İtaliyalı mütəxəssis Azərbaycan Milli Kitabxanada

 

Yanvarın 25-də İtaliyanın Florensiya əyaləti hökumətinin informasiya texnologiyaları üzrə meneceri Jurgen Assfalg M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.

 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş Azərbaycan İtaliyanın Mədəniyyət Turizm nazirliklərinin birgə "Al Tvinninq mədəniyyət sektorunun siyasəti idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə dəstək" layihəsi çərçivəsində reallaşıb.

İtaliyalı qonaq mədəniyyət sektorunda rəqəmsallaşmanın vəziyyəti bu sahədə həyata keçirilən işlərlə maraqlanıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov kitabxananın 2000-ci ildə "Virtua" avtomatlaşdırılmış sistemə qoşulması, elektron kitabxana kataloq, virtual biblioqrafik xidmət imkanları haqqında məlumat verib.

Mədəniyyət Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi əsasında ULTRA şirkəti tərəfindən 2010-cu ildə tərtib olunmuş ALISA proqramından danışan direktor, proqramın artıq iki ildir Bakı şəhər kitabxanalarında 30 rayon mərkəzləşdirilmiş kitabxana sistemlərində tətbiq edildiyini, cari ilin sonunadək bütün rayon kitabxanalarında işləyəcəyini, ALISA-nın kitabxanalara tətbiqindən öncə kadrların Milli Kitabxanada treninq keçdiklərini diqqətə çatdırıb.

Proqramın imkanları ilə maraqlanan J.Assfalga ALISA-nın dünya standartlarına cavab verən proqramlar əsasında yazılması, "Virtua" ilə sinxronlaşdırılması, kitabxanalarda əvvəllər olan IRBIS proqramında yazılmış bütün bazaların ALISA-ya inteqrasiya olunması barədə məlumat verilib.

Milli Kitabxananın "Açıq kitabxana" layihəsini yüksək qiymətləndirən qonaq rəy təkliflər kitabına ürək sözlərini yazıb.

 

525-ci qəzet.- 2017.- 26 yanvar.- S.7.