına Nadir şah öz dövlətinin sərhədlərini genişləndirə bildi, Hindistanda, Mərkəzi Asiyada Zaqafqaziyada xeyli əraziləri işğal etdi. Lakin o, tutulmuş ərazilərdə etibarlı idarəetmə sistemi yarada bilmədi.

 

Onun törətdiyi haqsızlıqlar öz dövləti içərisində həyəcan yaratdı. 11 illik hökmranlıqdan sonra Nadir şah üsyançılar tərəfindən öldürüldü. Onun ölümündən sonra İranı siyasi iqtisadi hərc-mərclik başına götürdü.

 

1796-cı ildə isə Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd xan Persiya tacını qəbul etdi. O, Zənd sülaləsindən olan hökmdar, İran taxtında 1758-ci ildən ağalıq edən Məhəmməd Kərim xana uzun mübahisədən sonra qalib gəlmişdi. 700 illik türk monqol ağalığından sonra taxt-tac yenə yerli sülalənin əlinə keçdi. Məhəmməd Kərimin 21 illik hökmranlığı dövründə ölkədə dinc həyat hökm sürürdü, siyasi stabillik adamların tələbatı nisbətən ödənirdi. İqtisadiyyat yüksəliş dövrünə qədəm qoymuşdu. İranın yenidən qurulmuş paytaxtı Şirazda xeyli dəbdəbəli saraylar tikilmişdi, bunlar şahın gücünü nümayiş etdirirdi.

 

Məhəmməd Kərim xan öz sarayında əsir sifətində, öz keçmiş düşməninin xədim edilmiş oğlu Ağa Məhəmməd xanı saxlayırdı. Lakin Məhəmməd Kərim öldükdən sonra o, öz doğma əyalətinə qaça bildi oradan Zəndlərə qarşı üsyan təşkil etdi. O, Zənd sülaləsini devirdi cənuba yürüşünü başa çatdırıb, Qərbi Qafqazı işğal etməyə başladı. Qacar şahənşah titulunu qəbul etməklə İranın hökmdarı oldu. Bir il sonra, 1797-ci ildə Azərbaycanın Qarabağ xanlığındakı Şuşa şəhərində onu ölüm hökmünə məhkum edilmiş öz nökəri qətlə yetirdi.

 

XIX əsrin əvvəllərində Persiya hərbi cəhətdən xeyli zəifləmişdi. Rusiya ilə Persiya arasında 1804-1813-cü illərdə gedən müharibə Qarabağdakı Gülüstan kəndində bağlanan sülhlə başa çatdı. Bir sıra Zaqafqaziya əyalətləri xanlıqları Rusiyaya keçdi Rusiya Xəzər dənizində hərbi səlahiyyət əldə etdi. Bu müqaviləyə görə, rus İran tacirlərinə hər iki dövlətin ərazisində sərbəst ticarət aparmağa icazə verildi.

 

Sonralar, 1826-1828-ci illərdə gedən rus-İran müharibəsi Türkmənçay (Təbriz yaxınlığında) müqaviləsi ilə başa çatdı. Rus qoşunları Eçmiadzini, İrəvanı, Təbrizi tutdular. Müqavilə 1813-cü il Gülüstan sülhünü təsdiq etdi. İrəvan Naxçıvan xanlıqları Rusiyaya keçdi. Bu müqavilənin ilk qurbanlarından biri Rusiyanın İrandakı səfiri, şair A.S.Qriboyedov oldu. Fanatiklər kütləsi Tehrandakı rus səfirliyinə soxulub Qriboyedovu qətlə yetirdilər.

 

Əvvəlcə Gülüstan, sonra isə Türkmənçay müqavilələri sərhəd Araz çayı olmaqla, Azərbaycan xalqını iki yerə - Şimali Cənubi Azərbaycanda yaşayanlara böldü. İki əsr sonra belə bu vahid millət ayrılıqda yaşamaqda davam edir. Həm o taylı, həm bu taylı azərbaycanlı millətçilər xalqın vahid bədənini iki yerə parçaladığına görə Gülüstan müqaviləsini lənətləyirlər xalqın birgə taleyini əsas götürdükdə, onlar heç qatı millətçilik mövqeyindən çıxış etmirlər. Lakin Persiya imperiyasının tərkibində qalmaq, sonralar iki dəfə, birinci dəfə qısa müddətə, ikinci dəfə isə yəqin ki, əbədilik müstəqilliyini elan etmiş Şimali Azərbaycana heç vəd etmirdi. Şimali azərbaycanlılar iki əsr ərzində öz mədəniyyətini, elmini, təhsilini gur inkişaf etdirdilər. Milli musiqinin inkişafı ilə yanaşı, klassik musiqi onun təhsili yayılmağa başladı. Ölkə tam savadlılar ölkəsinə çevrildi. İkinci dəfə müstəqilliyə nail olduqda onun iqtisadiyyatını mədəni həyatını milli kadrlar çoxluğu idarə etməyə başladı. Ona görə tarixin qara səhifəsində belə hansısa pozitiv çalar tapmaq mümkündür.

