Milli Kitabxanada “20 Yanvar
- hüzn və milli qürur günü” sərgisi açılıb
Yanvarın 19- da Milli Kitabxanada “20 Yanvar - hüzn və milli qürur günü” adlı geniş kitab sərgisinin açılışı olub.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq yaxın keçmişə nəzər saldı, soyuq qış gecəsində Sovet ordusunun silahlı birləşmələrinin dinc, əliyalın əhaliyə tutduğu divandan danışdı.
K.Tahirov o zaman Azərbaycanın informasiya blokadasında olmasından,
ümummilli lider Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyə
gedərək sərt bəyanat
verməsindən söhbət açdı. O, 20 Yanvar
hadisələrinin həm
də azadlıq, müstəqillik yolunda atılan ilk addım olduğunu söylədi.
Direktor müavini
Ədibə İsmayılova
1990-cı il yanvarın
19-dan 20-ə keçən
gecə qanlı Sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətlləri insanlığa
qarşı törədilmiş
ən ağır cinayətlərdən biri
kimi qiymətləndirdi.
Kitabxananın şöbə müdiri Səyyarə Məmmədli
Azərbaycanın azadlığına,
müstəqilliyinə həsr
etdiyi şeirini söylədi.
Tədbirin sonunda iştirakçılar qanlı
hadisələri özündə
geniş əks etdirən “20 Yanvar- hüzn və milli qürur günü” adlı kitab sərgisi ilə tanış
oldular.
525-ci qəzet.- 2017.- 20 yanvar.- S.12.