“Qətl edilmiş uşaqlar” erməni faşizmini ifşa edir

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda, Əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunanQətl edilmiş uşaqlarkitabının təqdimat mərasimi keçirilib.

Nəşrin ideya müəllifi Faiq Şükürbəyli, müəlliflər Nəsimi Faiqoğlu İlkin Şükürbəylidir.

Tədbiri AYB sədri, Xalq yazıçısı Anar açaraq yeni nəşrin əhəmiyyətindən danışıb, erməni vəhşətinin ifşa edilməsində oynaya biləcəyi rolu vurğulayıb: “Mən bu kitabı çox böyük ürək ağrısı ilə oxudum. Müharibə bəzi hallarda qaçılmazdır. Ancaq elə şeylər var ki, müharibə, insan əxlaqına sığışmır. Diri-diri yandırılan, başı kəsilən insanların yaşadığı müsibəti təsəvvür etmək mümkün deyil”.

AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca kitabda ermənilərin mənfur xislətinin bariz şəkildə əks olunduğunu deyib: “Kitabda ermənilərin vəhşilikləri ilə bağlı hər şey var.  Ermənilərin xisləti həm mətnlərdə, həm foto faktlarda aydın şəkildə göstərilib”.

Xalq şairi Nəriman Həsənzadə kitabın müxtəlif dillərə tərcüməsinin zəruri olduğunu nəzərə çatdırıb: “Bu kitab Azərbaycan xalqına xidmətdir xarici dillərə, hətta erməni dilinə tərcümə olunmalıdır. Qoy özləri görsünlər ki, vəhşiliklər törədiblər. Bundan başqa kitaba düşməyən bəzi şəkillər əlavə edilməlidir. Bir çox vəhşiliyin foto sübutları yoxdur. Onların isə rəsmlərinin əllə çəkilməsi, kitabdakı mətnlərə artırılması lazımdır”.

Faiq Şükürbəyli nəşrlə bağlı fikirlərini bölüşüb: “Məlumdur ki, kitabdakı faktların toplanması, kitabın tərtibi çox böyük zəhmət bahasına başa gəlib. Hər sətrindən qan damlayan kitabı həyəcansız oxumaq mümkün deyil. Kitabın hazırlanmasında məqsəd budur ki, qoy özlərini yazıq kimi göstərən ermənilərin xisləti, üzləri açılsın. Törətdikləri qətliamlar dünya ictimaiyyətinə çatdırılsın”.

Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov qeyd edib ki, erməni vəhşiliklərinin dünyaya göstərilməsində gənc yazarların da üzərinə böyük yük düşür: “Ermənilər tərəfindən xalqımıza qarşı törədilən qətliamlar barədə komissiyamızda xeyli sayda material var. Mən yazıçılarımızı komissiyanın arxivi ilə tanış olmağa, sənədlərdəki həqiqətləri bədii publisistik şəkildə qələmə almağa dəvət edirəm”.

İ. Axundov deyib ki, müharibənin məzmununda dağıtmaq, məhv etmək qəddarlıq var: “Bu, insan bəşəriyyətin ən qəddar kəşfidir. Müharibədə ən ağır hal isə daha çox dinc əhalinin, qadınların, qocaların işgəncəyə düçar olması, qətl olunmasıdır. Bu konteksdə uşaqlar daha artıq əzab-əziyyət çəkir. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi bu baxımdan fərqlənmir. Bu gün təqdim edilən kitabın ermənilər tərəfindən humanitar normaların pozulması faktlarının öyrənilməsində böyük rolu var. Kitabda Dağlıq Qarabağ münaqişəsində Ermənistan terrorçu qüvvələri tərəfindən qətlə yetirilən 229 və 20 Yanvar qətliamının qurbanı olan 4 uşaqdan bəhs edilir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3867 nəfər itkin düşmüş azərbaycanlı Dövlət Komssiyasının qeydiyyatındadır. Bu şəxslərdən 62 nəfəri, təəssüf ki, uşaqlardır. Ən üzücü hal isə ondan ibarətdir ki, 873 Azərbaycan vətəndaşı, o cümlədən, 29 nəfər uşağın Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi və aidiyyatı beynəlxalq təşkilatlardan gizlədilərək saxlanılması barədə şahid ifadələrinin olmasına baxmayaraq Ermənistan rəsmiləri onların sonrakı taleyi barədə konkret məlumat vermir”.

Birliyin katibi Rəşad Məcid Dövlət Komissiyası ilə AYB arasında sıx əməkdaşlığın davam etdirilməsinin və bu cür nəşrlərin əhəmiyyətini vurğulayıb: “Doğrudan da, kitabda ürək parçalayan faktlar çoxdur və şübhəsiz, böyük diqqət, zəhmət və əzm hesabına ərsəyə gətirilib. Mən ümid edirəm ki, komissiyanın əvvəlki nəşrləri kimi bu kitab da xarici dillərə tərcümə olunacaqbizim bir sıra faciələrimizə biganə qalan dünya ictimaiyyəti bu kitaba, oradakı faktlara laqeydlik göstərməyəcək”.

Professor Nizami Cəfərov, Xalq yazıçısı Mövlud Süleymanlı, yazıçı Aqil Abbas da çıxış edərək kitab haqda düşüncələrini bölüşüblər.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 20 yanvar.- S. 12.