SONSUZLUQ PİLLƏLƏRİ

 

 

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri ParmaksızınHəsrət, eşq sükutkitabıaybkitablayihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

 

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

 

Əslində o gözümüzün önündə, saxlamır ki özünü...

 

Çölə vurğunam mən. Səhranın hərarətinə, yaxıcılığına; eşqə vurğunam mən.

 

Bəlkə, Məcnun olduğumdandır eşqə aşiqliyim; bəlkə , bülbül olub gülü- rənamdan ayrı qaldığımdandır fəryadlarım.

 

Hər nəfəsdə iki cahan səadətini diləyirəm Rəbbimdən; duanın açar olduğunu bilərək. Ruh yoldaşımla olmaqdır dərdim mənim dünyada; Xudanın razılığı ilə sonsuzluğa məhşərə çatmaq deyilmi ən böyük lütf?

 

Hər saniyəm bir pillə məhşərə; hər günüm mütləq xoşbəxtliyə nərdivan. Ağır-ağır çıxsam da pillələri, qiyamətlə bitəcək olması gözəldir həsrətin mərkəzi olan dünyanın. ruhumun əbədiyyətə yol almasıdır hər nəfəslə.

 

Xəyallarım sonsuz mənim; doyumsuzam mən eşqə. Baxsevdimmi iki nəfərlik sevəcəksəndeyənlər var ha eşqi bilmədən.

 

Mənim eşqim bir nəfərlik; çünki mən yarımçığam dünyada; ruhumun, könlümün Rəbbimdən sonrakı sahibi olmadan.

 

Tək”, “bir”, “tam” olmaq mənim dərdim; o səbəbdən , mənim axtardığım ruh yoldaşım. Bu yarımlıqdan tama qalxma istəyidir mənim hədəfim.

 

Anladınız hər halda məni; dünyalıq deyil dərdim; Mövlanın razılığı ilə sonsuzluğuma; Halalın halalına çatmaqdır mənim mübarizəm.

 

Baxmağı bilmək; gördüyünü mənalandırmaq mənanın mənasını, maddənin özünə çatıb həqiqətin gerçəyinə, mütləq olan tək varlığa Vəhdəti-Vücuda aşiq olmaq lazımdır sadəcə.

 

Göy qurşağının altında; çöllərdə, dağlarda, dəryada, əşyada ya hər hansı bir şeydə axtarmayın onu; çünki sonsuzluq nərdivanı, həqiqətən saf ürəklə aşiq olanın gözünə ya könlünə görünər.

 

Həqiqətən eşqə aşiq olanlar görə bilər onu. Şükürlə, təslimiyyət imanla qədərdən razı olmayan; üsyana düşməkdən qorxmayanlar o nərdivana dırmana bilməz, ya da pillələri tək-tək addımlaya bilməz çünki.

 

Sonsuzluq nərdivanı haradasa saxlanılırmı ki? O haradasa tapılarmı? Bunun tək cavabı var yalnız: Könüldə, qəlbdə.

 

Yaradılmış olanı, Yaradandan ötrü sevə bilməyənə; istəmədən sahib olduğu bu qədər neməti görməzdən gələnlərə görünməz o.

 

Sevdiyinə doyana; könülləri qırana, həm məşuquna aldanana yalan olur sonsuzluq nərdivanı.

 

Dünyadaykən böyük bir həsrəti yaşamağı gözə almayanlara bilinməzdir o nərdivan. Sonludan imtina edərək; sonsuzu arzulamayanlara görünməz o nərdivan.

 

Aciz bir qul fani olduğunu unudanlara, sonlu da sonsuz görünür. Tərsinə baxmaq lazımdır hər şeyə, tərsinə. Görünənin aldadıcılığını bilən üçün dünyanın əhəmiyyəti var ki.

 

Əsl olan şükürlə sevə bilmək; əsl olan bizi yaradan Mövlanı unutmadan aşiq ola bilməkdə, yəni əhəmiyyətli olan sonsuzluq nərdivanını tapıb duayla; şükürlə, lütflə, səbirlə o nərdivana dırmana bilməkdə; yəni eşqə aşiq olmaqda; yəni eşqi, o nərdivanı ya hər şeyi yaradanı unutmamaqda.

 

Uğurum, göz bəbəyim sevda çiçəyimsən sən.

Dünyanı fəda etdim, sənə koşuyorum mən.

Günlər boşa keçiyor zaman kaybetdik sanma,

Sonlu olan sonrası sonsuz başlar yenidən.

 

ƏSLİMİZ BİR DAMLA

 

Ağlayan gözlərim deyildi; qəlbimdi...

 

Eşqinə bəndəsi olduğum, hər şeyinə vurulduğum yar!

