Tofiq Kazımovun yaradıcılığında “Ölülər” məqamı...

 

 

Zaman adlı ölçünün imtiyazlarından biri  odur ki, onun tərkibində mövcud olan hər şeyi-insanları, onların talelərini, fakt hadisələri, olanları ola biləcəkləri istədiyin qaydada sıralamaq mümkündür.

 

Bu sıralamanın nəticəsində yaranan virtual aləmin öz qanun qanunauyğunluqları, şərtləri, imkan qadağaları çərçivəsində istənilən məsələni indi, bu an kənar, yad təsirlərə məruz qalmadan araşdırmaq mümkündür. Bu yanaşma teatr prosesinin tədqiqində öz konstruktivliyini daha bariz şəkildə göstərir.

 

Tofiq Kazımovun yaradıcı irsini bütövlükdə bir obyekt kimi qəbul etdikdə, onun elmi-nəzəri strukturunu, bu strukturun sistemliyini təməli konstruktlarını obyektiv analiz əməliyyatına yararlı etmək mümkündür. Bu əməliyyatların səmərəli nəticələrini müəyyənləşdirən məqam ondan ibarətdir ki, Tofiq Kazımovun yaradıcı irsini aktuallaşdıran tamaşaların siyahısı asanca aşkarlanan məntiqə bağlıdır. Bu məntiqi araşdırma üsuluna çevirmək üçün sözü gedən siyahıdakı tamaşaları ayrı-ayrılıqda, qruplaşdırılmış halda, xronoloji ardıcıllıqda, əvvəldən axıra ya axırdan əvvələ yönələrək, araşdırmaq mümkündür. Amma istənilən variantda təhlil nəticəsində yaranan modelin mərkəzində hər dəfəÖlülərtamaşası durur. Bu məqam Tofiq Kazımovun yaradıcı irsini vahid bir sənət əsəri kimi təhlil etməyə əsas verir. Amma belə olduqda görürük ki, bu əsərinbaş hadisə”si yalnız yalnızÖlülərməqamıdır. Məlumdur ki, əsl istedadlı sənətkarın bioqrafiyası onun yaradıcılıq yolu ilə eyniləşir. O dərəcədə eyniləşir ki, onları bir-birindən ayırmaq mümkün olmur. Bu baxımdan daÖlülərtamaşası Tofiq Kazımovun həyatının ən parlaq hadisəsidir.

 

Tofiq Kazımov Zamanı”nın konkret səciyyələrinin fövqündə durmağı bacaran tədqiqatçıdan ötrüÖlülərtamaşasının bir məqamı da aydınlaşır: bu əsəri Tofiq Kazımov səhnələməsəydi, onu, heç şəksiz ki, başqa bir rejissor tamaşaya hazırlayacaqdı, çünki bu, zamanın prosesin tələbi idi. Amma bir tərəfdən bu hadisə, təbii ki, baş verməyə bilərdi. Belə olduğu halda, milli teatrımızın inkişaf vektoru, bizi bu gün, bəlkə , başqa teatr mənzərəsi ilə üz-üzə qoyacaqdı. Bu mənzərə indikindən yaxşımı, yoxsa pismi olacaqdı, bunu söyləmək çətindir. Amma bir şeyi tam məsuliyyətlə deyə bilərik ki, çağdaş Azərbaycan teatr prosesinin mövcud olan mənzərəsi bir çox mənalardaÖlülərməqamının indiki teatr məkanına müxtəlif proyeksiyalarıdır. Belə ki, 80-ci illərdən bu yana Azərbaycan milli teatr prosesinin istiqamətlərini müəyyənləşdirən istedadlı rejissorlarÖlülərməqamına biganə qala bilmədilər. KimiÖlülər”in açdığı tam yeni yolların yolçusu oldu, kimi ömrünün sonunacanÖlülər”lə yaradıcı mübahisədə bulundu, bəziləriÖlülər”inşinel”indən çıxmağı bacarmadı, bəziləri isəÖlülər”in içindəki latent halda mövcud olan mətləbləri həssaslıqla duyub, onları öz yaradıcılığındacanlandırdı”, inkişaf etdirdi. Bu mənada, Tofiq Kazımovu həm “REJİSSORLAR ÜÇÜN REJİSSOR” adlandırmaq olar. Bu statusu zamanın özü təsdiqlədi.

