Zəlimxansız bir il

 

Sabah, yanvarın 21-i Xalq şairi Zəlimxan Yaqubun anadan olan günüdür. Yanvarın 9-u isə əbədiyyətə qovuşduğu gündür.

Həmin gün Azərbaycanın Heydər Əliyev, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Yusif Məmmədəliyev, Səməd Vurğun, Mikayıl Hüseynov, Mustafa Topçubaşov, Qara Qarayev, Fikrət Əmirov, Rəsul Rza, Rəşid Behbudov bir çox başqa dahi şəxsiyyətlərin uyuduğu Fəxri Xiyabanda şairin özünə yaraşan möhtəşəm abidəsinin açılışı ölümünün ilinə toplaşmışdıq.

Xalq qarşısında böyük xidmətləri olan şəxsiyyətləri son mənzilə yola salanda onların qırxında Fəxri Xiyabanda insan əlindən  tərpənməyə yer olmadığını çox görmüşəm. Lakin ildönümü mərasimində yalnız seçilmişlərin elliklə ziyarət edildiklərinin şahidi olmuşam. Yanvarın 9-da Xalq şairi Zəlimxan Yaqubu ziyarət edənlərin  sayı-hesabı yox idi. Bölgələrdən qonşu ölkələrdən çox adam gəlmişdi. Yığıncağı akademik Rafael Hüseynov aparırdı. Akademik xüsusi vurğuladı ki, şair bütün yaradıcılığı ilə onsuz da  qəlblərdə abidəyə çevrilmişdi. O, bu gün abidə formasında yenidən bizə qayıtdı. Sonra AMEA-nın müxbir üzvü Nizami Cəfərov, İrandan gəlmiş şair Əli Abdullahı mən çıxış edərək şairin çoxşaxəli yaradıcılığından, ədəbiyyatımız xalq qarşısında xidmətlərindən söz açdıq. Şair Əli Abdullahı Zəlimxan Yaquba həsr etdiyi çox təsirli şeirini oxudu. Bir bənd yaddaşımda qaldı:

 

Elə bil ki, sel apardı Saranı,

Fələk kəsdi umudumu, çaramı.

Qoymayacaq sağalmağa yaramı,

İldə bir yol  qaşıyacam, Zəlimxan.

 

Sonda şairin böyük oğlu Bəhlul göstərilən qayğıya görə dövlət başçısına, şairin  məzarüstü abidəsinin müəllifləri, Xalq rəssamı Natiq Əliyev memarı Tərlan Həsənova, çıxış edənlərə, bütün Zəlimxansevərlərə minnətdarlığını elə yığcam, elə mənalı, elə məntiqlə çatdırdı ki, sanki şairin  özü idi danışan.

Belə mərasimlərdə çox danışmağın etikadan kənar olduğunu düşünərək mən yığcam danışmağa çalışdım. Uzun illər dostluq etdiyim şair haqqında, yaradıcılığı barədə demək istədiyim bir çox mətləblər ürəyimdə  deyilməmiş qaldı. Odur ki, ürəyimdə deyilməmiş qalan fikirlərimi oxucularla bölüşmək istəyirəm...

Yaradan ondan heç nəyi əsirgəməmişdi: Boy-buxun, yaraşıq, ağıl, təşəkkür, heç nəylə əldə edilməyən müdriklik, bəlağətli nitq, qeyri-adi yaddaş, fitri-şairlik istedadı, ilham, tükənməyən enerji, xeyirxahlıqla döyünən ürək bəxş etmişdi. Lap gəncliyindən hamı ona şair - deyə müraciət edirdi. bu heç təsadüfi deyildi. Zəlimxan Yaqub poeziyamıza şimşək kimi çaxaraq, dağ çayı tək kükrəyərək, kürə kimi püskürərək, bulaq kimi qaynayaraq gəlmişdi. O, əlli ilə yaxın söz üstə əriyərək şair ömrü yaşadı. Dünyanı, xüsusən türk dünyasını, eli-obanı gəzdi, yazıb-yaratdı, xalq ruhu ilə qaynayıb-qarışdı. Zəlimxan Azərbaycanın deyil, Türk dünyasının şairidir. Onun yaradıcılığını Türkiyə İranda təsəvvür edilməyəcək dərəcədə çox sevirlər. Kitabları Türkiyədə, İranda, Gürcüstanda, Qazaxıstanda, Rusiyada başqa ölkələrdə böyük tirajla çap olunur. Şair demək olar ki, bütün Türk dünyasını qarış-qarış gəzib. O, bu səfərlərin böyük əhəmiyyətindən söz açırdı:

 

Şair bu dünyanı boşuna gəzməz,

Hər səfər bir tarix, bir kitab olar - deyirdi.

