Yada düşdünün yeni sayı
Bugünlərdə Yada düşdü ədəbi-bədii, nostalji
jurnalın növbəti
buraxılışı işıq
üzü görüb.
Dərgi
Zöhrə Fərəcovanın
Dünya Azərbaycanı
alqışladı yazısı
ilə açılır:
12 iyun, 2015-ci il... O gün dünyanın diqqəti ölkəmizin paytaxtına yönəldi.
30-dan çox dövlət və hökumət başçısı
68 min tamaşaçı ilə
birlikdə Bakı Olimpiya Stadionunda ilk Avropa Olimpiya Oyunlarının əsrarəngiz
açılış mərasimini
izlədi. Həmin gün
dünya ölkələri
Azərbaycanın qısa
müddətdə belə
nüfuzlu bir tədbirə yüksək
səviyyədə hazırlaşmasına
şahid oldu.
Millət vəkili, Əməkdar jurnalist Elmira Axundova Bu insan hər bir yenilik üçün
açıq idi yazısında Ümummilli
Lider Heydər Əliyevin xarakterinin xüsusiyyətlərindən bəhs
edib.
Musa Yaqubun unudulmaz
Öyrətmə özünə,
öyrətmə məni
şeiri jurnalın Qəlbimizə yazılan şeirlər rubrikasında
təqdim edilib.
Z.Fərəcova Səsi zamanın yaddaşındadır məqaləsində görkəmli xanəndə Cabbar Qaryağdıoğlu haqqında yazıb.
Xalq şairi Zəlimxan Yaqub Mirzə İbrahimovun foto-albomundan aldığı təəssüratları Böyüklüyün işığında qeyd edib.
Şəfəq Nasirin Qatarından ayrılan durna yazısında mərhum jurnalist Vəsilə Usubova haqqında xatirələr qələmə alınıb.
Yazıçı-publisist Camal Zeynaloğlunun Ölüm düşərgəsindən qaçış sənədli hekayəsi dərginin bu buraxılışında yer alıb.
Jurnalın Gözlədiyimiz kitablar rubrikasında yeni nəşrlər haqqında annotasiyalar öz əksini tapıb.
Uşaqlar, ay uşaqlar ənənəvi bölümündə bu dəfə də kiçik oxucular üçün materiallar təqdim edilib.
Salatın Əhmədlinin Tailandda gördükləri Səfər təəssüratlarında əks olunub.
Şah Qəbələlinin jurnalın poçtuna göndərdiyi şeirləri Bizə yazırlar rubrikasında verilib.
Professor Qəzənfər Paşayevin Ayrılığa dözmək olmur yazısı şair Rasim Kərimlinin xatirəsinə həsr olunub.
Əbülfət Mədətoğlunun Həyatın hər üzünü tanıyan adam yazısında Nəbi Muxtarovun insani keyfiyyətlərindən, onunla bağlı xatirələrdən söz açılıb.
İradə Sarıyevanın 30 il əvvəl-avqustun 27-də doğmaları onu itirdi...yazısında istedadlı kənd təsərrüfatı mütəxxəsisi Məmməd Cəfərov yad edilib.
Dərginin Proza bölümündə Əli bəy Azərinin Qarpız dilimi, Nüşabə Əsəd Məmmədlinin hekayələri, Poeziya rubrikasında Əkbər Qoşalının şeirləri dərc olunub.
Sahibə Sədnikqızı Qərbi Azərbaycan ədəbi mühitinin tanınmış ziyalısı Hüseynqulu Məmmədlidən Xalq yaradıcılığının vurğunu yazısında söhbət açıb.
Professor Əsədulla Qurbanov Portret cizgilərdə Tofiq Rəsulovu xatırlayıb.
Mahmud Mahmudov Satirik publisistikanın tədqiqatçısı Ceyran Əbdürrəhimova haqqında jurnalın bu sayında çıxış edib.
Dərgidə rəssam Kamil Kamalın İstəyirəm ki, incəsənət yaxşı olan hər şeyi uzunömürlü etsin... müsahibəsi də çap olunub.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2017.- 7 yanvar.- S.19.