 

Bu gün teatr tariximizin hansısa konkret bir mərhələsinin mənzərəsini obyektiv şəkildə bərpa etmək ehtiyacı yarananda, müraciət etdiyimiz materiallar-resenziyalar, memuar ədəbiyyatı qoyulan məqsədi həll etməkdə o qədər  səmərəli olmur, çünki bir qayda olaraq, dövrün, bu dövrdə yaradılmış əsərin-tamaşanın özəlliklərini əks etdirmir. Bugünkü tədqiqatçı, əslində, deşifrə əməliyyatları aparmalı, sətiraltı mənaları üzə çıxarmalı bunların üzərində öz mövqeyini müəyyənləşdirməli olur.

 

Tofiq Kazımov kimi nadir istedada malik olan, hər yeni yaradıcı addımı ilə teatr sənətininxam torpaqlar”ına ayaq basan, dövrünü gözgörəsi bir sürətlə qabaqlayan rejissordan ötrü, sözsüz ki, bu sayaq dəyərləndirmə üsulu qəbulolunmazdır. Əslində, mövcud vəziyyət, ümumiyyətlə, sənət elmi təfəkkürdən ötrü faydalı deyil, çünki belə olduqda, elm sənət münasibətinin məhsuldarlığı xeyli zəifləmiş olur. Hələ psixoanilizin banisi Z.Freyd demişdir ki, şairlər kəşf edir, alimlər isə onların kəşflərini izah edirlər. Aydın məsələdir ki, şairlərin, sənətkarların kəşflərini dürüst izah etməkdən ötrü elmi düşüncə onlarla eyni kontekstdə analitik əməliyyatlar aparmalıdır. Demək olmaz ki, Tofiq Kazımovun inqilabi kəşfləri ictimai şüurdan ötrü qapalı, yəni izahsız qaldı. Bu keçmişə qarşı ədalətsizlik olar. Söhbət ondan gedir ki, dəqiq elmi təhlil sənətkarın axtarışlarını əsaslı surətdə nizamlayır, onu mövcud ola biləcək təbii sapıntılardan qoruyur.

 

Burada bir haşiyə çıxıbcanlı şahid qismindədeyə bilərəm ki, Tofiq müəllimin öz tamaşalarına teatr prosesinin cari vəziyyətinə dair verdiyiizahatlarelmi dərinliyilə bizləri heyran edirdi. Eyni zamanda anlayırıq ki, Tofiq müəllim bu aforistik, düstur xassəli mülahizələrini ovaxtkı televiziya ekranından səsləndirə, ki, dövri mətbuatda dərc etdirə bilərdi. Bunun səbəbi heç ideoloji uyğunsuzluq deyildi. Sadəcə, mövcud olan ənənə bu sayaq mürəkkəb təzadlı açıqlamaları qəbul etmirdi. Yeri gəlmişkən, günlərimizin yeni ənənəsinə toxunaraq, demək lazımdır ki, mətbuat səhifələrində yer alanresenziyalaröz ərkyanaşıltaqlığı ilə”, “şok-açıqlamaları ilə”, subyektiv qənaətləri ilə keçmişdəki ənənəninastar üzütəsirini bağışlayır. Fərq yalnız forma üslub sərbəstliyindədir. İnformativ tutum etibarilə isə hər ikisinin dərəcəsi o qədər yüksək deyil. Təbii ki, hər iki halda istisnalar var.

 

Təsadüfi deyil ki, böyük alim və görkəmli dövlət xadimi Cəfər Cəfərov “Teatrda yenilik” məqaləsində bu məsələyə xüsusi diqqət yetirir. O, ittihamlara cavab verərək, təqdirəlayiq cəsarətlə yazır ki, indiki tamaşa Şeyxin simasında dinlə mübarizəni əsas götürmür; otam mənasında şeyxdir, nə də, sadəcə, “İsfahan lotusudur”. M.Dadaşovun Şeyxi dünənin deyil, bu günün adamıdır, çox ustadır, məharətlidir, biliklidir, aldatmaq və məhkum etmək onun sənəti və məqsədidir. Şeyxilik ancaq bir örtükdüro, sabah başqa bir məmləkətə düşərsə, orada yəqin ayrı bir donda görünə biləcəkdir.

 

Kimin haqlı olmasını zamanın özü təsdiqlədi. C.Cəfərovun uzaqgörənliyi, məsələnin kökünü, məğzini görüb dəyərləndirə bilməsi indiki zamanın gerçəkliyində apaydın görünür. Bu gün görkəmli teatrşünas-alimin fikrinə bir qədər müdaxilə edərək, deyə bilərik ki, doğrudan da, Şeyx Nəsrulla tipli insanlar dünənin deyil, bu günün adamlarıdır. Onlar dünyanın indiki zamanında ayrı bir donda görünsələr də, eyni məqsəd uğrunda uğraşırlar: aldatmaq və məhkum etməkdə onlar ustadır, məharətlidir.

