Görüm
Düz olmayan dünyanın düz dərdini,
Bəxti
küsən qızların
duz dərdini,
Ürəyimi üşüdən buz dərdini
Kövrəlib də çəkə bilsən, çək görüm.
Saçımda ağ kağızın boz kölgəsi,
Dərdim
baxışımın toran
döngəsi...
Ömrə eşqim ömürdən
də ötəsi,
Dizlərinə çökə bilsən,
çök görüm.
Vaxtsız qonaq qocalıqmı?
Gəldimi?
Ufuldadan, sızıldadan dərddimi?
Düşmənimə açılmayan
dərdimi
Dost ovcuna bükə
bilsən, bük görüm.
Elə yığdıq tərəziyə
daş-başı,
Qoyduq sələmlərə
qalan daş-qaşı.
Ətəyimdən bu inadkar “Beş daş”ı,
İzlərimə tökə bilsən, tök görüm.
Bəxt yazan bəxtimi aldatdı daha,
Tökmə, qəm sandığım qat-qatdı daha.
Qəlb evim şüşətək çat-çatdı daha,
Sən Güldərən, tikə bilsən, tik görüm.
Güldərən VƏLİYEVA
525-ci qəzet.- 2017.- 14 yanvar.- S.18