Maraqlı və yaddaqalan
"Musiqili fasilə"
Yanvarın 13-də Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının
(BMA) 2011-ci ildə yaradılmış
"Baku Chamber" Gənclər Kamera Orkestri" yeni layihə ilə musiqisevərləri
bir araya topladı.
Klassik musiqinin ictimaiyyət arasında - daha fərqli auditoriyanın olduğu məkanlarda geniş təbliğinə
yer ayırmaq və insanlarda klassik musiqiyə olan məhəbbəti musiqi salonlarından kənarda da aşılamaq məqsədilə
orkestrin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov maarifləndirici və maraqlı
bir layihə təqdim etmişdi.
Layihə
barədə fikir bildirən Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr
və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti Yeganə Axundova qeyd etdi
ki, bu layihənin
əsas məqsədi
insanların vaxtını
almadan, zala çəkmədən, heç
kəsi işindən
ayırmadan məktəblərdə,
universitetlərdə klassik
musiqini anlamağı
yə duymağı aşılamaq, bəstəkar
və onların əsərləri haqqında
bilik və təsəvvürləri yarada
bilməkdir.
Layihə "Musiqili fasilə" adlanır və gənclərin asudə vaxtlarında klassik musiqi dinləməsini daha əlverişli şəraitlə təmin
edir. "Musiqili fasilə"də təhsil
ocağının professor-müəllim
və tələbə
heyəti klassik musiqi incilərinin ən gözəl nümunələrini "Baku Chamber" orkestrinin ifasında dinləmiş olacaqlar.
Hər
ay gerçəkləşəcək olan layihə musiqi zallarında deyil, məhz foyedə həyata keçiriləcək. Orkestrin 15-20 dəqiqəlik
çıxışı zamanı
öncə əsər
və onun müəllifi haqqında qısaca məlumat veriləcək.
Tədbir günü öncə BMA-nın Böyük zalının foyesində qurulmuş monitorda orkestrin açıq səma altında həyata keçirdiyi flaşmobdan görüntüləri və Münhen Gənclər Simfonik Orkestrinin baş dirijoru olan maestro Fuad İbrahimovun olduğu heyətlə, ötən ilin payızında Almaniyanın müxtəlif şəhərlərində böyük müvəffəqiyyətlə keçən konsertlərindən kadrları, yeni layihənin icrasına başlamazdan əvvəl nümayiş etdirildi. Daha sonra isə orkestrin kiçik həcmli musiqi parçalarından ibarət canlı ifaları auditoriyaya təqdim olundu.
Layihənin ərsəyə gəlməsində böyük rolu olan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nümayəndə heyəti musiqi proqramından öncə öz ürək sözlərini dilə gətirdilər.Onlar bu layihənin son dərəcə əhəmiyyətli olmasından söz açaraq bu işdə "Baku Chamber" Gənclər Kamera Orkestrinə uğurlar arzuladılar. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, görkəmli pianoçu, Xalq artisti, professor F.Bədəlbəyli ümidvar olaraq bildirdi ki, layihə yaradıcılıq fəaliyyətindən fərqli olaraq güclü maarifçilik başlanğıcını özündə daşıyır. Bu orkestr və əfsanəvi konservatoriyanın bəstəkarlıq və ifaçılıq məktəbi, Azərbaycanın yüksək musiqi sənətini təbliğ edərək bütün dünyaya nümayiş etdirəcək və gələcəkdə onun akademik yetirmələrinin adı uca olacaqdır, çünki musiqi bizim ən güclü silahımızdır! Rektor bu layihənin daha fərqli universitetlərdə və təhsil ocaqlarında geniş yayılmasının əlamətdar olacağını vurğuladı. Qeyd etdi ki, bu, çox lazımlı və mühüm layihədir və AMEA-nın özündə, universitetlər və müxtəlif ali məktəblərində həyata keçiriləcək, fərqli ixtisasların nümayəndələrini birləşdirərək klassik musiqiyə olan dəyəri artıracaqdır.
Layihənin təşəbbüskarı Fuad İbrahimov BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti Yeganə Axundovaya layihənin hazırlanması və reallaşması sahəsində böyük zəhmətinə görə dərin minnətdarlığını dilə gətirdi və orkestrin gənclərin asudə vaxtlarında musiqi dinləməsi üçün çox vaxt aparmayan kiçik həcmli əsərlərə müraciət edəcəyini vurğuladı.
Çıxışlardan sonra səslənən musiqi parçaları dinləyicilərdə maraq və rəğbət oyatdı.
Lalə
NAMİQQIZI
525-ci qəzet.- 2017.- 17 yanvar.- S.8.