Xatirələr dünyasında ucalan Ülvim

 

Kitab rəfimdə Ülvi ilə bağlı bir neçə qovluğum var:

 

1. Ülvinin şeirləri poema (əlyazması)

2. Ülvinin hekayələri povesti (əlyazması)

3. Ülvinin pyesləri (əlyazması)

4. Ülvinin tərcümələri (əlyazması)

5. Ülvinin ədəbi -tənqidi ictimai-siyasi məzmunlu məqalələri (əlyazması)

6. Ülvinin məktubları (əlyazması)

7. Ülvinin fotoları

8. Ülvinin haqqında şeirlər poemalar

9. Ülvinin haqqında xatirələr (məktublar məqalələr - tələbə dostları)

10. Ülvinin ədəbi şəxsiyyətinə irsinə haqqında yazılmış məqalələr sair.

 

Qanlı 20 Yanvarın 40-cı günü ÜlvininÜlvi duyğularımkitabıGəncliknəşriyyatında çox-çox dəyərli ziyalımız, gözəl şair, dramaturq, publisist Hidayətin qayğısı diqqəti ilə nəşr olundu. Əl içi boyda olan bu kitabına təxminən 60-a qədər şeiri bir poeması (“Ömür yolu”) daxil edilmişdi. Ülvinin ilk üzünü görmədiyi şeirlər kitabı. Bu kitab Azərbaycanın dörd bir yanına gedib çatdı, məktəblərdə, hərbi hissələrdə, evlərdə əl-əl gəzdi. Bütün mətbuat orqanlarında bu kitab haqqında Azərbaycanımızın bütün şair yazıçıları həzin, hıçqıraq dolu rəy məqalələr yazdı. 1990-cı ilin 20 Yanvarında 20 yaşında şəhid olmuş tələbə Ülvi 21 yanvara şair Ülvi kimi doğuldu. And”ı dillər əzbəri oldu. Mənim Ülvim hər kəsin yaddaşında şəhid adı ilə, şeir And”ı ilə heykəlləşdi.

ÜlvininÜlvi duyğularımkitabına AnarŞəhidlər dağı”, Qasım QasımzadəGözümün nuru, elimin işığı Ülvi”, Rafiq Səməndər. “Mən qorxmuram uzaq yola çıxmaqdan”, Zülfüqar ŞahsevənliDaş altında bitən çiçək”, Tofiq Mütəllibov “20 yaşın ölməzlik nəğməsi”, Fikrət SadıqÜlvilik”, Fərhad QənbəroğluŞəhid babanın şəhid nəvəsi”, Taleh HəmidBir qumru pıçıltısı”, Cavanşir EloğluSevgimlə taleyim qoşa yazıldı”, Aslan QuluoğluÜlvi adı ülviləşdi”, Şurəddin Məmmədli İslam ƏliyevÜlvinin ülvi duyğulları”, Söhbət SəfərliUzaq yolun yolçusu”, Qismət AlışoğluAzərbaycanı da sənə çox gördülər”, Yüksəl RəhimovÜlvi yollarım”, Mübariz MusaoğluÜlvi duyğularım”, Zöhrə ƏsgərovaNişan üzüyü”, XanəmirÜlvi Bünyadzadəyə cavab”, Flora Xəlilzadə “Tale pərvanəsi”, “Bir ölümün acığınaŞəhidim Ülvi”, Məmməd AslanÜlvinin üzüntü dolu hekayəsi”, Zaman Həsənov (Ülvinin ədəbiyyat müəllimi). “Ülvilərin Ülvisi”, Namazalı Paşayev (“Qoşqarədəbi birliyinin sədri) “Ülvi”, Məhəmməd Nəbisoyİgid ölər, adı qalar”, Əsgər ZeynalovÜlvinin poetik duyumuUlduzların işığı”, Saleh HacıyevFəxrim, müqəddəsim, ümidim Ülviadlı rəy düşüncələrini, eləcə Nizami Cəfərov, Davud Nəsib, Camal Yusifzadə, Rüstəm Behrudi, Nizaməddin Mustafa,  Xəlil Rza Ulutürk, Sadıq Elcanlı, Rüstəm Kamaloğlu, Yusif Savalan onlarla digər ustad qələm sahibləri məqalələr yazdılar. Hüseyn Arif  Ülvipoemasını, Nəriman HəsənzadəAlmaz”, HidayətQələmini qanına batıran şair”, Musa ƏləkbərliŞəhidlər Xiyabanında”, Məmməd NamazTorpağa yazılan şeir”, Sabir Mustafa “Ülvimadlı adı bildiyimiz-bilmədiyimiz onlarla hörmətli şairlər Ülvinin xatirəsinə şeir ithaf edərək, müxtəlif qəzet dərgilərdə nəşr etdirdilər. 

Bugünlərdə yuxarıda sıraladığım Ülvi ünvanlı həmin qovluqların bəzilərini yenidən vərəqləmək ehtiyacında oldum. Onların içərisindən bir yazı - ilıq duyğulu xatirələrlə dolu bir məqalə məni xeyli əvvəlki illərə aparıb çıxardı. Məqalə poçtla mənim ünvanıma Naxçıvandan göndərilmişdi, imza yerində müəllif belə təqdim olunmuşdu: Elman Həbib, şair, Naxçıvan Televiziya Radio Şirkətinin sədri (çox acı ki, həmin yazının müəllifi - istedadlı şair, gözəl ziyalımız bir neçə il bundan əvvəl dünyasını dəyişdi).

Bu yazıların içərisində məni xatirələr dənizindəboğub öldürən  bir yazını - 27 il bundan əvvəl Naxçıvandan şair Elman Həbibin göndərdiyiKövrək duyğularadlı məqaləsini yenidən Sizinlə birgə oxumaq istədim. Buyurun.

 

Almaz Ülvi

 

525-ci qəzet.- 2017.- 20 yanvar.- S.8.