 

Təqribən bir əsr sonra baş verən Birinci Dünya müharibəsindən sonra Yaxın Şərqin iki dövlətində - İranda İraqda siyasi çevrilişlər baş verdi. XX əsrin əvvəllərində İranda inqilab baş versə , Qacarlar sülaləsi onu yatıra bilmişdi. Lakin 1921-ci ildə Rza xanın başçılığı altında İran kazakları hərbi çevriliş həyata keçirdilər. Qacar sülaləsinin hökmranlığı başa çatdı. 1925-ci ildə Rza xan özünü Rza şah Pəhləvi adı altında Persiyanın hökmdarı elan etdi, 1935-ci ildə ölkənin adı dəyişdirilib, İran oldu. Rza şah 1941-ci ildə istefa verdikdən sonra taxt-taca onun oğlu Məhəmməd Rza Pəhləvi çıxdı, bu vaxt onun 22 yaşı var idi. 

 

Təbii fəlakətlər

 

Təbii kataklizmlərin baş verməsi çox sayda insan tələfatı, şəhərlərin və digər yaşayış məntəqələrinin xarabazara çevrilməsi ilə nəticələnir. Təbii fəlakətlərə vulkan püskürməsi, zəlzələlər, tsunamilər, daşqınlar, dəniz sularının və çayların daşaraq sahili basması daxildir. Tarixə məlum olan belə fəlakətlərdən biri 79-cu ildə Vezuvi vulkanının püskürməsi ilə baş vermişdi. İtaliyanın Kampaniya əyalətindəki PompeiHerkulanum şəhərləri kül təbəqəsi və lava altında qalmış, fəlakət 2000 nəfər insanın həyatına son qoymuşdu. Kül altında qalan bu şəhərlər indiyədək fəlakətin necə qəflətən və sürətlə baş verdiyini, həyata son qoyan mənzərələri bu günnümayiş etdirir.

 

1024-cü ildə Təbrizdə baş verən torpaq silkələnməsi vaxtı 40.000 adam həyatını itirmişdi.  1277-ci ildə “Milad daşqını” vaxtı Şimal dənizinin sahilindəki 50 kəndi dəniz suları yuyub aparmışdı. 1293-cü ildə Yaponiyadakı Saqami körfəzindəki və Cənubi Çindəki zəlzələ vaxtı 22.000 adam ölmüşdü.

 

Ümumiyyətlə, daşqınlar Avropada hamıdan çox Şimal dənizinin sahilinə təhlükə törədirdi. 1362-ci ildə tufan vaxtı sahilin xeyli hissəsi məhv olmuşdu. Daşqın nəticəsində Friz adaları adlanan 10 ada əmələ gəlmişdi. 1509-cu ildə baş verən zəlzələ İstanbulun xeyli hissəsini dağıtdı və 13.000 nəfərə qədər insanın ölümünə səbəb oldu.

 

1755-ci ildə Portuqaliyanın paytaxtı Lissabon zəlzələ nəticəsində tamamilə dağılmışdı. Təbii fəlakət 32.000 nəfər sakinin həyatına son qoydu. Lissabon faciəsi bütün Avropanı sarsıtdı. Çiçəklənən ticarət şəhərinin viran qalmasını xristianlar Allahın qəzəbinin nişanəsi hesab etdilər. Güclü təkanlar fəlakətdən hələ bir neçə ay sonra da davam etdi.

 

1797-ci ildə isə Peru paytaxtı Limada dağıdıcı zəlzələ baş verdi. Fəlakət çox sayda adamların həyatına son qoyduböyük maddi ziyan vurdu. Limanın əsasını konkistador Fransisko Pisarro qoymuş, onu hindular tikmişdilər. İspanlar və portuqaliyalılar şəhərin kənarlarında məskunlaşmağa üstünlük vermişdilər. Şəhər buna qədər 110 ildə iki zəlzələ görsə də, onda çoxlu əvvəlki binalar qalmışdı, ona görə də Lima İspan müstəmləkə arxitekturasının mərkəzi kimi tanınırdı.