 

Həqiqətən Zəlimxanın hər səfəri  düşündürücü bir əsərə - oxuyanda adamı haldan-hala salan poemaya çevrilirdi: “İçimdə Krım ağlayır”, “Yunus İmrə”, “Göyçə dərdi” “Sürgün”, “Bir kövrək havadır, sazımda Kərkük s. poemaların hər biri böyük mətləblərdən xəbər verir. Şairin keyfiyyətcə fərqlənənPeyğəmbərƏbədiyyət dastanıpoemalarını xüsusi  vurğulamaq istərdim. PeyğəmbərMəhəmməd Peyğəmbərə, “Əbədiyyət dastanıisə keçmişin mizan-tərəzisi ilə ölçsək (keçmişdə dövləti ağılla, dərrakə ilə idarə edən hökmdarlar peyğəmbər adlandırılırmış. Yoxsa 124 min peyğəmbər necə ola bilərdi) uzaqgörənliyi, təfəkkürü müdrikliyi ilə peyğəmbər  timsallı Heydər Əliyevə həsr olunub. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, bir epoxa olan Heydər Əliyevə əsər həsr etmək həm şərəfli, həm olduqca məsuliyyətli bir işdir. Belə  mövzulara  özündə yaradıcılıq hünəri hiss edən,  inkişafın şəriət, təriqət, mərifət, həqiqət kimi mərhələlərinə vaqif olan, dünyanın gedişatını dərindən dərk edən şair girişə  bilərdi. Zəlimxan Yaqub bu çox məsuliyyətli işə girişdi ilahidən gələn  fitri-istedadı sayəsində uğur qazandı. Şairin, eləcə Aşıq Ələsgərə, Hüseyn Bozalqanlıya, Hüseyn Saraçlıya həsr etdiyi poemaları,  xüsusən onunTürk ruhunun  şəksiz şəriksiz, tək müqəddəs alətiadlandırdığı  saza həsr etdiyiSazpoeması poeziyası onu bir şair kimi əbədiləşdirdi bu  ölümlü dünyamızda ölümsüzlüyünü təmin etdi.

O taylı-bu taylı Azərbaycanın sevimli şairi Şəhriyarın iki misrası həmişə məni  düşündürüb. Şairin

 

Bizdən irəlidi avropalılar,

İşi bilənə tapşırır onlar -

 

misralarının Zəlimxan Yaqub Aşıqlar Birliyinə sədr  seçiləndən (2008) sonra, az müddət ərzində gördüyü möhtəşəm işləri göz önünə gətirdikcə daha dərindən dərk etdim. Zəlimxan bütün Aşıq mühitlərini birləşdirdi. Sazla-sözlə  Güney Quzey Azərbaycanı bir bütöv halına gətirdi. Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə hər iki ildən bir keçirilən Beynəlxalq Aşıq Festivalları ilə Türkiyə başda olmaqla bütün Türk dünyasını qovuşdurdu.

Zəlimxan Aşıqlar Birliyinə sədr  seçiləndən sonra kimsəsiz qalmış aşıqların pənah apardığı ocaq  yarandı. O, bu ocağı öz doğma ocağı hesab edir,  onunla nəfəs alırdı. Aşıqlar Birliyinə şairin rəhbərliyi dövründə aşıq sənətinə dövlətin qayğısı daha da artdı. Azərbaycan televiziyasındaMusiqi irsimizdən”, İctimai TeleviziyadaOzanverilişləri yarandı. Bu verilişlər xalqın  zövqünün formalaşmasına, vətənpərvərlik hissinin artmasına xidmət etdi.

Zəlimxan Yaqubu fərqləndirən  bəzi məqamları da yada salmaq  insafdan olardı.

Qədim romalıların kəlamı var: “Şairlər doğulur, natiqlər yetişir”. Zəlimxan  anadan şairnatiq doğulmuşdu. Xəlil Rza Ulutürk təsadüfi yazmırdı: “Onun apardığı görüşlər bizim üçün örnəkdir. Zəlimxanı dinləyəndə kiçik salon genişlənir, təlatümə gəlir, ləngər vurur, damarlarda qan coşur, ürək qanadlanır”.

Zəlimxanı başqa şairlərdən fərqləndirən bir cəhət də vardı. Yaradan ona qeyri-adi yaddaş və xeyirxahlıqla döyünən ürək vermişdi. Qısqanclıq, paxıllıq, həsəd nə olduğunu bilməzdi. Məclislərdə böyük səxavətlə başqa şairlərin şeirlərini əzbərdən deyərdi. Mən poeziyamızı Zəlimxan Yaqub qədər məhəbbətlə təbliğ edən, sevdirən az şairə rast  gəlmişəm. Bu, bir yandan onun qeyri-adi hafizəsi, digər tərəfdən isə ürək genişliyi ilə bağlı idi. Bu, onun bir şairinsan kimi qədir-qiymətini daha da artırdı.

Zəlimxan Yaqub xoşbəxt şairlərimizdəndir.

Sevimli şairimiz Səməd Vurğunun misralarıdır:

 

Şirin bir xatirə tək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

Zəlimxan Yaqub sevərək yaşadı, ümumxalq məhəbbəti qazandı, sevilərək fani  dünyamızı tərk etdi.

 

Qəzənfər PAŞAYEV

Filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2017.- 20 yanvar.- S.9.