Ədəbi proseslə bağlı daha bir toplu

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbi proses-2015" yaradıcılıq müşavirəsinin məruzələr toplusu işıq üzü görüb.

 İnstitutun direktoru, akademik İsa Həbibbəylinin topluya yazdığı "Janr zənginliyi gənc qvardiya" adlı ön sözdə "Ədəbi proses" yaradıcılıq müşavirələrinin əhəmiyyəti müsbət nəticələri geniş şəkildə izah olunub.

2015-ci ilin ədəbi prosesi müxtəlif istiqamətlər - şeir, poema, bədii nəsr, dramaturgiya, tənqid ədəbiyyatşünaslıq, bədii tərcümə, uşaq ədəbiyyatı üzrə təhlil olunub. Elnarə Akimovanın müasir şeirdən, Fidan Abdurəhmanovanın ədəbiyyatın janr məsələlərindən, Səadət Vahabovanın satiradan, Nərgiz Cabbarlının roman,  Tehran Əlişanoğlunun tarixi roman, Aynur Xəlilovanın povest, Mətanət Vahidin hekayə janrlarından, Aynurə Mustafayevanın dramaturgiyadan, Maral Yaqubovanın ədəbiyyatşünaslığın nəzəri məsələlərindən, Qürbət Mirzəzadənin ədəbi tənqiddən bəhs edən məruzələri 2015-ci il ədəbi prosesi haqında geniş təsəvvür yaradır.

Vaqif Yusiflinin "Bölgələrdə ədəbi həyat" adlı məqaləsi respublikamızın müxtəlif bölgələrində, həmçinin Azərbaycanın hüdudlarından kənarda yaranan ədəbi nümunələri təhlilə cəlb etməklə maraq doğurur.

Günay Qarayevanın uşaq ədəbiyyatında nəsr dramaturgiya, Aygün Bağırlının isə uşaq şeiri haqqında məruzələri ədəbiyyatın bu mühüm sahəsində müşahidə edilən müsbət keyfiyyətlərlə yanaşı, qüsurları da obyektiv şəkildə diqqətə çatdırır.

Cavanşir Yusiflinin "Bədii tərcümə ədəb tənqid" adlı məruzəsi 2015-ci ildə dilimizə çevrilən bədii əsərlərin tərcüməbaxımından keyfiyyətindən bəhs edir.

Salidə Şərifovanın ədəbi dilin inkişaf xüsusiyyətlərinə problemlərinə, Pərvanə Məmmədlinin Cənubi Azərbaycan ədəbiyyatına həsr olunmuş məqalələri aktuallığı, geniş obyektiv təhlili ilə yadda qalır.

Geniş oxucu auditoriyasının ixtiyarına verilən bu nəşr bir daha sübut edir ki, "Ədəbi proses-2015" elmi müşavirəsi həm ədəbiyyatşünaslıq elminin, həm bədii ədəbiyyatın inkişafına təkan olan mühüm hadisədir.

"Ədəbi-proses- 2015" Nizami adına Ədəbiyyat İnstitutunun bu seriyadan çap etdiyi üçüncü nəşrdir.

 

525-ci qəzet.- 2017.- 26 yanvar.- S.7.