Misralara çevrilən könül çırpıntıları
Şair haqqında yazmaq çətindir. Ona görə ki, o, artıq sən deyəni: yaxşını,
pisi, düşmənə
nifrəti, insanlara səmimiyyəti, torpağa
bağlılığı, uşaqlara bağışlanılan
təbəssümü və
sairəni şairanə
deyib. Bəs sən nə
deyəcəksən?!
Bu suallı-nidalı sorğunu
nə qədər bədiiləşdirsək də
yenə də müəyyən fikir axarına düşə bilmirsən. Nəsə bir ilişiklik,
köməyə gələn,
yardım əli uzadan bir fikir
axtarırsan ki, ona söykənib poeziya dünyasına yol alıb yola
düşəsən. Bu yolda şair
Firdovsi Ələmoğlu
ilə salamlaşasan,
şairanə söhbət
edəsən.
Nəhayət, bu fikri şair özü təqdim etdi:
Şeir
yazmaq yaxşıdı,
Yaxşı yazanı olsa...
Bu şərtilikdə şair Firdovsinin özü dayanıb. Nə var bu şərtilikdə:
şeirin saflığı
və şairin qəlbinin odu, məsuliyyəti, sözün
qədir-qiyməti və
daha çox şey. Bu iki
misrada şairin poeziyaya şəxsi yox, ictimai, daha
dəqiqləşdirsək, ictimai münasibətində
şərti (olsa...) dəyəridir. Filoloji-poetik dəyərdir.
Şairlik buradan başlayır: yaxşı
yazanı olsa. Bu şərtilik şairin arzusu da ola bilərdi: şeir yazmaq yaxşıdı, yaxşı
yazanı ola...
Olsa daha ciddi münasibətdədir. Ancaq şeir
yaradıcısının qarşısında
qələm sahibinin tələbi bütövlükdə
bu şərti ödəyir. Bu şərt, Firdovsi Ələmoğlunun yaradıcılığında
böyük məsuliyyət
daşıyır. Bu, şairin özünə yaradıcılıq tələbidir.
Əsl yaradıcılıq da buradan başlayır, yəni şair Firdovsi poeziya yoluna bu şərtiliklə
daxil olur. Bu yaradıcılıqdır, bu heç də
asan deyil.
Yenə
söz döyüşü
gedir başımda,
Yenə olan, keçən düşür yadıma.
Durur dəftər-qələm yenə
qarşımda,
Yenə qan qaynayır şah damarımda.
Çırpınır köksümdə
o bir parça ət,
Deyir: yazmalısan, yazmağa tələs.
Nəhayət, onu demək lazım gəlir ki, şair “yaxşı yazanı olsa..” fikri
ilə öz poetik düşüncəsini
tənzimləyir. Bu tənzimləməni də
söz savaşında
qalib gələn poetikləşmiş sözdür.
Hansı
söz bu döyüşdən qalib
çıxsa, misrada
(şeirdə) özünə
yer tutacaq. Bu döyüş çox yəqin şairin nəzərdə
tutduğu (yaxşı
yazanı olsa) fikrə daxilolma poetik anıdır.
Bu an fikrin (obrazlı) poetikləşmə
zamanıdır, obrazlığa
keçid zamanıdır,
vaxtıdır. Bu proses
(fikrin şeirləşməsi)
şair Firdovsi qələmində belə
təqdim olunur:
1. Deyirəm ki, hər yetənə
Qoşulan söz şeir olmaz.
2. Ürəkdən gəlmirsə
avaz
Hər qoşulan
şeir olmaz.
3. İlhamsız şeir yaranmaz
Yaransa da şeir olmaz.
Firdovsi Ələmoğlu
şeirin estetik mahiyyətini praktik cəhətdən oxucuya təqdim edir. O, şeir
anlayışına bədii
sözün vəhdəti
kimi baxır. Şeirə görə, “Bir sözdə min məna cəm olur” və bunu söz
döyüşündə, söz savaşında aşkar edir. Ona görə şair şeirin ideya-məzmununu ön plana çəkir.
Belə anda şairin ilhamı çağlayır:
İstərəm mən dağdan,
arandan yazım,
İstərəm ürəkdən, mən candan yazım.
İstərəm bu gözəl dövrandan yazım,
Qaynayır damarda, qaynayır
qanım
Çağlayan bulaqdır mənim ilhamım.
Bu şairin müəyyən
yaradıcılıq mərhələsidir. Bu mərhələ şairanə
mərhələdir.
Şair Firdovsi şeirləri ilə ilk növbədə
özünün poetik
düşüncəsi ilə
maraq doğurur. Bu maraq onu oxunaqlı
edir. Onun poetik-şairanə düşüncələrində
- “Deyərlər odur!”,
“Daha bəsdir”, “Tale yazısı”, “Müqəddəs
ocaqda”, “Özüm yazmışam”, “Axtarmıram,
özü gəlir”,
“Sevginin dilini gərək biləsən”,
“O, mənim ilhamımdır!”,
“Vətən, vətən
olarmı heç?!”,
“Bir arzum var” təqdim edilən ümumi və xüsusi informasiyalar maraqlı, nüfuzedicidir.
