Ölümə dağ
çəkən dağ boyda
Rəhim kişi
(Rəhim
Mirzəyevin əziz xatirəsinə)...
93-ün yayında
yurdu yağmalanan Rəhim kişi
o qaçaqaç, qovhaqovda
kənddən sonuncu çıxmışdı,
ölümüylə birinci dönənlərdən oldu
kəndə
Umud-umud
oğulların çiynində...
- Kənd düşmən tapdağında,
yurd ki, öz yerindədir, -
demişdi Rəhim
kişi
Bu da Allahın rəhmidi,
bu da Allahın işidi,
Umudum Rəhimoğlu,
Rəhimin Umud oğlu
Torpaq işğal olsa da,
ölüm işğal
olunmaz”.
-Üzümü torpağa
qoyanda
qapıdan götür
məni -”,
Ölümə də dağ çəkdi
dağ boyda Rəhim kişi...
Ölümüylə ölümə
sirr olan Rəhim kişi...
Qəbri
yurd yerində
pir olan Rəhim kişi!
07.01.2017
Əlisəmid KÜR
525-ci qəzet.- 2017.- 14 yanvar.- S.18.