“Həsrət,
eşq və sükut” kitabından parçalar
Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.
Kitabı Türkiyə türkcəsindən
Azərbaycan dilinə
gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.
Kitabda yer alan
esselərdən nümunələri
oxucularımıza təqdim
edirik.
EŞQ
İNANC, EŞQ GÜVƏN, EŞQ İMAN DEMƏKDİR
Gözləməkdən və həsrətdən yaşlandı məndə
hər mövsüm.
Susmaq istədiyi
anlar olur insanın; susdurmaq istədiyi gecələr. Belə zamanlarda
insan elə udum-udum sükutu hecalayar. Ah bu gecələr; ah bu susmayan gecələr.
Nə edərsə
etsin insan; qaça bilməz içindəki yalnızlıqdan. Hələ payına
düşmüşsə həsrət;
alın yazısı olmuşsa ələm; taleyinə razı olmaqdan başqa nə etsin qələm?
Darıxıram mən sənin üçün şükür
məşəlim; darıxıram. Sənsiz çəkilmir
bu aləm.
Ölüm bəzən qurtuluş insana; bəzən cəza. Yaşamaq ağır
gəlirsə bir cana; nəfəs
alsa belə nə fərq edər bir qəlb
ölmüşdür yana-yana?
Eşq bir ağaca bənzər; bəzi budaqlarını hüzün, bəzi budaqlarını xoşbəxtlik
bəslər. Həsrət acıdan bəslənər;
qısqanclıqla çoxalar
və vüsalla azalar.
Göy üzü
hüznün göz yaşlarından alır yağmurunu; bir dəyirman kimi üyütdükcə üyüdür
aşiqi və həsrətlə mayalayar
xəmirini.
Əğyar, yarın yanında
olduğu üçün
bixəbərdir acıdan;
aşiqsə, hər nəfəsdə çəkməklə
mükəlləfdir ayrılığı
və hər gün vüsala qatar ələmi. Şikayət etmək yasaqdır
ona; azadlıq sadəcə xəyallarında
tanınar aşiq olana.
Yoxluq nədir
bilirsinizmi? Yoxluq vara aşiq
olmaq; varda var olmaqdır. Ey insan oğlu - deyə səslənmək
istəyirəm bəzən.
Mən tapdım
yoxluqda varı; mən tapdım eşqlə; şükürlə
yarı. Eşq inanc, eşq
güvən, eşq iman demək.
Eşqlə nəfəs alan, aşiq olan insan xoşbəxtdir
demək. Amma çox çətinmiş;
tapmaq da çətin; tapdıqdan
sonra gözləmək
məcburiyyətində qalmaq
da çətin.
Bilin ki, eşq həyatın və mütləq olanın özü; eşqlə görər, duyar və hiss edər gerçəkdən
aşiq olanın gözü.
Yaşlandı içim, yaşlandı gözlərim. Gözləməkdən və həsrətdən
yaşlandı məndə
hər mövsüm.
Dualarım da yaşlandı
gözlərimlə. Xəyalım da yaşlandı həsrətinlə. Eşqin közü;
həsrətin özü
düşdü ürəyimə.
Sən bilirsən
Rəbbim; hər şeyi sən bilirsən; əvvəlimi
də; axırımı
da? Sən hər şeyə
qadirsən. Dualarla qapına
gələn qulunu geri çevirməzsən
ki sən?
Mən bir tək sənə və sadəcə eşqdə eşqə təsliməm; səndən
və eşqimdən çox şükür əminəm.
Həp peşmanlıq yaşadım
nəfsə uydum uyalı,
Tövbələrlə coşdum mən Rabbi duydum
duyalı...
SİZ
HEÇ...
Siz heç,
pərvanə kimi atəşə verdinizmi özünüzü, o həzz
üçün ölərək?
Siz heç,
həmişə gülməyini
istədiyinizin ağlamağına
şahid oldunuzmu?
Siz heç,
ağlamağın çarəsizlik
olduğunu düşünüb
sonra da için-için ağladınızmı
doya-doya?
Siz heç,
qırmaram dediyinizi qırdınızmı bilmədən
və öldünüzmü
hər nəfəsdə
min kərə?
Siz heç,
həsrətdən bir
mancanağa gərdinizmi
özünüzü və
sonsuzadək fədakarcasına
gözləməyi gözə
aldınızmı?
Yağmur isladır, lakin siz heç eşqin yağmurlarında
islandınızmı, sonrasında
çölün istisində
yanacağınızı bilərək?
Siz heç
pərvanə kimi atəşə verdinizmi özünüzü, o həzz
üçün ölərək?
Siz heç
susdurdunuzmu içinizi
əbədilik və hər danışmaq istəyəndə susmaq düşdümü taleyinizə?
Siz heç
çoxluca sevdinizmi; siz heç çoxluca sevildinizmi xəyalən belə olsa?
Sizin heç qıya bilmədiyiniz, doya bilmədiyiniz biri oldumu həyatınızda
və siz heç vüsalçün
təxirə saldınızmı
həsrətlərinizi?
Siz heç,
ölməyi düşündünüzmü
yarın qucağında?
Siz heç,
ölümünə darıxdınızmı
sevdiyin üçün
və həsrətdən
dəli-divanə oldunuzmu
gecələr boyu; sabahın heç olmayacağını düşündürdümü
sizə həsrət?
Bülbül gülə aşiqdir və gülün tikanları olsa da, hər nəfəsin
ciyərlərinizə batması
kimi eşq qarşısında özünüzü
heç biçarə
hiss etdinizmi?
Siz heç
yağmur dənəsi
kimi düşüb çölə; susuzluğu
gözə alıb açdınızmı qəlbinizi
yarpaq-yarpaq hicrana?
Siz heç,
heçliyi yaşadınızmı
varlığın özündə?
Siz heç,
vara aşiq olub çata bildinizmi sonunda heçliyə?
Siz heç,
heçliyi daddınızmı? Heçlikdən keçib varlığa, varlıqdan sonra yara qovuşdunuzmu?
Mən qovuşdum.
Gecəni
basdım bir duz kimi yarama
Anladım ki, acıyan yerim qalmamış.
Vurduqca vurdum qəlbimin gizli köşələrinə
Döndüm baxdım ki heç dərs almamış.
Üstünü örtdüm ələmlərimin
Yorğanım qısa gəldi hüzünlərimə.
Yuxusuz qalan əməllərimin
Hər gecə
kabusu oldu düşüncələrim.
Mehmet Nuri PARMAKSIZ
525-ci qəzet.- 2017.- 14 yanvar.- S.18.