 

Tarixdə ən dəhşətli vulkan püskürməsi 1883-cü ildə İndoneziyadakı Krakatau hadisəsi olmuşdu. Krakatau adasında püskürən vulkan nəticəsində, bu ada SumatraYava adalarının arasında yerləşirdi, bütün ada 250 metr dərinliyində okean suyunun altına düşdü və nəhəng krater əmələ gətirdi. Vulkan bundan üç ay əvvəl fəallaşmışdı, avqust ayında isə fəlakət baş verdi. Vulkan külü 50-80 km hündürlüyə qalxdı. Yağışlar onu 800.000 kv.km ərazidəki sahədə yaydı, günəş və ay batması effekti yaratdı, bunlar hətta üç il sonra da müşahidə olunurdu. Krakatau adasının suya batması nəhəng daşqın əmələ gətirdi. 35 m hündürlüyündəki dalğalar YavaSumatra adaları arasında cövlan edib, sahilləri viran qoyurdu. Fəlakətdə 36.000 adam həlak oldu.

 

1985-ci ildə Meksikada iki zəlzələ baş verdi. Onlardan birində Mexiko şəhəri böyük ziyan gördü. 18 milyon əhalisi olan şəhərdə 4 mərtəbədən ibarət olan bütün binaların 35 faizi dağıldı. Bu fəlakət nəticəsində 5.800 nəfər adam həlak oldu.

 

Kolumbiyada 90 dəqiqə ərzində iki dəfə Nevado-del-Ruis vulkanı püskürdü. Vulkanın yaxınlığındakı Arisfo şəhəri lavadan gələn palçıq axını ilə bütünlüklə məhv oldu. 8 m. hündürlüyə qalxan palçıq altında təqribən 20.000 nəfər adam həlak oldu.

 

1988-ci ildə SSRİ-də Ermənistanın SpitakLeninakan şəhərləri güclü zəlzələ nəticəsində dağıldı, Spitak tam viran qaldı, zəlzələ nəticəsində 55.000 adam öldü.

 

1990-cı ildə İranda baş verən zəlzələdə 40.000 adam öldü və 100.000 min adam yaralandı. Liman şəhəri olan Rəştə daha böyük ziyan dəydi. 12 il əvvəl baş verən zəlzələdə isə 25.000 nəfər adam həlak olmuşdu.

 

2004-cü ilin dekabrında Sumatra adasının (İndoneziya) qərb sahilində tsunami əmələ gətirən zəlzələ baş verdi,onun gücü tsunami başlayanda 9,1-9,3 bal idi. Tunami Hind okeanı sahillərindəki torpaqlara böyük ziyan vurdu, 230.000 adamın ölümünə səbəb oldu. Sahillərdə dalğa 30 metrə qalxdı, bu, tarixdə məlum olan ən ölümcül təbii fəlakət oldu. Ən ağır zərbə İndoneziyaya, sonra isə zərbələr Şri-Lankaya, HindistanTailanda dəydi. Bu, tarixdə məlum olan üçüncü ən böyük zəlzələ idi, 8,3-10 dəqiqə davam etmişdi. Bu hadisə Sumatra-Andaman zəlzələsi kimi tanınır.

 

Zəlzələnin episentri şimali Sumatranın təqribən 160 kilometrliyində idi. Tunami adlanan təbii fəlakət başlandıqdan sonra Asiyanın altı ölkəsində və Maldiv adalarında öz dağıdıcı işini gördü. Hind okeanı zəlzələsi baş verdikdə Yer səthində azad olunan enerjinin gücü Xirosimaya atılan atom bombasının gücündən 1.500 dəfə çox idi. Dənizin yatağından qəflətən şaquli qalxan zəlzələ vaxtı suyun kütlə şəklindəki həcmi öz yerini dəyişdi və bu, nəticədə tsunamiyə səbəb olduo, Hind okeanının sahillərinə zərbə endirdi. Dayaz suda dalğa 24-30 metrə qalxdı və bu, Sumatra adasındakı Asehə ağır ziyan vurdu. Tsunami təkcə asiyalıların deyil, turistlərin də ölümünə səbəb olmuşdu. Təkcə Tailandda Avropadan gəlmiş 7.000 xarici turist həlak olmuşdu.

 

Ümumiyyətlə, 1908-ci ildən 1990-cı ilə qədər dünyada 23 təbii fəlakət nəticəsində 1,5 milyona qədər adam həlak olmuşdu. Əvvəlki əsrlərdə isə - 1596-cı ildən başlayaraq, 1896-cı ilə qədər dünyada çox güclü zəlzələlər baş vermişdi, onlardan ikisi İtaliyanın və Yaponiyanın payına düşür.

 

(Ardı var)

Telman ORUCOV

 

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.20.