Ədəbiyyatımızın Camal Yusifzadə itkisi

 

Tanınmış Azərbaycan şairi publisisti, dəyərli ədəbiyyat mədəniyyət xadimi Camal Yusifzadə vəfat edib.

 

Ailəsindən APA-ya verilən məlumata görə, Camal Yusifzadə yanvarın 16-da ürək tutmasından dünyasını dəyişib. Mərhum sənətkar bu gün Lənkəranda dəfn olunacaq.

 

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun Tarix fakültəsində təhsil alıb (1960-1965).

 

Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972).

"Ədəbiyyat incəsənət" qəzeti redaksiyasında teatr, kino musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub.

 

Televiziya Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).

 

1998-ci ildən Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsində çalışıb.

 

Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

 

Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" başqa pyesləri tamaşaya qoyulub. 

 

Orijinal bədii yaradıcılığı ilə yanaşı, Camal Yusifzadə ədəbiyyat poeziya ilə bağlı maraqlı fikirlərilə seçilib. Son müsahibələrindən birində bu mövzuyla bağlı diqqətçəkən düşüncələr bölüşüb: "Poeziya insanın özünün-özünə yazdığı məktublardır. Dəfələrlə deyiblər televiziyada şeir oxu. İstəmirəm. Məncə, televiziya şeir üçün deyil. Poeziya çox şəxsi, intim şeydir. Poeziya məclisində oxumaq olar, bir söz demirəm. Amma televiziyada şairin gəlib, misal üçün, on dənə şeir oxuması mənə çatmır... Haqqımda film çəkilib, özüm yetmişə yaxın sənədli filmin müəllifiyəm, amma şair kimi efirdən təmtəraqlı çıxışlar edə bilməmişəm...

 

Demək olar ki, bütün dünya poeziyasını mənimsəmişəm. İstər Latın Amerikası poeziyası olsun, istər ispanlar olsun, istərsə ingilislər, fransızlar... Pol Eluar, Rembo, Pablo Neruda sair. Gəncliyimizdə poeziyaya güclü meylimiz vardı deyə hamısını oxuyurduq. Kitabları da var məndə. Təkcə poeziyanı deyil, nəsri oxuyurduq...

 

Şeirə tələbəlikdə başladım. Ədəbiyyat haqqında artıq təsəvvürlərim vardı bilirdim ki, yazacam. Ancaq sərbəst yazmağım xüsusi bir plana uyğun olmadı. Elə düşündüm, elə yarandı elə yazıldı. Özümü bu cür ifadə eləmək daha asan gəldi mənə. Sərbəst şeirin qaydaları çox gizlinlərdə, çox dərinlərdədir. Ona görə, ənənəvi şeirin qayda-qanunlarını bilmədən sərbəstdə uğur qazanmaq imkansızdır..."

 

Mərhum şairimizə Allahdan rəhmət diləyir, poeziyasından bir neçə nümunəni oxucularımıza təqdim edirik.

 

Mənim yaşımda

Heç kim məhəbbətdən ölməyib hələ,

Mən ölmərəm.

Ölmərəm, ancaq

Görünür yaşamaq çətin olacaq.

Mənim yaşımda birisi yumar gözünü,

Yıxılar həsrətin daş hasarından

Başqa birisinin qolları üstə.

Mənim yaşımda,

zənciri qırılmış bir dəli fəryad,

Sərsəri başına bir cüt diz tapar.

Başqa birisi bıçaq yerinə

Ruhunu soymağa bir cüt göz tapar.

isə,

Mənim yaşımda

Yaşayar bu dövrü

hərə birtəhər.

isə, isə...

Mənim yaşımda

Heç kim məhəbbətdən ölməyib hələ,

Mən ölmərəm...

 

1970

 

lll

 

Çözələnir sübh çağı

Civil-civil civildəyir torağay.

Heyva ətirli yaydı...

Üfüqdə havalanmış cılız ixtiyar qoca

Cismən xəstəxanada, ruhən çox uzaqdaydı!

Otaq, yataq ağappaq,

Tibb bacısı - təsəlli -

xalatda, papaq!

Qoca röyada bəlkə? -

paltarda,

kəfəndə,

yuxu!?

Havalanmışdı ruhu.

- Xeyir ola, Əli dayı?

Dara çəkir yaddaşın?

Yuxun qaçıb? Dərd alıb?

O yaş deyil axı yaşın!