Bu müxtəlif mövzulardan asılı olmayaraq şairin təqdimində səmimiyyətlə
yaranır. Bu səmimiyyət oxucunu yormur. Nədən yazılırsa bu səmimiyyət nağılvari
təhkiyə öz gücünü saxlayır:
“Bir sevginin hekayəti”, “Pulun qüdrəti”, “Aparın məni”, “Ən böyük zirvə” və s. bu kimi
poema tipli, böyük həcmli şeirləri bu qəbildəndir.
Şair-həkim Firdovsinin oxuculara cəsarətlə təqdim
etdiyi müvəffəqiyyətli
mövzulardan biri də sevgi şeirləridir. Sevgi-məhəbbət aparıcı lirik təqdimdir. Bu təqdimdə orijinallıq
saxlamaq, şübhəsiz
çətindir. Lakin psixoloji
duyum şairə imkan verir ki,
onun öz sevgi dünyası var və onu
da şair oxucularına təkrarolunmaz
tərzdə təqdim
edir. Bu sevgi
müxtəlif çalarlarda
maraq doğuracaq gücə malikdir. Onun sevgi şeirlərində-
“Xalı gözəldi”,
“O ürək ki, sevir”, “İlk sevgi”, “Mən səni sevirəm yenə”, “Necə duyum mən”, “Bir gözəl görmüşəm” və
s. həyat-məişət qaynarlığı, birgəyaşayış
tərzi bütövdür,
dinamikdir.
İstəsən çayları çağladaram
mən,
Çıxaram lap uca dağ zirvəsinə.
Qartalı yuvadan saldıraram
mən
Ordan səs verərəm sənin səsinə.
Bu sevgi şairin-lirik
qəhrəmanın sevgi
zirvəsidir. Hünərli, potensiallı məhəbbət
çağırışıdır.
Bu uca dağ
zirvəsində-sevgisində anaya da olan
sevgini görürük.
Uca zirvələr də qoy inciməsin
Dünyada ən böyük zirvə anadır.
Şair Firdovsinin yaradıcılıq
üslubu, hər hansı həyat-məişət
hadisəsini bədiiləşdirmək
bacarığı, poetikləşdirmək
bacarığı-prosesi imkan
verir ki, ondan bir şair
kimi çıxış
edəsən. Şair hətta öz düşüncələrində hiss edir və əmindir
ki, o, şairdir.
İstər bədii düşüncəsi
ilə, istərsə
də şeiryaratma texnologiyası ilə şairin şeir üslubu onun xarakteridir. Həkim Firdovsinin xarakteri
onun üslubunu təyin edir.
Bu üslub lirik-epik
qovuşuqludur. “Bir
sevginin hekayəti”ndə
olduğu kimi. Epik təqdimetmədə şairin
məsnəvi seçimi
müvəffəqiyyətli alınmışdır.
Şairin yaradıcılığı ilə
tanışlıq onu
göstərir ki, Firdovsinin həyatda diqqətini nə cəlb edirsə, bu müxtəliflik poetikləşə bilir və onun yaradıcılığını
mövzu cəhətdən
zənginləşdirir. Bu yazar üçün, xüsusilə şeir yaradıcısı üçün
müvəffəqiyyətli şansdır, göstəricidir.
Bu o deməkdir ki, hər bir an, hadisə, insani münasibətlər və
s. Firdovsinin şairanə
nəzarəti altındadır.
O, onu əhatə edən varlıqla daim təmasdadır.
1. “Vətənim qoynuna çağırır məni”,
“Mübarəkdir”, “İlhamım
döyüşə çağırır
məni”, “Dilimizi qoruyaq”, “Vətən yaxşı”, “Vətən,
torpağına, suyuna
alqış”, “Ədalət
zəfər çalacaq”
və s.
2. Dövlətçilik şeirləri: “Ulu öndər”, “Böyük rəhbər”, “Allahın sevdiyi kəs”, “Hünərli rəhbər” və s.
3. Təbiət şeirləri: “Bahar gələndə”, “Qış gələndə”, “Ana”, “Gözəldi”, “Gəl, ey bahar”, “Novruz bayramınız mübarək olsun” və s.
4. Satirik və yumoristik şeirlər: “Araqatanlar”, “Lovğa”, “Zay kişi”, “Özüm yazmışam” və s.
5. Uşaq şeirləri: “Tənbəl”, “Balaca Savadxan”, “Əməyi sevirik biz”, “Zinyətıə Emin”. Şair Firdovsi özünü qəzəl janrında da sınamışdır və bu da onda müvəffəqiyyətli alınmışdır.
Şair Firdovsi mövzu üçün çətinlik çəkmir, onun yaradıcılıq fəaliyyəti sahəsi və xüsusi ilə əhatə dairəsi genişdir. Bu isə şair üçün böyük və müvəffəqiyyətli yaradıcılıq bacarığıdır. Bu bacarıq isə deməyə haqq verir.
Firdovsi, halını heç də pozma sən,
“Soyuq yumurtaya can
verən” odur.
Bir də görərsən ki, yetkin şairsən
Barmaqla göstərib deyərlər,
odur!
Əjdər HÜSEYNOV
Siyəzən
525-ci qəzet.- 2017.- 7 yanvar.- S.19.