Xoreoqrafiya Akademiyası "Şelkunçik"i təqdim etdi
Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının hazırladığı P.İ.Çaykovskinin "Şelkunçik" baletinin premyerası keçirilib.
Bakı Xoreoqrafiya Akademiyası 90 illik tarixi ərzində ilk dəfə olaraq təhsil müəssisəsinin tələbə və şagirdlərinin iştirakı
ilə
tamaşa nümayiş etdirib.
Tədris tamaşasının
məqsədi Azərbaycanda
klassik rəqs və balet irsinə
marağın artırılması,
balet sənətinin təbliği və bütövlükdə xoreoqrafiya
sənətinin inkişafına
töhfə verməkdir.
Beynəlxalq müsabiqələr laureatı,
Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarə etdiyi tamaşanın quruluşçu
baletmeysteri Əməkdar
müəllim Pellumb Aqalliyay, bədii rəhbəri Xalq artisti Kamilla Hüseynovadır.
Baletmeyster-repetitorlar arasında
BXA-nın Baletmeyster sənəti kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru,
professor Lyudmila Həsənova, BXA-nın "Klassik rəqs" kafedrasının
müdiri, Əməkdar
mədəniyyət işçisi
Mayra Almaszadə, BXA-nın
Klassik rəqs kafedrasının müəllimi,
Əməkdar mədəniyyət
işçisi Sergey Boqdanov,
BXA-nın Klassik rəqs kafedrasının baş müəllimi, Əməkdar mədəniyyət
işçisi Lyudmila Qutlyanskaya,
BXA-nın Kollecinin direktor müavini Yekaterina Mustafayeva da var.
Tamaşada Bakı
Xoreoqrafiya Akademiyasının
tələbələri - Murad
Kərimov, Dinara Şirinova, Mikayıl Həsənzadə, Fatimə
Xəlilova, Sübhan Abışov, Nurlan Rəsulov, Seymur Qədiyev, Arzu Əsədova, Mətanət
Rəcəbli, Ləman
Nəbiyeva, Gülanə
Əsgərova, Əsmər
Mövsümova, Liana Praqa,
Rafael Atayev, Surac Qurbanov, Rifan Qəhrəmanov, Ümid Zülfiqarov, Nicat Teymurlu, Azər Pənahov, FatimaXələfova,
həmçinin şagirdlər
- Maksim Lobaçov, Nərgiz Abdullayeva, Aza Nurullayeva, Nəzrin Adıyeva, Aydan Hüseynova və Roza Zeynalova
iştirak ediblər.
525-ci qəzet.- 2017.- 19 yanvar.- S. 2.