 

Bu gün isə yaşa dolub həyat təcrübəsi qazanmış mən, qeyri-təvazökarlıq olmasın, Tofiq Kazımov haqqında deməyə söz tapıram. Amma bununla çox da öyünmürəm. Çünki mənə yardımcı olan bir mənbə mövcuddur. Bu mənbə-Zamandır! Cəfər Cəfərov isə “Tofiq Kazımov fenomenini müasirlərinə izah edəndə, onun bu imtiyazı yox idi: o, özü də gərgin dinamikada, hərəkətdə olaraq sürətlə inkişaf edən rejissorun gördüyü işləri, şahmat termini ilə desək, “seytnot” vəziyyətdə görməli, dərk etməli, dəyərləndirməli və anlaşımlı sözlərlə “geniş tamaşaçı kütləsi”nə çatdırmalı idi.

 

C.Cəfərovun “Ölülər”ə verdiyi qiymət heç də kor-koranə, ağızdolusu tərif deyildi. Sevdiyi sənətkarın yaradıcı məhsuluna obyektiv yanaşmağı bacaran alim kəsirli cəhətlərə də göz yummurdu. Müraciət etdiyimiz məqalədə C.Cəfərov yazırdı ki, rejissor Tofiq Kazımov tamaşanın ümumi rəsmində, quruluşun təşkilatında, səpkisinin müasirliyində, şəksiz, güclü və cazibəlidir, aktyorla işində isə heyif, bir natamamlıq duyulur. Burada, görünür, günahın bir qismi də aktyorların üzərinə düşür, çünki onlar mürəkkəb və zəngin xarakter yaratmaq zəhmətinə qatlaşmaq istəmirlər, çoxdan açılmış cığırla gedirlər.

 

Etiraf etməliyəm ki, o vaxt da, indibu sətirləri oxuyanda Cəfər müəllimlə razılaşa bilmirəm. Ancaq bu gün aydın dərk edirəm ki, “o vaxt” “Ölülər” tamaşası bizi elə ovsunlamışdı ki, Həsənağa Turabovun qayğılı İskəndəri, Məlik Dadaşovun qorxunc cazibəli Şeyx Nəsrullahı, İsmayıl Osmanlının (SSRİ xalq artisti!!!) civə kimi ələkeçməz Məşədi Orucu, Məmmədrza Şeyxzamanovun sual təcəllisinə dönən Hacı Həsən ağası, hətta Hamlet Xanızadənin “2-ci azarlı” obrazı bizi heyrətamiz yenilikləri ilə heyran etmişdi. Heyranlıqla obyektiv dəyərləndirmə isə bir araya gəlməyən başlanğıclardır. Bu gün isə o tamaşada iştirak edən aktyorların, demək olar ki, böyük əksəriyyəti dünyasını dəyişibdir və onların yaratdıqları obrazlar yaddaşımda gəncliyimin parlaq xatirələri kimi yaşamaqdadır. Razılaşaq ki, sevimli xatirələrə tənqidi yanaşmaq mümkün deyil.

 

C.Cəfərovun “Ölülər” tamaşası haqqında yazdığı məqalənin son sözlərini bir daha xatırlamaq yerinə düşər. O, yazırdı ki, “Ölülər” yaxşı nailiyyətdir, bir səhnə əsəri olaraq yenidir, müasirdir, hətta, demək olar ki, sadəcə, istedad məhsulu deyil, inkişaf və tərəqqi nişanəsidir”. Bu bir neçə cümlədə cəm edilmiş fikirləri açıqlamaq cəhdində bulunsaq, məlum olacaq ki, C.Cəfərov bu tamaşanı da, onu hazırlayan rejissoru dainkişaf və tərəqqi nişanəsi” kimi dəyərləndirəndə, məhz “Tofiq Kazımov fenomeni”nə işarə edir. Həqiqətən də, “Ölülər” tamaşası Tofiq Kazımovun yeni zaman kəsiyində inkişafını və bütövlükdə, milli teatr prosesinin tərəqqisini əsaslı surətdə şərtləndirmişdi.

 

 

 

Məryəm ƏLİZADƏ

Sənətşünaslıq doktoru, professor

 

525-ci qəzet.- 2017.- 14 yanvar.- S.15.