- Nəə, ey, ay bala,

İçimdə çözülməyən bir ağac dərdi qalıb.

Ovxarlanır baltası,

Əsim-əsim əsir səsi

- Elə bu?

Qəm eləmə, qəm yemə!

Bu gün-sabah oğlun gələr,

Qayıdarsan evinə,

Colma-cocuq, el-oba,

Qonum-qonşu, yurd, binə...

- kənd? ev? binə?

Ay ötüb ki, burdayam...

İncimərəm gəlməsə!

Ümü-küsü... isə!?

Səbrim tükənib daha,

Ümid yoxdur sabaha

İndicə bu dəqiqə, o gədəyə zəng elə.

De İblisə uymasın,

İçi içimdən keçən o ağaca qıymasın!

Nəhəng, ulu ağacdı -

Civil-civil quşları, pırıl-pırıl saçları,

İsinməyən kölgəsi,

Div ayaqlı gövdəsi.

Tanrıdan dilənmişəm; ölsəm içinə çəksin!

Ərşə qalxan ruhumu onun kökünə əksin!

Di tez elə! Əriməyib vaxt hələ.

Yamyaşıl bu arzumu vaxt var ikən çin elə.

Hər anın öz hökmü var: səhər vallah gec olar!..

Sabah daha gec oldu -

Əcəl daha kəc oldu!

Qəhərlənmiş qocanı TANRI qoynuna aldı.

Taybatay havalanmış pəncərə açıq qaldı.

Sabah daha gec oldu -

Balta daha kəc oldu!

Nəhəng qarağacın

Qırış-qırış kölgəsi budağında saraldı!..

Bir ixtiyar qocanın yamyaşıl dərdi qaldı...

 

2005

 

lll

 

Heç olmur özbaşına;

olum,

ölüm,

ki, sevda

Allahına daş atanın

Daşı düşür öz başına!

Nəhəng təkər - çərxi-fələk,

xəlbir - ələk -

Yer fırlanmır özbaşına.

Yer hərlənir -

Ay dolanır, gün yanır!

Gündüzlər gündüz gəlir,

Gecələr hər gecə!

Ölüm sabah donunda,

Ayrılıq da eləcə.

Həsrət varmı özbaşına?

Ağrısını çəkə-çəkə.

Nəsə gərək itirəsən!

Havalanma göz yaşına,

Ölən gündən - keçmişdən

Nəsə gərək götürəsən,

Kişilər tənha olmur özbaşına! -

nəsə hopur yaddaşına.

"Sevda" deyib ölən yar,

Alovlanan sevdanı,

Eşq məsəli - həyatı

Adidən adi edən qadın var!

Əzabı sev -

içində azmısan daha!

Qarışqatək yükünü

Daşı-apar sabaha!

O gün ki ötüb keçəcək,

O şey ki, bitib keçəcək.

Salxım söyüd,

Ağlamağa dəyməz axı!

Suyum, güldanım - gülüm,

Vaxt itirmə boşuna,

Nəkarəsən bu dünyadan

Köç edəsən özbaşına!?

Məhəl qoyma baş daşına -

yaşına,

Əzrailə, İblisə!

Hadi, hadi, hadi get -

qədər ki

Məhəbbət var, ölüm var,

Yaşa getsin özbaşına!

 

2005

 

lll

 

Atamın kölgəsi evimizdə imiş.

Gün düşdü üstünə

üzünü gördüm

Sildim üz-gözünü, toz-torpağını,

Taxçada, boxçada izini gördüm.

Tanrı qismətindən

payı var imiş;

İlahi gülüşün

gözünü gördüm!

Kölgəsi yamanca kədərli idi, -

Həm nəmdi, həm ilıq,

qırış-qırışdı.

Atamın kölgəsi qocalmamışdı.

Atamın kölgəsi evimizdə imiş, -

Baxdım kölgəsinə -

özümü gördüm,

Adana axşamı

müqəddəs gecə

Anam yemək çəkib sağına qoydu -

Sağında atamın dizini gördüm...

Ölüləri içinizdə dəfn edin! -

İçinizdə baş daşı yox, qəbir yox,

İçinizdə heç vaxt,

Heç kim itməyəcək!

Ölüləri ruhunuza dəfn edin -

Kölgələri mütləq evə gələcək!

 

2007

525-ci qəzet.- 2017.- 17 yanvar.- S.6.