"Azərbaycanda muğam: yeni tendensiyalarklassik ənənələr"

 

 

Yanvarın 16-da Londonda Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi, SOAS Musiqi Departamenti Şərq Cəmiyyətinin təşkilatçılığı iləAzərbaycanda muğam: yeni tendensiyalar klassik ənənələrmövzusunda tədbir keçiriləcək.

 

AzərTAc Avropa Azərbaycan Cəmiyyətininfacebooksəhifəsinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq İncəsənət İnstitutundan sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova mövzu üzrə çıxış edəcək. Onun çıxışı musiqi parçaları ilə müşayiət olunacaq.

 

İndi muğamınklassik ənənələriadlandırdığımız xüsusiyyətlər vaxtilə yeni tendensiya kimi meydana çıxıb. Tədbirdə müasir muğam sənətində son tendensiyalar, onların yaranması irəli sürülməsi məsələləri son vaxtlar həyata keçirilən birgə yaradıcılıq işlərinə, o cümlədən xanəndə Qoçaq Əsgərov fransız caz ifaçısı Pyer de Treqomənin əməkdaşlığına istinad olunmaqla müzakirə ediləcək.

 

Tədbir haqqında ətraflı məlumatı https://www.facebook.com/events/1236406946448798/ linkindən öyrənmək olar.

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.13.