Bahar gəlir   

 

 

Dağlar bəyaz, bağlar bəyaz,

Pəncərəmdə şaxta, ayaz.

Ürəyimdə qan qaynayır.

Könlüm deyir şeirini yaz,

Bundan sonra bahar gəlir.

 

Dağda-daşda qar təpiyir.

Buz əriyir, su yeriyir.

Bir yaşıl ot cücəribdi

Qışı-qarı hərləyir...

Bundan sonra bahar gəlir.

Göy itirir, yer qazanır,

Qar altda torpaq qızınır.

Yoldur belə keçib gedir,

Payızda, qışda uzanır...

Bundan sonra bahar gəlir.

 

Ağacdələn ağac dəlir,

Su üzündə buz kövrəlir.

Bir sərçənin səsindən,

Ürəyimdə söz kövrəlir,

Bundan sonra bahar gəlir.

 

Qulaq asın qəlbinizə

Çıxın çölə, yola, düzə,

Özünüzdən xəbərsizsiz

Nur yağıb üz-gözünüzə

Bundan sonra bahar gəlir.

 

10.01.2017

 

Dünyanın yeni mərəzi

 

Bu bir bəlasıdır dövranın - vaxtın.

Namərdlər o qədər artıb dünyada,

Güzgüdə özümə şübhəylə baxdım.

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2017.- 14 yanvar.- S.18.