 

Səninlə bahar gəldi göyə, torpağa. Səninlə çiçək açdı hər yan; gülümsəyir sabahlar. Səninlə anlamını tapdı baxdığım, gördüğüm hər şey. Həsrət belə səninlə gözəlləşdi, yar!

 

Ayrılıq belə səninlə mənasına qovuşdu. Səndən öncə bir şey əskikdi həsrətdə; darıxırdım, amma niyə darıxdığımı bilmədən.

 

Gözəl olan bütün gözəllik səndən alır işığını. Məndə olanlar da səndən mənə keçənlər.

 

Ömrümün şərqindən qərbinədək hər yerinə ayaq basdın artıq. Sən məni tamamən fəth etdin; mənim fatehimsən artıq.

 

Sənə dair söylədiklərim ürəyimdən ürəyinə gedən yolda alışır, od tutub yanır. qədər yazsam da, sənə dair xitablarım eşq sözlərimdə daim bir şey əskik qalır.

 

Mən sənə qədər daim açmağı gözlədim. Gülüstan sənsən; mən sənin bağbanınam. Eşq səninlə gözəl; yollar səninlə qısa.

 

Hicranın sonu yoxsa eşqmiş yaşanan. Mən heç belə darıxmadım ki. Mən heç belə olmadım ki daha öncə.

 

Röyalarımdakı sultansan; mən bəndənəm sənin. Qarşılıqsız sevdim səni, hər nəfəsdə ölməyi ömürlük darıxmağı gözə alaraq.

 

Ürəyimin hər atışı Rəbbimdən sonra sənin olduğumu təsdiq edir.  Gözlərimə baxınca güzgüdə göz bəbəklərim sən açır, sevgili.

 

Yaşadığım yaşatdığın hallarla şükr edirəm Yaradana. Şükür suyuyla yuyunan çox da yanmırmış həsrətlə, yoxsa yanmamaq mümkünmü eşqdə?

 

Damarlarımda gəzən sənsən; məndə atan ürək sənsən. Sənsizliklə ölüm eyni şey, sevgili.

 

Gecəni aydınladan nursan,  günəşə güc verən aydınlıqsan. Qəlbimi qaranlıqlardan çəkib çıxaran Rəbbimdən sonra sadəcə sənin varlığındır.

 

Saya bilmədiyim, yetə bilmədiyim, söyləyə bilmədiyimin daha neçəsisən sən? Məni mən edənsən; məni özünə hər halınla bəndə qılansan.

 

Mən sənin ən sadiq eşq əsgərinəm, yar.

 

Varlığın özü eşq; şükrə vəsilə eşq. Səbrin qalası; xoşbəxtlik huzurun qaynağı eşq. Eşq üzərində qurulmuş aləm.

 

Həsrət çəkməyən haradan bilə bilər dəyər demək, eşq demək? Ayrılıq duymayan; itirmə qorxusu yaşamayan haradan bilə bilər eşqin, nəfəsin Yaradanın qiymətini?

 

Əsl səcdə bədənin deyil, könlün səcdəsi, sevgili. Əsl çəkilən ah; ürəkdən amma çox-çox dərinlərdən çəkilən.

 

Çox şükür deyə bilmək bir nemət. İmanlı yaşamaq və təvəkkül edib, təslim olmaq nə gözəl.

 

Sənsiz keçən bir gecəmi xatırladım birdən. Həsrətdən olacaq bir göz yaşı damlası töküldü yanaqlarıma, sevgili. Ağlayan gözlərim deyildi; qəlbimdi. Sadəcə bir damlaydı, lakin ürəyim elə fərəhləndi ki.

 

Dualarımın qəbulu olaraq düşündüm o halı. Bəlkə də, içimdəki eşqə, içimdəki coşquyakönlümün atəşinə dayana bilmədi göz yaşım və ağladı o damlayla.

 

Bəlkə də, göz yaşım yetişdi Rəbbimizə. Bəxtəvərlik deyirəm şükür hissləri ilə dolduğum o ana.         

 

Sevgili, könül gözü açıq olanlar duyar və bilər məna aləmindəki bəzi həqiqətləri. Gizli kimi görünən aşkar gerçəkləri.

 

Bir damlayıq biz əslində. Əslimiz bir damla, lakin o damla da ən gözəl dərya olan Rəbbimizdən bir parça deyilmi?

 

Əlbət nəfəs sayılı, əlbət bitəcək yollar,

Məhşər gələcək bir gün məni saracaq qollar.

Rəbbimə inancım tam; Ona güvənim sonsuz

Şükür və təvəkküldə eşqim hər kəsi sollar.

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.17.