“İçəri şəhər” filmi
beynəlxalq festivallarda
Azərbaycan kinematoqrafçılarının işi olan “İçəri şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” və 7-ci “Yaşvant” beynəlxalq film festivallarının “Dünya kinosu” bölümündə nümayiş etdirilib.
Kinostudiyadan AZƏRTAC-a bildirilib
ki, film hər iki festivalda maraqla qarşılanıb.
Psixoloji dram janrında
lentə alınan filmin ideya müəllifi
Təhminə Rafaella,
ssenari müəllifləri
Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı
Bütünay Haqverdiyev,
icraçı prodüseri
Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
lentə alınan bu ekran əsəri
bir sıra beynəlxalq festivallarda nümayiş olunub.
525-ci qəzet.-
2017.- 28 yanvar.- S.13.